Məhkəmə qərarları › İş №2(075)-585/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-585/2021

19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-585/2021 19.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus doğum haqqında akt qeydində atasının soyad və ata adındakı səhvlərin düzəldilməsi, atasının soyad və ata adının "X8” kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, atası X8 16 dekabr 2015-ci il tarixində vəfat etmişdir. Atası öldükdən sonra onun mülkiyyətində olan evi hüquqi və qanuni əsaslarla öz adına keçirmək istəsə də, ona məxsus doğum haqqında şəhadətnamədə ata adı “X9", atasının evə mülkiyyət hüququnu təsdiq edən sənəddə isə “X16" oğlu şəklində yazıldığına görə bu mümkün olmamışdır. Doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı 30.04.2020-ci il tarixində Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxsndən ərizəsinə cavab olaraq bildirilmişdir ki, atasının ad, soyad və ata adı doğum haqqqında akt qeydində “X9”, nikah haqqında akt qeydində “X8”, ölüm haqqında akt qeydində isə "X7" kimi, yəni hər üç sənəddə fərqli şəkildə göstərildiyindən düzəliş edilməsi mümkün deyil. Bundan başqa, atasının evə mülkiyyət hüququnu təsdiq edən sənəddə atasının soyad və ata adı düzgün formada-X8 şəklində yazılmışdır. Bu səbəbdən doğum haqqında akt qeydində atasının soyadına və atasının adına düzəliş edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Onlar ailədə 5 bacıdırlar və eyni ata-ananın övladları olmaqla doğmadırlar. Ərizəçinin adı Ərizəçidır və onların ataları X4r. Lakin ərizəçinin doğum haqqında şəhadətnaməsinin ata qrafasında X8 əvəzinə səhvən X9 ona aid bütün sənədlərdə həmin qaydada yazılmışdır. Halbuki, onların ataları X4r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 və X19 da şahid X11 ilə eyni məzmunda ifadə vermişlər. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi qismən əsaslıdır. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə edilərək iş matarialına əlavə edilmiş 26 yanvar 1967-ci il tarixli 81 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1967-ci il təvəllüdlü Ərizəçi atası X9, anası isə X2r. İşdə olan AZ-İİİ 733485 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1967-ci il təvəllüdlü Ərizəçi atası X9, anası isə X2r. İşdə olan AZ-338133 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 09 noyabr 1962-ci il təvəllüdlü X3 atası X10, anası isə X2r. İşdə olan AZ-İ 302889 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 22 yanvar 1957-ci il təvəllüdlü X5 atası X8, anası isə X2r. İşdə olan İİ-İE 104812 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 01 mart 1961-ci il təvəllüdlü X6 atası X7, anası isə X2r. İşdə olan AZ-İ 782372 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 16.12.2015-ci il tarixdə xroniki ürək qan-damar çatışmazlığı səbəbi ilə Şəki şəhərində ölmüşdür. İşdə olan AZ-İİ 080777 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 29.05.2020-ci il tarixdə süd vəzinin dəqiqləşdirilməmiş hissəsində bədx. yenitör. səbəbi ilə Şəki şəhərində ölmüşdür. İşdə olan Azərbaycan Respublikası X30 13.10.2019-cu ildə vermiş olduğu arxiv arayışından görünür ki, X30 sənədlərində Şəki şəhəri üzrə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabında Qeysər Əliəkbər oğlunun döğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi 05 aprel 1925, valideynləri: atası X26, anası isə X24-dır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi barəsində 26 yanvar 1967-ci il tarixli 81 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Həmçinin müəyyən olundu ki, 26 yanvar 1967-ci il tarixli 81 nömrəli doğum haqqında akt qeydinin ata qrafasında Ərizəçi atasının adı səhvən X1 yazılmışdır. Əslində isə 26 yanvar 1967-ci il tarixli 81 nömrəli doğum haqqında akt qeydin adı X1 yazılmış şəxs X8 ilə eyni şəxsdir. Belə ki, Azərbaycan Respublikası X30 13.10.2019-cu ildə vermiş olduğu arxiv arayışından görünür ki, X30 sənədlərində Şəki şəhəri üzrə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabında Qeysər Əliəkbər oğlunun döğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi 05 aprel 1925-ci il, Valideynləri: atası X26, anası isə X15r. Göründüyü kimi arxiv arayışına və ərizəçinin doğma bacılarının doğum haqqında şəhadətnamələrində atalarının atasının (babalarının) adı Əliəkbər kimi qeyd edilmişdir. Tələbdən göründüyü kimi ərizəçi doğum haqqında akt qeydində atasının soyad və ata adındakı səhvlərin düzəldilməsini, atasının soyad və ata adının "X8” kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki, ərizəçinin doğum akt qeydində atasının soyadı və adı düzgün yazılmış, lakin ata adı “Əliəkbər” əvəzinə “Əliəsgər” kimi yanlış yazılmışdır. Buna görə də ərizəçinin yalnız ata adında düzəliş edilməlidir. Odur ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, Ərizəçi məxsus 26 yanvar 1967-ci il tarixli 81 nömrəli doğum haqqında akt qeydinin ata qrafasında yazılmış Abdurahmanov Qeysərin atasının adı “Əliəsgər” əvəzinə “Əliəkbər” kimi düzəliş edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə qismən təmin edilsin. Ərizəçi məxsus 26 yanvar 1967-ci il tarixli 81 nömrəli doğum haqqında akt qeydinin ata qrafasında yazılmış Abdurahmanov Qeysərin atasının adı “Əliəsgər” əvəzinə “Əliəkbər” kimi düzəliş edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar