Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-596/2021 17.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997-ci il tarixli, 37 nömrəli qərarına əsasən Şəki rayonu Dərəcənnət kəndində yerləşən həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmiş, plan ölçünün siyahı payında qeyd edilmiş X2 X7 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997ci il tarixli, 37 nömrəli qərarına əsasən Şəki rayonu Dərəcənnət kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2217.27 kv.m həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon (şəhər) şöbəsi tərəfindən A-445411 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin payına münasibətdə X4 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997-ci il tarixli, 37 nömrəli qərarına əsasən ailələrinə 2217.27 kv.m həyətyanı torpaq sahəsi ayrılmış, bununla bağlı A-445411 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. X1 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. O, vəfat etməmişdən əvvəl Şəki Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 1992-ci il tarixdə ölmüş X5 X3 atası olması faktı müəyyən edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində işdə olan Suçma kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 330 nömrəli arayışa əsasən Şəki rayonu Dərəcənnət kənd sakinləri Ərizəçi, X7 və X6 eyni ata və ananın övladları olması, atalarının X8, analarının isə X18 olması məhkəmə tərəfindən müəyyən edilmiş hal kimi qeyd edilmişdir. O, A-445411 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədini iş üzrə maraqlı şəxs olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim edərək həmin akt üzrə müəyyən edilmiş torpaq üzərində hüquqlarının qeydə alınmasını xahiş etsə də, həmin sənədlərlə mərhum bacısının soyadı adı “Şirinova” əvəzinə “Mirzəyeva kimi göstərildiyindən ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X15 göstərdi ki, Ərizəçi onun yoldaşının bibisidir. Ərizəçinin X7 adlı bacısı olmuşdur. Belə ki, həmin vaxt onların valideynlərinin rəsmi nikahı olmadığından Tamara Şirinova anasının soyadında qalmışdır. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X9 göstərdi ki, Ərizəçi onun atasının əmisi qızıdır. Atasının iki əmisi qızı vardır: Ərizəçi və X7. X17 rəhmətə getmişdir. X7 anadan olarkən atası Nəsrullah Mirzəyev və anası Hürü Şirinova arasında rəsmi nikah olmadığından mərhum anasının soyadında qalmışdır. İşdə olan A seriya, 445411 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997-ci il tarixli, 37 nömrəli qərarına əsasən Şəki rayonu Dərəcənnət kənd sakinlərinə 2217.27 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1947-ci il təvəllüdlü X3 anası X12r. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-715/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, xx xxxxxx 1992-ci il tarixdə ölmüş X5 xx xxxx 1947-ci il təvəllüdlü X3 atası olması faktı müəyyən edilmişdir. İşdə olan AZ-İİ seriyalı, 124788 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, **********59 nömrəli məktubdan görünür ki, təqdim edilmiş sənədlərdə yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997-ci il tarixli, 37 nömrəli qərarına əsasən Şəki rayonu Dərəcənnət kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2217.27 kv.m həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon (şəhər) şöbəsi tərəfindən A-445411 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin X4 payına münasibətdə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumunu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997-ci il tarixli, 37 nömrəli qərarına əsasən Şəki rayonu Dərəcənnət kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2217.27 kv.m həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon (şəhər) şöbəsi tərəfindən A-445411 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin X4 payına münasibətdə məxsus olması faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-596/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-596/2021
17.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver