Məhkəmə qərarları › İş №2(075)-494/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-494/2020

04.12.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-494/2020 04.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, Ərizəçi “şəxslərin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Qayabaşı kəndində qeydiyyatda olan, anadangəlmə çox ağır əqli gerilik diaqnozu ilə 2003-cü ildən Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində olan, xx.xx.1992-ci il təvəllüdlü X2 və xx.xx.2001-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxslər X5 və X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi əvvəlki ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X6 ilə birgə nikahlarından 4 övladları var, onlardan xx.xx.1992-ci il təvəllüdlü X7 və xx.xx.2001-ci il təvəllüdlü X8 doğuşdan əqli gerilik xəstəliyindən əziyyət çəkirlər, digər 2 övladı tam olaraq normaldırlar. Şəki rayonu, Qayabaşı kəndində qeydiyyatda olan övladları xx.xx.1992-ci il təvəllüdlü X7 və xx.xx.2001-ci il təvəllüdlü X8 anadangəlmə ağır əqli gerilik xəstəliyindən əziyyət çəkirlər. Hər iki övladı çox ağır əqli gerilik diaqnozu ilə X1 Xəstəxanasının dispanser müşahidəsində olmuşlar. Keçirilmiş müalicə kursları sözügedən xəstələrin psixo-sosial adaptasiyası və reabilitasiyası üçün qənaətbəxş nəticə verməmişdir. Bu səbəbdən o, övladlarının əhəmiyyətsiz tibbi müdaxilələrdən uzaqlaşdıraraq, öz himayəsində və nəzarətində saxlamışdır. Ağır əqli gerilik xəstəliyindən əziyyət çəkən övladları xx.xx.1992-ci il təvəllüdlü X3 və xx.xx.2001-ci il təvəllüdlü X4 bütün lazımi ehtiyaclarını o özü təmin edir, övladları xx.xx.1992-ci il təvəllüdlü X3 və xx.xx.2001-ci il təvəllüdlü X4 ondan, həyat yoldaşından və digər iki övladlarından başqa yaxın heç bir qohumu yoxdur. Hesab edir ki, övladları xx.xx.1992-ci il təvəllüdlü X3 və xx.xx.2001-ci il təvəllüdlü X4 ictimai münasibətlərdə qarşılaşdığı problemlərin, həmçinin digər sosialməişət məsələlərinin qanuna müvafiq həlli və idarə edilməsinin, dövlət tərəfindən onlara müəyyən edilmiş, sosial ödənişlərə dair gələcəkdə məhz onların qanuni maraqlarına uyğun sərəncam verilməsinin təmin edilməsi, xx.xx.1992-ci il təvəllüdlü X3 və xx.xx.2001ci il təvəllüdlü X4 mülki hüquq münasibətlərində təmsil olunması, hüquq və mənafeylərinin dolğun müdafiyəsi üçün qəyyumluq institutunun imkanlarından onların geniş yararlanmasına şərait yaradılmalıdır. Lakin, xx.xx.1992-ci il təvəllüdlü X3 və xx.xx.2001-ci il təvəllüdlü X4 hazırkı hüquqi vəziyyətləri qeyd olunan məslələrin həlli imkanlarını məhdulaşdırır ki, bu da xəstələrin fəaliyyət qabiliyyətliliyi məsələsinin məhkəmə qaydasında həll olunmasını zəruri edir. Şəki rayonu, Qayabaşı kəndində qeydiyyatda olan, anadangəlmə çox ağır əqli gerilik diaqnozu ilə 2003-cü ildən Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində olan, xx.xx.1992-ci il təvəllüdlü X2 və xx.xx.2001-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Ərizəçi və Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məlumat verilməsinə baxmayaraq Ərizəçi məhkəmə iclasında iştirak etməmiş, Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin Ərizəçi xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə keçiriləcək məhkəmə iclasında səhətində olan xəstəliyə görə iştirak edə bilmir. İşə onun iştirakı olmadan baxılaraq ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə işə Ərizəçi və Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki Rayon Psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 062 nömrəli arayışdan görünür ki, Şəki rayonu Qayabaşı kəndində yaşayan 2001-ci il təvəllüdlü X8 həqiqətən xx.xx.2019-cu il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. D-z: Çox ağır əqli gerilik. İşdə olan Şəki Rayon Psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 063 nömrəli arayışdan görünür ki, 1992-ci il təvəllüdlü X7 həqiqətən xx.xx.2010-cu il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində olub uzun müddət müraciət etmədiyi üçün dispanser müşahidəsindən çıxarılmışdır. D-z: Ağır əqli gerilik. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 594 nömrəli rəydən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X4 fiziki vəziyyəti: orta boylu, displastik bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/t 110/70 mm c. s.b., nəbzi dəqiqədə 68 vurğudur. Nevroloji vəziyyəti: mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunmur. Göz bəbəkləri bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri bərabərdir. Romberq duruşunda davamsızdır. Pataloji reflekslər aşkar edilmir. psixi vəziyyəti: xarici görünüşü səliqəsizdir. Bələdliyi pozulub, yoxlanılan şəxs verilən suallara heç bir reaksiya vermir, bəzən anlaşılmaz səslər çıxarır və bu səbəbdən bütün anamnestik məlumatlar anası Ərizəçidan toplanmışdır. Müayinə zamanı özünü bir qədər narahat və gərgin aparır, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilmir. Əhvalı davamsızdır. Yaddaşı kobud pozulub. Təfəkkürü parçalanmışdır. Oxumaq və yazmaq vərdişləri yoxdur, adi hesablama əməliyyatlarını belə apara bilmir. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyaları dayanıqsızdır. Düşdüyü vəziyyətə tənqidi yoxdur. İntellekti inkişafdan geri qalıb, şəxsiyyəti qüsurludur, İQ-36 %. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X8 xroniki xəstəlik olan ağır dərəcəli kəmağılliq, ifadə olunmuş davranış pozğunluqları ilə XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülkü işin materialları, tibbi sənədlər (Şəki rayon Psixiatriya xəstəxanasından verilmiş xx.xx.2020-ci il tarixli 064 saylı arayış), anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. X8 uşaqlıqdan ağır dərəcəli kəmağıllıq, ifadə olunmuş davranış pozğunluqları ilə XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 595 nömrəli rəydən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X3 fiziki vəziyyəti: orta boylu, displastik bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/t 105/70 mm c. s.b., nəbzi dəqiqədə 62 vurğudur. nevroloji vəziyyəti: mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunmur. Göz bəbəkləri bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri bərabərdir. Romberq duruşunda davamsızdır. Pataloji reflekslər aşkar edilmir. psixi vəziyyəti: xarici görünüşü səliqəsizdir. Bələdliyi pozulub, yoxlanılan şəxs verilən suallara anlaşılmaz səslər çıxarmaqla reaksiya verir, bu səbəbdən bütün anamnestik məlumatlar anası Ərizəçidan toplanmışdır. Müayinə zamanı özünü bir qədər narahat, gərgin aparır, mənasız olaraq ətrafa boylanır. Neçə yaşı olduğunu, hal- hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilmir. Əhvalı davamsızdır. Yaddaşı kobud pozulub. Təfəkkürü parçalanmışdır. Oxumaq və yazmaq vərdişləri yoxdur, adi hesablama əməliyyatlarını belə apara bilmir. Hal- hazırki müayinə zamanı onda qavrama pozğunluğu, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyaları dayanıqsızdır. Düşdüyü vəziyyətə tənqidi yoxdur. İntellekti inkişafdan geri qalıb, şəxsiyyəti qüsurludur, İQ=34 %. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X7 xroniki xəstəlik olan ağır dərəcəli kəmağıllıq, ifadə olunmuş davranış pozğunluqları ilə XBİ -10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (Şəki rayon Psixiatriya xəstəxanasından verilmiş xx.xx.2020-ci il tarixli 063 saylı arayış), anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. X7 uşaqlıqdan ağır dərəcəli kəmağılliq, ifadə olunmuş davranış pozğunluqları ilə XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. İşdə olan AZ-İ 219537 və XVİİ-ЖГ 323020 seriya nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X2 və xx.xx.2001-ci il təvəllüdlü X4 atası X6, anası isə Əliyeva (Zeynalova) İlhamə Rza qızıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi xx.xx.1992-ci il təvəllüdlü X2 və xx.xx.2001-ci il təvəllüdlü X4 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmürlər, öz hərəkətlərinə rəhbərlik edə bilmirlər. xx.xx.1992-ci il təvəllüdlü X2 və xx.xx.2001-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunmaları ilə bağlı olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Rayonlararası Psixonevroloji Dispanserinin də müvafiq rəyləri vardır. Ərizəçi xx.xx.1992-ci il təvəllüdlü X2 və xx.xx.2001-ci il təvəllüdlü X4 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilmələri haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şəki rayonu, Qayabaşı kəndində qeydiyyatda olan, xx.xx.1992-ci il təvəllüdlü X5 və xx.xx.2001-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidirlər. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Şəki rayonu, Qayabaşı kəndində qeydiyyatda olan, xx xxxxxxxx 1992-ci il təvəllüdlü X5 və xx xxxxxx 2001-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsinlər. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar