Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-56/2021 05.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 007R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 11167.84 ABŞ dolları məbləğində kredit borcu, 15289.95 ABŞ dolları məbləğində faiz borcu və 6581.92 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 33039 (otuz üç min otuz doqquz) ABŞ dolları 71 (yetmiş bir) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması; Şəki şəhəri, X1 prospektində istifadədə olan 0.0037 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 26.8 kv.m, tikintialtı sahəsi 37.0 kv.m olan birmərtəbəli, 553 nömrəli qeyri-yaşayış binasının açıq hərracdan satılması, 33039 (otuz üç min otuz doqquz) ABŞ dolları 71 (yetmiş bir) sent məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması; Şəki şəhəri, X1 prospektində istifadədə olan 0.0037 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 26.8 kv.m, tikintialtı sahəsi 37.0 kv.m olan birmərtəbəli, 553 nömrəli qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin qeyri-yaşayış binasına istifadə hüququnun itirilməsi, onun həmin qeyriyaşayış binasından çıxarılması, həmin qeyri-yaşayış binasının boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş, xx xxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında ipoteka predmeti olan qeyri-yaşayış binasının qiymətləndirilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və iş üzrə icraat dayandırılması qərara alınmış, qiymətləndirmə rəyi daxil olduqdan sonra iş üzrə icraat təzələnərək, mülki işin sonuncu məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə, saat 09:40-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. xx xxxxxx 2021-ci il tarixdə İddiaçı QSC məhkəməyə ərizə göndərərək cavabdehlərlə bank arasında razılıq əldə edildiyini, kredit öhdəliyinin icra edildiyini bildirmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı QSC iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Belə olan halda qanunun qeyd edilən tələbinə uyğun olaraq İddiaçı QSC-nin iddia ərizəsi baxılmamış saxlanmalı, ümumi qaydada yenidən məhkəmədə iddia qaldırmaq hüququ ona izah edilməli, həmçinin iddia ərizəsi baxılmamış saxlandığından iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1265/2020 saylı qərardadı üzrə verilmiş xx xxxxxx 2020-ci il tarixli, ƏEM/D 52- 741/20 saylı qiymətləndirmə ilə 150 manat xidmət haqqı İddiaçı QSC-dən alınıb VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************,KOD: 505594; SWİFT: GUNAAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı müstəqil qiymətləndirici «X2»nin xeyrinə İddiaçı QSC-dən 150 (bir yüz əlli) manat xidmət haqqı tutularaq VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 hesaba ödənilsin. İddiaçı QSC-yə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-56/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-56/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver