Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-51/2020 15.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X7 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən 60000 (altmış min) manat borc məbləğinin geri qaytarılması, qaytarılmadığı təqdirdə borcun ipoteka predmeti olan ünvan 1 ünvanda 1.05 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1939.67 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan məhkəmə tərəfindən X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəməyə xx xxxx 2020-ci il tarixdə teleqram göndərərək, üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəklərini bildirmiş və məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində tələbi onunla əsaslandırmışdır ki, xx xxxx 2016-cı il tarixdə Cavabdeh ilə arasında 173 saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən o, cavabdehə 60000 (altmış min) manat pul borc vermiş, cavabdeh isə xx xxxx 2016-cı il tarixədək həmin məbləği qaytarmağı öz öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə cavabdeh ünvan 2 ünvanında yerləşən 1.05 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 1939.67 kv.m olan qeyri-yaşayış sahəsini xx xxxx 2016-cı il tarixli ipoteka müqaviləsi ilə ipoteka saxlayanın, yəni onun xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi rəsmiləşdirilərkən cavabdehin həyat yoldaşı X2 notarial qaydada buna razılıq vermiş və gələcəkdə əmlakın satılmasına etiraz etməmişdir. İpoteka müqaviləsi müvafiq qaydada tərəfindən DƏDRX-nin aidiyyəti Ərazi İdarəsinə təqdim etmiş və xx xxxxx 2016-cı il tarixli İpoteka ilə yüklülük barədə çıxarış əldə etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən bu günə qədər borcu (60000 manat) qaytarılmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsində nəzərdə tutulmuş mübahisənin məhkəməyə qədər həlli proseduruna tərəfindən əməl edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş ipoteka qoyana xx xxxx 2019-cu il tarixdə göndərilmiş, cavabdeh həmin bildirişi xx xxxx 2019-cu il tarixdə qəbul etmişdir. Həmçinin ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə ərizə ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə xx xxxx 2019-cu il tarixdə çatdırılmışdır. Bununla da müvafiq bildirişdən ipoteka qoyanın 21 təqvim günü müddətində şikayət vermə müddətini gözləyərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X5 nümayəndəsi və X2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin Cavabdeh xx xxxx 2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək iddianı qəbul etdiyini bildirmiş, işə iştirakı olmadan baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxx 2016-cı il tarixli, 3M-173 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 0 % olmaqla 3 ay müddətinə 60000 manat məbləğində kredit verilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş DƏDRX-nin X8 tərəfindən xx xxxx 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 1.05 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1939.67 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxxx 2016-cı il tarixli, 3M-39 reyestr nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh borc öhdəliklərinin təmini üçün İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında 1.05 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1939.67 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 60000 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş X1 xx xxxxx 2016-cı il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanında 1.05 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1939.67 kv.m olan qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə öz razılığını vermiş, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan tərəfindən iddia qaldırıldığı halda məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz qeyri-yaşayış sahəsini tərk etməyi və boşaltmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş DƏDRX-nin X8 tərəfindən xx xxxxx 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 1.05 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1939.67 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Mülki işdə olan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, ünvan 2 ünvanında 1.05 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1939.67 kv.m olan qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh izah edilmişdir. Mülki işdə olan İddiaçı tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişinin surətindən görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanında 1.05 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1939.67 kv.m olan qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi haqda bildirişlərin qeydə alınmasına dair İddiaçı ərizəsi DƏDRX-nin 12 saylı Ərazi idarəsində xx xxxx 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Mülki işdə olan «X6» MMC tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş ƏEM/M-08- 217/20 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanında 1.05 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1939.67 kv.m olan qeyri-yaşayış sahəsinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 82000 manat təşkil edir. Tədqiqatın dəyəri 450 manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamalayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqaviləilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh İddiaçı kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən cavabdehdən borcun ödənilməsi tələb edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. «İpoteka haqqında Azərbaycan Respublikası Qanunu»nun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli qərardadının 21-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Göründüyü kimi «X6» MMC tərəfindən Cavabdeh məxsus ünvan 2 ünvanında 1.05 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1939.67 kv.m olan qeyri-yaşayış sahəsinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 82000 manat müəyyən edilsə də, ipoteka predmetinin dəyəri “ipoteka qoyan” və “ipoteka saxlayan”ın razılığına əsasən 60000 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə Cavabdeh məxsus ünvan 2 ünvanında 1.05 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1939.67 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış (likvid) qiyməti 60000 manat məbləğində müəyyən edilməklə hərraca çıxarılmasını daha ədalətli, əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə xx xxxx 2016-cı il tarixli, 3M-173 reyestr nömrəli kredit müqaviləsi üzrə 60000 (altmış min) manat borc məbləği tutulmalı, tələb xx xxxxx 2016-cı il tarixli, 3M-39 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus ünvan 2 ünvanında 1.05 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1939.67 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin qeyri-yaşayış sahəsinin ilkin satış (likvid) qiyməti 60000 (altmış min) manat müəyyən edilməklə açıq hərracdan satılmalı, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına cavabdehin 60000 (altmış min) manat məbləğində borcu İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu tələb edilmədiyindən 30 (otuz) manat rüsumu İddiaçı özünə aid edilməlidir. İş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı müstəqil qiymətləndirici «X6»nin xeyrinə Cavabdeh 450 (dörd yüz əlli) manat xidmət haqqı tutularaq VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx xxxx 2016-cı il tarixli, 3M-173 reyestr nömrəli kredit müqaviləsi üzrə 60000 (altmış min) manat borc məbləği tutulsun. Tələb xx xxxxx 2016-cı il tarixli, 3M-39 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus ünvan 2 ünvanında 1.05 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1939.67 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilsin. Həmin qeyri-yaşayış sahəsinin ilkin satış (likvid) qiyməti 60000 (altmış min) manat müəyyən edilməklə açıq hərracdan satılsın. Həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına Cavabdeh 60000 (altmış min) manat məbləğində borcu İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı müstəqil qiymətləndirici «X6»nin xeyrinə Cavabdeh 450 (dörd yüz əlli) manat xidmət haqqı tutularaq VÖEN:**********,Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************,KOD: 505594; SWİFT: GUNAAZ22 hesaba ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-51/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-51/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver