Məhkəmə qərarları › İş №2(075)-533/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-533/2024

04.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-533/2024 04.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə nümayəndəsi X7 iştirakları ilə Ərizəçi iştirakı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan 28 avqust 1978-ci il təvəllüdlü X5 və 26 noyabr 1982-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs 28 avqust 1978-ci il təvəllüdlü X5 və 26 noyabr 1982-ci il təvəllüdlü X8 iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəsində tələbini belə əsaslandırmışdır ki, o, Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayır. 28 avqust 1978-ci il təvəllüdlü X5 və 26 noyabr 1982-ci il təvəllüdlü X11 övladlarıdır. Uzun müddətdir ki, hər iki övladımın psixoloji çətinlikləri olmaqla, yataq xəstələridir. Övladları 28 avqust 1978-ci il təvəllüdlü X5 və 26 noyabr 1982-ci il təvəllüdlü X9 o və ailə üzvləri baxır. Hazırda psixi qüsurlu olduğuna görə 28 avqust 1978-ci il təvəllüdlü X5 və 26 noyabr 1982-ci il təvəllüdlü X11 öz hərəkətlərinin mənasını başa düşmürlər və özlərini idarə edə bilmirlər. Onlar ən xırda məişət işlərini həyata keçirmək iqtidarında deyildirlər. Həmin övladlarının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir ki, övladları-28 avqust 1978-ci il təvəllüdlü X5 və 26 noyabr 1982-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin və bundan sonra onların üzərində qəyyum təyin edilsin. Məhkəmə iclasında Ərizəçi izahat verərək göstərdi ki, X5 və X11 onun övladlarıdır. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin onu məhkəməyə yönəltmişlər. Göründüyü kimi X5 və X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə nümayəndəsi X7 məhkəmə iclası zamanı verdiyi izahatında ərizə ilə tanış olduğunu və ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 149 nömrəli rəyindən görünür ki, 28 avqust 1978-ci il təvəllüdlü X1, paranoid forma, qüsur vəziyyəti XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F20.0 xəstəliyi keçirir. Bu səbəbdən o,öz hərəkətlərinin mənasını başa düşmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil. Buna görə də X5 faaliyyət qabiliyyati olmayan şəxs kimi hesab edilməlidir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 149 nömrəli rəyindən görünür ki, 26 noyabr 1982-ci il təvəllüdlü X2, paranoid forma, qüsur vəziyyəti XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F20.0 xəstəliyi keçirir. Bu səbəbdən o,öz hərəkətlərinin mənasını başa düşmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil. Buna görə də X5 faaliyyət qabiliyyati olmayan şəxs kimi hesab edilməlidir. İşdə olan Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının aparatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 28 avqust 1978-ci il təvəllüdlü X5 və 26 noyabr 1982-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra onun 28 avqust 1978-ci il təvəllüdlü X5 və 26 noyabr 1982-ci il təvəllüdlü X11 üzərində qəyyum təyin edilməyi məsələsinə baxılacağı bildirilmiş. 28 avqust 1978-ci il təvəllüdlü X5 və 26 noyabr 1982-ci il təvəllüdlü X11 adlı övladlarınızın fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməm tövsiyyə edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinənin verilməsi haqqında xx.xx.2017-ci il tarixli arayışından görünür ki, X11 İ dərəcə əlildir və kənar şəxslərin qulluğuna ehtiyacı var. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinənin verilməsi haqqında xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X5 İİ dərəcə əlildir və kənar şəxslərin qulluğuna ehtiyacı var. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Şəki şəhəri Kiçik Dəhnə nümayəndəliyi tərəfindən verilmiş 853 nömrəli arayışda göstərilmişdir ki, X5 hal-hazırda həmin kənddə yaşayır. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Şəki şəhəri Kiçik Dəhnə nümayəndəliyi tərəfindən verilmiş 853 nömrəli arayışda göstərilmişdir ki, X11 hal-hazırda həmin kənddə yaşayır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X5 və X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X5 və X8 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinində müvafiq rəyləri vardır. Ərizəçi Yusifov X4 Nəzakət Arif qızı və X8 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan 28 avqust 1978-ci il təvəllüdlü X5 və 26 noyabr 1982-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidirlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçiqızı dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan 28 avqust 1978-ci il təvəllüdlü X5 və 26 noyabr 1982-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsinlər. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar