Məhkəmə qərarları › İş №2(075)-563/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-563/2021

18.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-563/2021 18.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi: X1 nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi X1 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Ərizəçi Nurəmməd oğlu ərizə ilə məhkəməyə müraciət edərək, 18 mart 2000-ci il təvəllüdlü oğlu X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, 03 mart 2021-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, məhkəmə baxışı iclası bu günə, yəni 18 iyun 2021-ci il tarixə saat 11:50-ə təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında ərizəçi X1 nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək, iş üzrə əlavə sənədlərin təqdim edilməsi zərurəti ilə ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərzə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi ərizəçi X1 nümayəndəsi X5 ərizənin geri qaytarılması barədə ərizə təqdim etmiş, maraqlı şəxs Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda qanunun qeyd edilən tələbinə uyğun olaraq ərizəçi X1 ərizəsi baxılmamış saxlanmalı, ümumi qaydada yenidən məhkəmədə iddia qaldırmaq hüququ ona izah edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi X1 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi X3 izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar