Məhkəmə qərarları › İş №2(075)-522/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-522/2021

07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-522/2021 07.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs 1 nömrəli Şəki Peşə məktəbinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “sənədin ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X12 Məktəbi tərəfindən verilmiş 23 iyul 1976-cı il tarixli, 1484 nömrəli atestatın ona məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, o, Şəki İnzibati Məhkəməsinə müraciət edərək, 43 nömrəli Şəki Texniki məktəbində təhsil aldığ illərin sosial siğorta stajına daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X9 şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 10.06.2020-ci il tarixli 2-1(116)-2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 04.12.2020-ci il tarixli 2-1(107)-315/2020 saylı qətnaməsi ilə Şəki İnzibati Məhkəməsinin 10.06.2020-ci il tarixli 2-1(1 16)-2020 saylı qərarı ləğv edilmişdir. Şəki İnzibati Məhkəməsinin 10.06.2020-ci il tarixli 2-1(116)-2020 saylı qərarının ləğv edilməsində səbəb olaraq apellyasiya instansiyası texnikum tərəfindən ona verilən atestatda adının “Rəsul” kimi göstərilməsi qeyd edilmişdir, Halbuki, onun adı Ərizəçidur. Hazırda həmin həmin atestatın ona məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, onun doğum şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində adı Ərizəçi kimi qeyd edilmişdir. Düşünür ki, 1 nömrəli Şəki Peşə məktəbi texniki səhv olaraq onun adını “Rəsul” kimi səhv yazmışdır. Buna görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs 1 nömrəli Şəki Peşə məktəbinin nümayəndəsi X4 izahat verərək göstərdi ki, 1 nömrəli Şəki Peşə məktəbdə ərizəçiyə aid olan bir sıra sənədlərdə ərizəçinin adı Rasul əvəzinə Rəsul kimi qeyd edilmişdir. Ərizəçi Şəki Peşə məktəbi tərəfindən verilmiş 23 iyul 1976-cı il tarixli, 1484 nömrəli atestatın ona məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin təmin edilməsinə etirazları yoxdur. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X9 şəhər şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan 1 nömrəli Şəki Peşə məktəbi tərəfindən verilmiş sənədlərin təsdiq edilmiş surətindən görünür ki, X5 həmin məktəbi rəngsazlıq üzrə qurtarmışdır. İşdə olan 5 sentyabr 1974-cü il tarixli, 10 k nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, X5 1974/75 və 1974/75 75-76 dərs ili üçün 17 nömrəli rəngsaz qrupuna qəbul edilmişdir. İşdə olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən 23 iyun 1976-cı il tarixdə verilmiş 1484 nömrəli atestatın təsdiq edilmiş surətindən görünür ki, X5 iki il olan 43 nömrəli X12 məktəbini rəngsaz sənəti üzrə bitirmişdir. İşdə olan 231 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1960-cı il təvəllüdlü Ərizəçi atası X6, anası isə X3r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi 23 iyul 1976-cı il tarix, X12 Məktəbini bitirmiş və atestat almışdır. Ərizəçi, Şəki İnzibati Məhkəməsinə müraciət edərək, 43 nömrəli Şəki Texniki məktəbində təhsil aldığ illərin sosial siğorta stajına daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X9 şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 10.06.2020-ci il tarixli 2-1(116)-2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 04.12.2020-ci il tarixli 2-1(107)-315/2020 saylı qətnaməsi ilə Şəki İnzibati Məhkəməsinin 10.06.2020-ci il tarixli 2-1(1 16)-2020 saylı qərarı ləğv edilmişdir. Şəki İnzibati Məhkəməsinin 10.06.2020-ci il tarixli 2-1(116)-2020 saylı qərarının ləğv edilməsində səbəb olaraq apellyasiya instansiyası texnikum tərəfindən ona verilən atestatda adının “Rəsul” kimi göstərilməsi qeyd edilmişdir. Halbuki, onun adı Ərizəçidur. X12 Məktəbi tərəfindən verilmiş 23 iyul 1976-cı il tarixli, 1484 nömrəli atestatda adı X2 yazılmış şəxs Ərizəçi ilə eyni şəxsdir və həmin atestat Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X12 Məktəbi tərəfindən verilmiş 23 iyul 1976-cı il tarixli, 1484 nömrəli atestatın Ərizəçi məxsus olması olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. X12 Məktəbi tərəfindən verilmiş 23 iyul 1976-cı il tarixli, 1484 nömrəli atestatın Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar