Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-606/2021 09.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il tarixli, JN 390, KOD 40414018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının payına münasibətdə ona məxsus olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, 1998-ci ildə atası X3 və onun ailə üzvlərinə Torpağa mülkiyyət hüququna dair JN 390, KOD 40414018 nömrəli Dövlət aktı verilmişdir. Qeyd olunan bu sənəddə onun ata adı səhv yazılmışdır. Belə ki, onun adı Ərizəçi əvəzinə Ərizəçi İsabala qızı kimi qeyd olunmuşdur. Onun atasının adı “İsabala” kimi yazılmasını anlaya bilmir. Hesab edir ki, bu texniki olaraq yanlış yazılmışdır. Şəxsiyyət vəsiqəsi və doğum şəhadətnaməsindən də göründüyü kimi onun ata adı “Şaban”-dır. Qeyd olunan torpaq sahəsinin sənədlərini DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim edərək adlarına çıxarış almaq istəyərkən qeyd olunan yalnışlıqların aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından da göründüyü kimi 7-ci sıradaki şəxsin yəni, onun adı düzgün qeyd olunmamışdır. Məhz buna görədə həmin torpaq sahəsi qeydiyyata alınmaqdan imtina edilmişdir. Buna görədə məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Ərizəçinin adı Ərizəçidır və ona aid bütün sənədlərdə həmin qaydada yazılmışdır. Lakin JN 390, KOD 40414018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında ərizəçinin adı səhvən Ərizəçi İsabala qızı kimi qeyd edilmişdir. Halbuki, onlar yaşayan kənddə Ərizəçi İsabala qızı adlı adam yoxdur. Aktda bacısının ata adı texniki səhv olaraq “İsabala” kimi yazılmışdır. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan JN-390, KOD 40414018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 42 nömrəli qərarına əsasən X9, X6, X4, X7, Ərizəçi İsabala qızı, X11 və X8 cizgidə göstərilən sərhəd daxilində 1,91 hektar torpaq sahəsi verilmişdir. İşdə olan AЗ 767764 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1959-cu il təvəllüdlü Ərizəçi belə bir şəhadətnamə verilmişdir. İşdə olan AЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 1965-ci il təvəllüdlü X1 atası X9, anası isə X2r. İşdə olan AЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxxx 1968-ci il təvəllüdlü X5 atası X9, anası isə X2r. İşdə olan Şəki şəhər İHB-nın Orta Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı-ci il tarixli, 659 nömrəli arayışdan görünür ki, Orta Zəyzid kəndində doğulmuş Ərizəçi atasının adı JN 390 nömrəli Dövlət Aktında texniki səhv üzündən İsabala qızı kimi qeyd edilmişdir. Orta Zəyzid kəndində Ərizəçi İsabala qızı adlı vətəndaş qeydiyyatda olmayıb və yaşamır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 42 saylı qərarı ilə verilmiş JN 390, KOD 40414018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X9, X6, X4, X7, Ərizəçi İsabala qızı, X11 və X8 cizgidə göstərilən sərhəd daxilində 1,91 hektar torpaq sahəsi verilmişdir. Həmçinin müəyyən olundu ki, JN-390, KOD 40414018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda Ərizəçi atasının adı səhvən İsabala kimi yazılmışdır. Əslində isə , JN-390, KOD 40414018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda adı Ərizəçi İsabala qızı kimi yazılmış şəxs Ərizəçi ilə eyni şəxsdir və həmin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” payına münasibətdə Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 42 saylı qərarı ilə verilmiş JN 390, KOD 40414018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın payına münasbiətdə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 42 saylı qərarı ilə verilmiş xx xxx 1998-ci il tarixli JN 390, KOD 40414018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın payına münasbiətdə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-606/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-606/2021
09.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver