Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-533/2021 30.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı X7 (Mikayıl) oğlunun nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X7 (Mikayıl) oğlunun cavabdeh «xxxx» ASC-nə qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC-nin xx.xx.2020-ci il tarixli AKT NDM 019051 saylı akta əsasən ondan tutulmalı olan 135,54 manat məbləğində cəriməni hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı əsl iddiaçı olan həyat yoldaşı X7 (Mikayıl) oğlu ilə əvəz edilməsinə etiraz etməmiş və məhkəmə MPM-nin 54-cü maddəsinə əsasən İddiaçı əsl iddiaçı X7 (Mikayıl) oğlu ilə əvəz etmişdir. Məhkəmə iclası zamanı iddiaçı X7 (Mikayıl) oğlunun nümayəndəsi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, onlar ünvan 1 ünvanında yaşayırlar. Sözügedən fərdi yaşayış evi və elektrik sayğacı onun həyat yoldaşı X1 adına qeydiyyatdadır. Lakin abunə haqqında məlumatda onun həyat yoldaşının adı X3 əvəzinə səhvən X2 qeyd edilmişdir. Onlar uzun müddətdir ki, qeyd edilən ünvanda yaşayırlar. Elektrik enerjisindən etdiyi istifadəyə görə sayğaca uyğun aparılmış hesabat üzrə vaxtı-vaxtında ödəniş etmişlər. Bir müddət sonra isə «xxxx» ASC-nin əməkdaşları tərəfindən sayğac yoxlanılmış və sayğacın işləmədiyi bildirilmişdir. Daha sonra isə «xxxx» ASC-nin əməkdaşları tərəfindən sayğac dəyişilmiş və onun barəsində akt tərtib edilərək iddiaçı 135,54 manat məbləğində cərimə edilmişdir. Halbuki, tərtib edilmiş aktdan onların xəbəri olmamışdır. Hesab edir ki, «xxxx» ASC tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 135,54 manat borc onun hesabından silinməlidir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh «xxxx» ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X10 xx xxxx 2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçının ünvan 2 ünvanında yaşadığı fərdi yaşayış evi “xxxx” ASC-nin enerji satış bazasında X4 adına **********09506 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Bu səbəbdən də iddia qaldırmaq hüququ X5 aiddir. İddiaçı iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınmalı və iddia təmin edilməməlidir. X6 ilə bağlı fiziki və hüquqi şəxslər arasında mövcud olan münasibətlər zamanı yaranan mübahisələrə məhkəmə qaydasında baxılması nəzərdə tutulmuş və bu münasibətlərin mövcud olub olmamasını yoxlamaqla, məhkəmə icraatının başlaması zamanı ilk olaraq iddia qaldırmış şəxsin bu münasibətlərdə hüquqa malik olması müəyyən edilməlidir. Məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqeyi bir neçə qərarlarında ifadə olunmuşdur. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008 ci il tarixli Qərarında əsasə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları R.Osmanov və V.Abdullayev tərəfindən ünvan 2 ünvanında yerləşən X5 məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X6 Qaydalarıma uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının impuls lampasının döyünməsinə baxmayaraq sayğacın hesablayıcı şot mexanizminin rəqəmlərinin dəyişmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X6 Qaydalarf’nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2020-ci il tarixli, NDM019051 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən Şəki EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yeni elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş və rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın xx.xx.2020-ci il tarixli protokolu ilə elektrik sayğacının hesab mexanizminin daxili qüsur nəticəsində işləmədiyi barədə rəy verilmişdir. xx.xx.2020-ci il tarixli, NDM019051 saylı akta əsasən “xxxx” ASC-nin Akt komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 51 gün üçün 0.07 manatla 368 kvt.s (dəyəri 25.76 manat) və0,11 manatla 998 kvt.s (dəyəri 109.78 mana:) toplaında 135.54 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Əməkdaşları tərəfindən müəyyən edilmiş qüsurun nəticəsi əsasında iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nın 8.32 bəndinin tələbinə görə “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X6 göstərişini azaltmaq məqsədilə ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X6yə görə yenidən hesablaşma aparmağa borcludur. “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X6yə görə yenidən hesablaşma aparılır. Həmin hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X6 etdiyi nəzərə alınmaqla aparılır. Bundan başq “EEİQ”-nın 7.11-ci bəndinin ikinci abzasında göstərilir ki, mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır. İddiaçının xx.xx.2021-ci il tarixinə X6yə görə 119,87 manat borcu vardır. Abonentin “abunə haqqında" məlumatına nəzər saldıqda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər 204 gün uçun sərfıyyatının toplamda 612 kvts olduğu, lakin sayğac dəyişildikdən sonrakı dövr üzrə 195 gün üçün artaraq xx.xx.2021-ci il tarixə 2294 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfıyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfıyyatı arasında fərq (1682 kvt.s) olduqca böyükdür. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə tərtib edilmiş akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. İddiaçının cavabdeh “xxxx” ASC-və qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarəlmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinlədikdən sonra məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X6 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir(göndərməlidir). İş materiallarında olan, abunə haqqında məlumatdan görünür ki, X7 (Mikayıl) oğlu Şəki EŞ-nin enerji satış bazasında **********09506 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin Akt Komissiyasının sədri M.Abdullayev tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli icra əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, oxunmamış sərfiyyatın abonentin bazasına işlənməsi, xx xxxx 2020-ci il tarixli, NDM 019051 nömrəli aktın baxış aktı kimi qeydə alınması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, NDM 019051 nömrəli aktdan görünür ki, E.E.İ.Q-na uyğun baxış apararkən məlum olmuşdur ki, elektrik sayğacının impuls lampasının döyünməsinə baxmayaraq sayğacın hesablayıcı şot mexanizminin rəqəmləri dəyişmir. “X6 qaydalarının” 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Həmin “Qaydaların” 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X6də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh təşkilatın əməkdaşları xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları R.Osmanov və V.Abdullayev tərəfindən ünvan 2 ünvanında quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair akt tərtib etmişlər. Cavabdeh təşkilatın əməkdaşları aktın tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aktın məzmununda həmin bənddə nəzərdə tutulan pozuntulardan məhz hansının istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Sözügedən fərdi yaşayış evində yaşayan X7 (Mikayıl) oğlunun həmin aktın tərtibində iştirak etməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda cavabdeh təşkilatın əməkdaşları R.Osmanov və V.Abdullayev xx xxxx 2020-ci il tarixli, NDM 019051 saylı X6 qaydalarının pozulması barədə akt tərtib edilərkən həmin aktda hal şahidlərinin iştirakını təmin etməmişlər. Bundan başqa cavabdeh baxış zamanı istehlakçıya məxsus elektrik sayğacının impuls lampasının döyünməsinə baxmayaraq sayğacın hesablayıcı şot mexanizminin rəqəmləri dəyişməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehlərin təbirincə desək qeyd edilən müdaxilənin iddiaçı tərəfindən edilməsi hər hansı sübutla təsdiqlənmir. Həmçinin məhkəmə qeyd edir ki, həmin sayğac demək olar ki, hər ay cavabdeh təşkilatın nəzarətçisi tərəfindən yoxlanılır və nəzarətçi həmin müdaxiləni bundan əvvəl də aşkar edə bilərdi. Cavabdeh təşkilatın əməkdaşları X6 zamanı istehlakçı tərəfindən X6 qaydalarının müvafiq maddəsinin posulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Beləliklə də, cavabdeh təşkilatın əməkdaşları X6 qaydalarının tələblərini pozaraq qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablamışlar. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı X7 (Mikayıl) oğlunun iddiası təmin edilməli, «xxxx» ASC-nin əməkdaşları tərəfindən iddiaçı X7 (Mikayıl) oğlunun barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, NDM 019051 nömrəli akt əsasında hesablanmış, sonradan razılıq protokolu ilə azaldılaraq 135,54 manat məbləğində saxlanılmış borc onun hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 216-220 və 360-cı mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxx» ASC-nin əməkdaşları tərəfindən iddiaçı X7 (Mikayıl) oğlunun barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, NDM 019051 nömrəli akt əsasında hesablanmış 135,54 manat borc X7 (Mikayıl) oğlunun hesabından silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-533/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-533/2021
30.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver