Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-518/2021 04.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X1 cavabdeh «xxxx» ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC tərəfindən hesablanmış 523.49 manat borcun enerji hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı əsl iddiaçı X8 ilə əvəz edilmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı X1 nümayəndəsi İddiaçı göstərdi ki, o, iddiaçı X1 əridir. Onlar Şəki rayonu, Baş Göynük kəndində pasport qeydiyyatda olmaqla, faktiki olaraq həmin kənddə yaşayırlar. Onlar həmişə istifadə etdikləri elektrik enerjisinin dəyərini ödəmişlər. Ailələri 2013-dən 2018-ə qədər Baş Göynük kəndinə aid olan Qarasovda yaşamamışdır. 2018-ci ildə Qarasova gedəndə kolxoz dövründə qapılarına çəkilmiş elektrik xəttinin olmadığını görmüşdür. O, həmin ərazinin işıq nəzarətçisindən bunun səbəbini soruşmuşdur. Ərazinin işıq nəzarətçisi Mehralı ona evlərinin arxasından onlara ayrıca xətt çəkildiyini və sayğaçında qonşunun fındıqlığına quraşdırıldığını bildirmişdir. Ancaq həmin sayğacdan evlərinə xətt daxil olmamışdır. Mehralıdan təzə nəzarətçi Pərvizin nömrəsini almış və zəng edərək gəlib xətti qoşmasını bildirmişdir. Pərviz də həmin ünvana gələrək xətti qoşmuşdur. Həmin vaxt sayğacın göstəricisi üzrə 500 manatdan artıq borc var idi. O, həmin vaxt qeyd edilən borc məbləğinə etirazı barədə Pərvizə bildirmişdir. Həmçinin, həmin vaxt sayğacın öz-özünə işləməkdə davam etdiyini müəyyən etmişlər. Bundan sonra sayğac çıxarılmaqla, iddiaçının evinə verilən elektrik enerjisi kəsilmişdir. O, sayğacı ilə maraqlandıqda, sayğacın Qələndər adlı əməkdaşda, yəni labaratoriyada olduğu bildirilmişdir. O, bundan sonra labaratoriyaya getsə də, orada sayğacının olmadığını müəyyən etmişdir. Sonradan iddiaçının evinə “0” göstəricisi olan sayğac quraşdırılmış və köhnə borc təzə sayğaca yüklənilmişdir. Onlar həmin evdə yalnız yay aylarında yaşayırlar. Həmin sayğac üzrə 2018-ci ilin noyabr ayından sonrakı borc ona aiddir. Əsassız olaraq hesablanmış qalan borcun onunla hər hansı bir əlaqəsi yoxdur. Çünki, sayğac quraşdırılan zaman hər ay iddiaçının “xxxx ASC”-nə borcu 15-20 manat dəyərində olmuşdur. Bir müddət sonra işıq sayğacında yaranan nasazlıq nəticəsində iddiaçı X4 verilən işıq qəbzlərinə nəzər saldıqda görmüşlər ki, əsassız olaraq onlara 523,49 manat dəyərində borc gəlmişdir. Mübahisə ilə bağlı rəsmi olaraq dəfələrlə müvafiq qurumlara müraciət etmişlər. Lakin həmin qurumlar sayğacı yoxlamaq əvəzinə, sayğacın yüksək təzyiqlə işlədiyindən 30 gün müddətində mübahisəyə baxılacağını bildirmişlər. İddiaçı X4 hesablanan borc əsassızdır. Həmin borc məbləği ləğv edilməlidir. Belə ki, qanunverici müəyyən etmişdir ki, hesablaşma elektrik sayğaclarının örtük qutularında DSM möhürü olmalıdır. Hesablaşma elektrik sayğaclarının örtük qutularında sözügedən möhür olmadıqda istehlakçı məsuliyyət daşıyır, bir şərtlə ki, hesablaşma elektrik sayğacının DSM möhürünün qoparılmasında istehlakçının təqsiri müəyyən edilsin. Hesablaşma elektrik sayğacının dövlət möhürünün zədələnməsində istehlakçının təqsiri müəyyən edilməmiş və ya cavabdeh bu halı təkzib edə bilməmişdir. İddiaçının hesabına əsassız olaraq borc hesablandığından hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianı müdafiə edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh “xxxx” ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X11 məhkəməyə 11 mart 2021-ci il tarixdə daxil olmuş etirazında göstərmişdir ki, iddiaçının Şəki rayonu, Baş Göynük kəndində yaşadığı fərdi yaşayış evi “xxxx” ASC-nin enerji satış bazasında X1 adına **********01995 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, 2013-cü ilin oktyabr ayından 2015-ci ilin avqust ayına qədər olan məlumat cədvəlindən görünür ki, iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 180,42 manat olmuş və o bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərinin cəmi 25.00 manatını ödəmişdir. 2015-ci ilin avqust ayından 2021-ci ilin fevral ayına qədər olan məlumat cədvəlindən görünür ki, iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 665.71 manat olmuş və o bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərinin cəmi 304.00 manatını ödəmişdir. Həmin bu dövrlər ərzində iddiaçının istifadə etdiyi elektrik enerjisi 12220 kvts dəyəri 846.13 manat olmasına baxmayaraq iddiaçı cəmi bu dövrlər üzrə 329.00 manat pul ödəmişdir. Buradan açıq aydın görünür ki, qeyd olunan dövrlər üzrə iddiaçı sərf etdiyi elektrik enerjisinin dəyərini bildiriş təqdim edilən zaman hər ay ödəməmiş və iddiaçının istifadə etdiyi elektrik enerjisindən ödənilməmiş 517.13 manat (846.13- 329.00=517.13) qalıq borcu qalmışdır. Yuxarda qeyd olunlara əsasən iddiaçının heç bir əsassız və qanunsuz borcu yaranmamış və yaranmış borc iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyəridir. Əlavə olaraq bildirmək istəyirik ki, 11 fevral 2021-ci il tarixinə iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə istifadə etdiyi elektrik enerjisinə görə qalıq borcu 517.13 manatdır. Yaranmış borcun ödənilməsi ilə əlaqədar iddiaçıya bir neçə dəfə xəbərdarlıq edilmiş, lakin, iddiaçı borcu vaxtında ödəməmiş və bu müddət ərzində iddiaçıya elektrik enerjisinin verilişi enerjitəchizatı müəssisəsi tərəfindən dayandırılmışdır. Əsassız olduğundan iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdeh “xxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X7 filialı tərəfindən Şəki rayonu, Baş Göynük kəndində yaşayan X6 göndərilmiş 01 iyun 2020-ci il tarixli məktubda göstərilmişdir ki, qüsurlu sayğac əsasında yaranmış əsassız borca görə enerji verilişinin dayandırılması barədə Energetika Nazirliyinin Çağrı mərkəzinə daxil olan 18.05.2020-ci il və 20.05.2020-ci il tarixli müraciətləri araşdırılarkən müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi enerjitəchizatı müəssisəsinin abonent bazasında həyat yoldaşı X1 adına **********01995 saylı kod ilə qeydiyyatdadır. Enerji təchizatı müəssisəsinin təqdim etdiyi sənədlərdən görünür ki, sözügedən fərdi yaşayış evinə 2013cü ilin iyul ayında elektrik sayğacı quraşdırılmışdır. Lakin sayğacın quraşdırılma sənədləri onda və X9 aşkar edilmədiyindən həmin sayğacın necə və hansı göstərici ilə quraşdırıldığını təyin etmək mümkün olmamışdır. Həmin kod üzrə abunə haqqında enerji hesabatı təhlil edilərkən məlum olmuşdur ki, “xxxx” ASC dövründən keçən 155,42 manat borc 18.08.2015-ci il tarixdə enerji hesabına daxil edilmişdir. Bundan sonra enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən sayğac göstəricilərinin mütəmadi oxunmaması səbəbli ümumilikdə 374,16 manat borc hesablanmışdır. Enerjitəchizatı müəssisəsinin təqdim etdiyi sənədlərdən məlum olur ki, tərəfindən sözügedən sayğacın yüksüz rejimdə enerji qeyd etməsi barədə X10 müraciət olunduqdan sonra 23.11.2018-ci il tarixdə iştirakı olmadan həmin sayğac yeni sayğacla əvəz edilmiş, lakin laboratoriya tərəfindən hər hansı bır rəy verilməmişdir. Enerji hesabında 555,42 manat məbləğində borc yarandığından 18.05.2020-ci il tarixdə fərdi yaşayış evinə enerji verilişi dayandırılmış və 50,0 manat ödənildikdən sonra enerji verilişi bərpa edilmişdir. Telefon əlaqəsi zamanı enerji verilişinin bərpa edildiyi tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı lə təsdiq edilmiş “X3 Qaydalarının 7.6-cı, 8.2-ci bəndlərinin və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli 17 nömrəli Qərarının tələbləri, eyni zamanda borcun yaranma tarixi rəzərə alınmaqla sözügedən sayğac üzrə üzrə yaranmış ümumilikdə (“xxxx" ASC-dən qalan borcla birlikdə) 529,58 manat borca yenidən baxılması üçün tərəfindən “xxxx” ASC-nə 01 06.2020-ci il tarixli AERA-28-338/20 nömrəli məktub göndərilmişdir. Həmin məktuba rəsmi cavab alındıqdan sonra əlavə məlumat veriləcəkdir. Bununla bərabər fərdi yaşayış evində elektrik xətlərinin mövcud qaydaların tələblərinə uyğun quraşdırılması üçün zəruri tədbirlərin görülməsi və sərf olunan elektrik enerjisinin dəyərini vaxtında ödənilməsi tövsiyə olunur. İşdə olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X7 filialı tərəfindən Şəki rayonu, Baş Göynük kəndində yaşayan X6 göndərilmiş 07 avqust 2020-ci il tarixli məktubda göstərilmişdir ki, qüsurlu sayğac əsasında yaranmış əsassız borca görə enerji verilişinin dayandırılması barədə Energetika Nazirliyinin Çağrı mərkəzinə daxil olan 18.05.2020-ci il və 20.05.2020-ci tarixli müraciətləri araşdırılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın 7.6-cı, 8.2-ci bəndlərinin və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli 17 nömrəli Qərarının tələbləri, eyni zamanda borcun yaranma tarixi nəzərə alınmaqla sözügedən sayğac üzrə yaranmış ümumilikdə (“xxxx” ASC-dən keçən borcla birlikdə) 529,58 manat borca yenidən baxılması üçün “xxxx” ASCnə 01,06.2020-ci il tarixli AERA-28-338/20 saylı məktub göndərilməsi barədə 01.06.2020ci il tarixli AERA-28-339/20 saylı məktubla cavab verilmişdir. “xxxx” ASC-nin 16.07.2020-ci il tarixli 02 99/1482 saylı cavab məktubunda bildirilir ki, **********01995 saylı kod üzrə qeydiyyatda olan fərdi yaşayış evinin enerji hesabatı haqqında abunə vərəqi təhvil alınaraq 11 iyun 2020-ci il tarixdə elektrik enerji sərfiyyatına görə 510,18 manat borcun olduğu müəyyən olunmuşdur. Həmin borcun “xxxx" ASC-nin fəaliyyəti dövründə yaranmış hissəsi ödəndikdən sonra əvvəlki dövrün hesabatına baxılması üçün müraciət etməsi abonentə tövsiyə olunur. Beləliklə, “xxxx” ASC tərəfindən sözügedən borc haqqında hər hansı bir tədbir görülməmişdir. Odur ki, enerji təchizatı müəssisəsi ilə arasında yaranmış mübahisəli məsələnin həlli üçün bilavasitə məhkəməyə müraciət etməsi tövsiyə olunur. İşdə olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X7 filialı tərəfindən Şəki rayonu, Baş Göynük kəndində yaşayan X6 göndərilmiş 06 oktyabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, əsassız borcun yazılması ilə bağlı 28.08.2020-ci il tarixdə Energetika Nazirliyinə daxil olan müraciəti araşdırılarkən enerji hesabıza işlənmiş 515,69 manat məbləğində əsassız borcun silinməsi və “X3 Qaydalarf’nın 8.16-cı bəndinin tələblərinə uyğun yenidən hesabat aparılması üçün “xxxx” ASC-yə 17.09.2020-ci il tarixli AERA-28-634/20 saylı məktubun göndərilməsi və araşdırma dövründə “xxxx” ASC tərəfindən rəsmi məlumat daxil olmadığından “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 10.1-ci bəndinə uyğun olaraq müraciətin araşdırması müddətinin artırılması barədə 15 09.2020-ci il tarixli AERA-28- 628/20 saylı məktubla cavab verilmişdir. “xxxx” ASC tərəfindən sözügedən məsələ ilə əlaqədar bu günə qədər Şəki filialına hər hansı bir məlumat daxıl olmadığından qeyd olunan Qanunun 10-cu maddəsinin 10.2-ci bəndinə uyğun olaraq müraciətin araşdırması müddəti əlavə 30 iş günü uzadılmışdır. Araşdırmanın yekunu ilə əlaqədar əlavə məlumat veriləcəkdir. İşdə olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X7 filialı tərəfindən Şəki rayonu, Baş Göynük kəndində yaşayan X6 göndərilmiş 19 oktyabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, tərəfindən əvvəlki müraciətlərin nəticəsinə dair məlumatın alınmaması və məsələnin həll edilməməsi (əsassız borcun silinməməsi) barədə 28.08.2020-ci il tarixdə Energetika Nazirliyinin Çağrı mərkəzinə daxil olan təkrar müraciətin araşdırılması üçün 11.09.2020-ci il tarixdə görüşülmüş və məlum olmuşdur ki, bundan əvvəlki müraciətlərin nəticəsi barədə tərəfindən poçt vasitəsilə göndərilən məktublar ona çatmışdır. Bununla bərabər görüş zamanı həmin məktubların surəti bir daha şəxsən ona təqdim edilmişdir. Hazırki müraciəti ilə əlaqədar sözügedən 529,58 manat borca yenidən baxılması üçün təkrar olaraq “xxxx” ASC-yə 17.09.2020-ci il tarixli AERA-28-634/20 saylı məktubun göndərilməsi və “xxxx” ASC tərəfindən rəsmi məlumat daxil olmadığından müraciətin araşdırılması müddətinin artırılması barədə 06.10.2020-ci il tarixli AERA-28- 703/20 saylı məktubla cavab verilmişdir. xxxx” ASC-nin 13.10.2020-ci i! tarixli 01 99/2600 saylı cavab məktubunda bildirilir ki, qeyd olunan borc əsasən sayğac göstəriciləri əsasında yaranmışdır Bununla da “xxxx” ASC tərəfindən sözügedən borc haqqında hər hansı bir tədbir görməmişdir. Odur ki, enerji təchizatı müəssisəsi ilə aralarında yaranmış mübahisəli məsələnin həlli üçün bilavasitə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir(göndərməlidir). “X3 qaydalarının” 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və sair qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin “Qaydaların” 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözügedən fərdi yaşayış evi enerjitəchizatı müəssisəsinin abonent bazasında iddiaçı X2 adına **********01995 saylı kod ilə qeydiyyatdadır. Həmin fərdi yaşayış evinə 2013-cü ilin iyul ayında elektrik sayğacı quraşdırılmışdır. Lakin sayğacın quraşdırılma sənədləri iddiaçıda və X9 aşkar edilmədiyindən həmin sayğacın necə və hansı göstərici ilə quraşdırıldığını təyin etmək mümkün olmamışdır. Həmin kod üzrə abunə haqqında enerji hesabatı təhlil edilərkən məlum olmuşdur ki, “xxxx” ASC dövründən keçən 155,42 manat borc 18.08.2015-ci il tarixdə enerji hesabına daxil edilmişdir. Bundan sonra enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən sayğac göstəricilərinin mütəmadi oxunmaması səbəbli ümumilikdə 374,16 manat borc hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********09272 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan iddiaçı X1 elektrik sayğacında yaranmış problemin, ümumiyyətlə 523.49 manat borcun onun təqsiri ucbatından yaranması ilə bağlı cavabdeh “xxxx” ASC-nin nümayəndəsinin dedikləri əsaslı deyildir. Məhkəmə araşdırması zamanı iddiaçı X1 **********09272 saylı kod altında istehlakçı kimi qeydiyyatda olduğu ünvanda mövsümi olaraq yaşadığı müəyyən edilmişdir. Cavabdeh “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilmiş abonentin saldosuna nəzər yetirdikdə müəyyən edilir ki, **********09272 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan iddiaçı X1 yaşadığı ünvanda istifadə etdiyi elektrik enerjisinin dəyəri 18 avqust 2015-ci il tarixdə 0 manat, 27 sentyabr 2015-ci il tarixdə 9,36 manat, 21 oktyabr 2015-ci il tarixdə 7,92 manat olduğu halda, 23 noyabr 2015-ci il tarixdə 200,16 manat təşkil etmişdir. Lakin, əvvəlki aylara münasibətdə noyabr ayı üçün istifadə edilmiş elektrik enerjisinin dəyərinin birdən-birə 20 dəfədən də artıq hesablanmasının əsasları cavabdeh tərəfindən izah edilməmişdir. Həmçinin, 2015-ci ilin noyabr ayından 2017-ci ilin sentyabr ayınadək hesabat aparılmamış, 09 oktyabr 2017-ci il tarixdə 9,80 manat, 15 noyabr 2017ci il tarixdə 9,03 manat məbləğində hesabat aparılmış, 2017-ci ilin noyabr ayından 2018-ci ilin oktyabr ayınadək yenə də hesabat aparılmamışdır. Lakin, 07 oktyabr 2018-ci il tarixdə 111,93 manat hesabat aparılmaqla, yenə də əvvəlki aylara münasibətdə 2018-ci ilin oktyabr ayı üçün istifadə edilmiş elektrik enerjisinin dəyərinin birdən-birə 10 dəfədən də artıq hesablanmış və cavabdeh tərəfindən bunun əsasları, o cümlədən bu fərqli rəqəmlərin hansı elektrik işlədicilərinin hesabına yarandığı izah edilməmişdir. Bundan sonrakı növbəti aylarda da ağlabatan məbləğlərdə hesabatlar aparılmışdır. Bundan başqa iddiaçı əri, hazırki iş üzrə nümayəndəsi X5 şikayət ərizələri üzrə araşdırmanının nəticəsi olaraq ona Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X7 filialı tərəfindən göndərilmiş məktublarla da müəyyən edilir ki, həmin orqan tərəfindən də iddiaçının evinə quraşdırılmış sayğacın necə və hansı göstərici ilə quraşdırıldığını təyin etməsi mümkün olmamışdır. Həmçinin, həmin məktublarda “xxxx” ASC dövründən keçən 155,42 manat borc 18.08.2015-ci il tarixdə enerji hesabına daxil edildiyi, bundan sonra enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən sayğac göstəricilərinin mütəmadi oxunmaması səbəbli ümumilikdə 374,16 manat borc hesablandığı göstərilsə də, cavabdeh “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilmiş abonentin saldosunda **********09272 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan iddiaçı X1 yaşadığı ünvanda istifadə etdiyi elektrik enerjisinin dəyəri kimi 18 avqust 2015-ci il tarixdə hesabatın 0 manat olması göstərilmişdir. Göründüyü kimi cavabdeh “xxxx” ASC tərəfindən X4 hesablanmış 523.49 manat borcun haradan və necə yaranması müəyyən deyildir. Buna görə də iddiaçı X8 ona hesablanmış 523.49 manat borcun hesabından silinməsini tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək “xxxx” ASC tərəfindən X4 hesablanmış 523.49 manat borc iddiaçı X1 hesabından silinməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” ASC tərəfindən X4 hesablanmış 523.49 manat borc iddiaçı X1 hesabından silinsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-518/2021 04 may 2021-ci il İddiaçı: X4 (Şəki rayonu, Baş Göynük kəndi) İddiaçının nümayəndəsi: İddiaçı (Şəki rayonu, Baş Göynük kəndi) Cavabdeh: «xxxx» ASC-nə, (Bakı şəhəri, Bakıxanov küçəsi 13) Şəki Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2 (075)-518/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 04 səhifə. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №2(075)-518/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-518/2021
04.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver