Məhkəmə qərarları › İş №2(075)-571/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-571/2021

29.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-571/2021 29.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində «xxxx» ASC-nin tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli, 196433 nömrəli akt əsasında hesablanmış 384 manat, 47 qəpik borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, Şəki rayonu Şorsu kəndində yaşayır. Həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında poçta ödəmişdir. O, həmişə sayğacı üzrə ödəniş aparmışdır. Lakin, cavabdeh təşkilatın nümayəndələri xx xxxxxx 2020-ci il tarixdə evinə gələrək barəsində AKT 196433 nömrəli akt tərtib etmişlər. Guya ki, evinə quraşdırılmış sayğacda üst qapaq hissəsi sol kənarında gövdədən aralanmışdır. Halbuki, belə bir şey olmamış və onun xəbəri yoxdur. Həmin əməkdaşlar qanunvericilikdə nəzərdə tutulmuş tələbləri pozaraq barəsinə belə bir akt tərtib etmişlər. Cavabdeh təşkilatın nümayəndələri onun heç bir borcunun olmadığı halda borcunun olduğunu bildirərək, evinə gələn elektrik enerjisini şəbəkədən ayırmağa çalışmışlar. Ancaq onların qeyd etdikləri borcun haradan və necə yaranması nə ona, nə də ki, özlərinə məlum deyildir. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “X1 qaydaları”nın tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, X1 qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən enerji təhcizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin, həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdeh təşkilatın nümayəndələri qarşılarına qoyulmuş planı doldurmaq üçün onun evdə olmamasından mükəmməl olaraq istifadə etmişlər. Bundan başqa həmin aktı məişət abonenti kimi o imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin, cavabdeh təşkilatın nümayəndəsi həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq aktın ləğv sayılması və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclaında cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X3 xx xxxx 2021-ci il tarixdə məhkəməyə göndərdiyi etiraz ərizəsini müdafiə edərək izahatında göstərdi ki, iddiaçının Şəki rayonu, Şorsu kəndində yerləşən fərdi yaşayış evi “xxxx'’ ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00007 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Həmin ünvana sayğac axırıncı dəfə 2006-cı il tarixdə quraşdırılmışdır. xx.xx.2020-ci il tarixdə “xxxx" ASC Şimal- Qərb RETSİ-nin Şəki EŞ-nin əməkdaşları E.Məsimov, B.Babayev və A.Səfərov tərəfindən Şəki rayonu, Şorsu kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə "X1 Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının üst qapaq hissəsinin sol kənarından gövdədən aralandığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydalarımın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2020-ci il tarixli, R196433 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx.xx.2020-ci il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə qüsur aşkar olunmuş sayğac yeni LUNA- LUN10 tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Tərtib olunmuş protokolda xx.xx.2020-ci il tarixdə sayğaca labaratorivada baxılacağı barədə qeydiyyat aparılmış və protokolun bir nüsxəsi İddiaçı təqdim edilmişdir. Lakin iddiaçı labaratorivada iştirak etməmişdir. Laboratoriyanın xx.xx.2020-ci il tarixli, 203218 saylı protokolu ilə elektrik sayğacının üst qapaq hissəsinin sol tərəfdən aralandığı barədə rəy verilmişdir. xx.xx.2020-ci il tarixli, R196433 saylı akta əsasən “xxxx” ASC Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 258 gün üçün 0, xx xxxxxxx 1402 kvt.s (dəyəri 98.14 manat) və 0.xx xxxxxxx 2603 kvt.s (dəyəri 286.33 manat) toplamda 384.47 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandirmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nın 8.32 bəndinin tələbinə görə “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aparılır. Həmin hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınmaqla aparılır. Bundan başq “EEİQ”-nın 7.11-ci bəndinin ikinci abzasında göstərilir ki, mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər 61 gün üçün sərfıyyatın toplamda 267 kvts olduğu, lakin sayğac dəyişildikdən sonrakı dövr üzrə 56 gün üçün artaraq xx.xx.2020-ci il tarixə 449 kvts olduğu görünür. Abonentin “abunə haqqında" məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfıyyatı ib qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfıyyatı arasında fərq (182 kvt.s) olduqca böyükdür.. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı yaşadığı Şəki rayonu, Şorsu kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. İddiaçının cavabdeh “xxxx” ASC-və qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarəlmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinlədikdən sonra məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir(göndərməlidir). İş materiallarında olan, abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00007 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş «xxxx» ASC-nin Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri R.M.Əfəndiyev tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli icra vərəqinin təsdiq edilmiş surətindən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 258 gün üçün 0.xx xxxxxxx 4005 kvt.s (dəyəri 98,14 manat) və 0.xx xxxxxxx 2603 kvt.s (dəyəri 286,33 manat) toplamda 384,47 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, R seriaylı 196433 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, yoxlama zamanı elektrik sayğacının üst qapaq hissəsinin sol kənarından gövdədən aralandığı aşkar olnumuşdur. İş materiallarına əlavə edilmiş məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında ******* nömrəli protokolun təsdiq edilmiş surətindən görünür ki, **********003466 nömrəli sayğac 30200906 nömrəli sayğacla əvəz olunmuşdur. “X1 qaydalarının” 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Həmin “Qaydaların” 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh xx.xx.2020-ci il tarixdə “xxxx" ASC Şimal-Qərb RETSİ-nin Şəki EŞ-nin əməkdaşları E.Məsimov, B.Babayev və A.Səfərov tərəfindən Şəki rayonu, Şorsu kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair akt tərtib etmişlər. Cavabdeh təşkilatın əməkdaşları aktın tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aktın məzmununda həmin bənddə nəzərdə tutulan pozuntulardan məhz hansının istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Sözügedən fərdi yaşayış evində yaşayan İddiaçı həmin aktın tərtibində iştirak etməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda cavabdeh təşkilatın əməkdaşları E.Məsimov, B.Babayev və A.Səfərov xx.xx.2020-ci il tarixli, R 196433 saylı X1 qaydalarının pozulması barədə akt tərtib edilərkən həmin aktda hal şahidlərinin iştirakını təmin etməmişlər. Bundan başqa cavabdeh baxış zamanı istehlakçıya məxsus elektrik elektrik sayğacının üst qapaq hissəsinin sol kənarından gövdədən aralanması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin təbirincə desək qeyd edilən müdaxilənin iddiaçı tərəfindən edilməsi hər hansı sübutla təsdiqlənmir. Həmçinin məhkəmə qeyd edir ki, həmin sayğac demək olar ki, hər ay cavabdeh təşkilatın nəzarətçisi tərəfindən yoxlanılır və nəzarətçi həmin müdaxiləni bundan əvvəl də aşkar edə bilərdi. Cavabdeh təşkilatın əməkdaşları X1 zamanı istehlakçı tərəfindən X1 qaydalarının müvafiq maddəsinin posulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Beləliklə də, cavabdeh təşkilatın əməkdaşları X1 qaydalarının tələblərini pozaraq qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablamışlar. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, «xxxx» ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, R 196433 nömrəli akt əsasında hesablanmış 384,47 manat məbləğində borc onun hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 216-220 və 360-cı mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxx» ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, R 196433 nömrəli akt əsasında hesablanmış 384,47 manat borc İddiaçı hesabından silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar