Məhkəmə qərarları › İş №2(075)-503/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-503/2022

25.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-503/2022 25.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, Ərizəçi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib, Müəyyən e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun adına verilmiş V-JQ seriyalı 324026 nömrəli doğumhaqqında şəhadətnamənin “adı, atasının adı” qrafasında kiril əlifbası ilə qeyd edilmiş “Camiddin”, Rafiq Xəlilova aid AZE seriyalı, 05726798 nömrəli şəxsiyyət vəsiqəsinin “Atasının adı” bölməsində qeyd edilmiş “Cəmidin” adlarının Şəki Rayon Qeydiyyat şöbəsi tərəfindən barəsində AZ-İİ seriyalı 135023 nömrəli ölüm haqqında şəhadətnamə verilmiş eyni şəxsin, yəni X1 adını ifadə etməsi faktının müəyyən edilməsi, onun adına verilmiş V-JQ seriyalı 324026 nömrəli doğum haqqında şəhadətnamənin “Ata-anası” bölməsinin “Atası” qrafasında kiril qrafikası ilə qeyd edilmiş “Mukail” (müvafiq sistem bazasında “Mikail”), Rafiq Xəlilovun doğum faktına dair X2 tərəfindən verilmiş 16 iyun 2020-ci il tarixli, 05/Q-707/70 nömrəli arayışın “atası” bölməsində qeyd edilmiş “Mukiboviç”, Fazil Xəlilovun adına verilmiş İİ-JQ seriyalı 374476 nömrəli doğum haqqında şəhadətnamənin “ata-anası” bölməsinin “atası” qrafasında kiril qrafikası ilə qeyd edilmiş “Mukaiboviç”, Camidin Xəlilova aid Vİ-BM seriyalı 012657 nömrəli nikah haqqında şəhadətnamənin “adı və atasının adı” qrafasında kiril qrafikası ilə qeyd edilmiş “Mukaiboviç” adlarının Şəki Rayon Qeydiyyat şöbəsi tərəfindən barəsində AZ-İİ seriyalı 135023 nömrəli ölüm haqqında şəhadətnamə verilmiş eyni şəxsin, yəni X1 atasının adını ifadə etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Ərizəçi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yox, kağız daşıyıcı vasitəsilə məhkəməyə göndərmişdir. Məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, Şəki Rayon Məhkəməsi respublikada “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdən biridir. Buna görə də ərizə məhkəməyə kağız daşıyıcı formasında deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə MPM-nin yeni redaksiyada olan müvafiq tələblərinə riayət edilməklə verilməlidir. Bütün bunlara görə də ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, Ərizəçi göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 35, 149, 151, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar