Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-568/2021 04.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 12 iyul 1966-cı il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olması, atasının 1939-cu il təvəllüdlü X9, anasının isə 1931-ci il təvəllüdlü X6 olması hüquqi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 12 iyul 1966-cı ildə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuşdur. Atası 1939-cu il təvəllüdlü X9, anası isə 1931-ci il təvəllüdlü X3r. Ona 2005-ci ildə müvəqqəti şəxsiyyət vəsiqəsi verilmişdir. Hazırda şəxsiyyət vəsiqəsi olmadığından Şəki ŞRPŞ-yə müraciət etmiş, ondan doğum haqqında şəhadətnaməsi tələb edilmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, doğum akt qeydi aşkar edilməmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Doğum haqqında şəhadətnaməsi olmadığına görə şəxsiyyət vəsiqəsi ala bilmir və müxtəlif dövlət orqanlarında müəyyən çətinliklərlə üzləşir. Doğum haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X10 göstərdi ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 iyul 1966-cı il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olması, atasının 1939-cu il təvəllüdlü X9, anasının isə 1931-ci il təvəllüdlü X6 olması hüquqi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ilə bağlı məsələnin həlli məhkəmənin səlahiyyətlərinə aiddir. O, ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X5 göstərdi ki, Ərizəçi onun bacısıdır. Ərizəçi 12 iyul 1966-cı ildə anadan olmuşdur. X1, anaları isə X3r. Onlar ailədə dörd bacı və bir qardaş olmaqla, beş uşaq olmuşlar. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X7 digər şahid X2 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan Şəki rayonu Aşağı Göynük kənd sahə xəstəxanası tərəfindən verilmiş 14 avqust 2018-ci il tarixli, 08 nömrəli arayışdan görünür ki, 1931-ci il təvəllüdlü X6 12 iyul 1966-cı ildə diri qız uşağı doğmuşdur. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X17 filialı tərəfindən 02 avqust 2018-ci il tarixdə verilmiş 989 nömrəli məktubundan görünür ki, Şəki rayonu Aşağı Göynük kənd XDS İcraiyyə Komitəsinin 1983-1985-ci illər üzrə təsərrüfatbaşına kitabında X4 ailə başçısı olduğu və qızı Ərizəçi 12 iyul 1966-cı ildə anadan olması göstərilmişdir. İşdə olan Şəki rayonu Aşağı Göynük kənd XDS İcraiyyə Komitəsinin 1983-1985-ci illər üzrə təsərrüfatbaşına kitabından görünür ki, 12 iyul 1966-cı il təvəllüdlü Ərizəçi ailə üzvü kimi göstərilmişdir. Ailə başçısı X9, onun arvadı isə X3r. İşdə olan Maraqlı şəxs tərəfindən 15 avqust 2018-ci il tarixdə verilmiş 1323/12 nömrəli arayışdan görünür ki, 1963-1969-cu illər üzrə Şəki şəhər İHB-nin Aşağı Göynük kənd İƏD üzrə nümayəndəliyinin arxiv məlumatlarında Ərizəçi doğum qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən 13 yanvar 2021-ci il tarixdə verilmiş 05/Q-41/15 nömrəli arayışdan görünür ki, Ərizəçi şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilmədiyindən doğum faktının qeydə alınması mümkün olmamış, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasənməhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.1-ci bəndinə görə hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin qərarın 4.3-cü bəndinə görə uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin izahatından, mülki iş materiallarından və şahidlərin ifadələrindən aydın oldu ki, Ərizəçi 12 iyul 1966-cı il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuşdur. Üzürlü səbəblərdən doğum haqqında şəhadətnaməsini ala bilməmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, Ərizəçi 12 iyul 1966-cı il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olması, atasının X9, anasının isə X6 olması faktı müəyyən edilməli, əsassız olduğundan ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələbləri və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat dövlət rüsumu ödənilir. İş materiallarından görünür ki, ərizəyə əlavə edilmiş rüsum qəbzi Ərizəçi tərəfindən deyil, X11 tərəfindən ödənilmişdir. Lakin ərizəyə X8 Ərizəçi adından ərizə üzrə müvafiq ödənişləri həyata keçirməyə səlahiyyəti olduğunu təsdiq edən etibarnamə iş materiallarına əlavə edilməmişdir. Odur ki, 10 (on) manat dövlət rüsumu Ərizəçi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi 12 iyul 1966-cı il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olması, atasının X9, anasının isə X6 olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. 10 (on) manat dövlət rüsumu Ərizəçi tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-568/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-568/2021
04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver