Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-608/2021 03.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 327.82 manat məbləğində borc və 20 manat dövlət rüsumunun tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən X2 01 iyun 2013-cü il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Məhkəmənin sorğusuna əsasən ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 16 aprel 2021-ci il tarixli, **********49 saylı məktubu ilə Şəki rayonu Kiş kəndində yerləşən fərdi yaşayış evinin X2 adına qeydiyyata alındığı, Şəki şəhər İHB-nin Kiş kənd İƏD üzrə nümayəndəliyinin 19 mart 2021-ci il tarixli, 08 nömrəli məktubu ilə həmin evdə hazırda Cavabdeh yaşayaraq X2 mirasını faktiki olaraq qəbul etdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq X2 vərəsəsi Cavabdeh iş üzrə cavabdeh qismində cəlb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı «xxxx» ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin «xxxx» ASC məhkəməyə 02 aprel 2021-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı «xxxx» ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı «xxxx» ASC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi abonent kodu **********01321 olan X2 elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı «xxxx» ASC-yə cəmi 327.82 (üç yüz iyirmi yeddi manat səksən iki qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh X3 dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 327.82 manat borcu bu günə qədər ödəməyərək «xxxx» ASC-yə zərər vurmuşdur. «xxxx» ASC-nin əməkdaşları hər ay X2 ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Həmçinin elektrik enerjisinin alqı-satqısı ilə bağlı hüquqi münasibətlər tərəflər arasında bağlanılmış “Enerjitəchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə ilə tənzimlənir və cavabdeh tərəf həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozur. «xxxx» ASC mülki hüquq subyektidir və digər şəxslər tərəfindən pozulmuş hüquqları qanunvericiliyə uyğun olaraq bərpa edilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Cavabdeh «xxxx» ASC-nin abonenti olmaqla 02 noyabr 2020-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqavilə əsasında fasiləsiz elektrik enerjisindən istifadə edir. Həmin ünvanda elektrik sayğacı quraşdırılmış və cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdehin mənzilində uzun müddət elektrik enerjisindən istifadə edilsə də, cavabdeh tərəfindən 327.82 manat borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də «xxxx» ASC hazırkı ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarına iştirak etməməklə iddiaya münasibət bildirməmişdir. İş materiallarına əlavə edilmiş 02 noyabr 2020-ci il tarixli, 175450 saylı “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə “xxxx” ASC ilə elektrik enerjisinin alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, **********01321 saylı abonentin elektrik enerjisindən istifadə nəticəsində 2020-ci ilin dekabr ayının sonuna istifadə edilmiş elektrik enerjisinin dəyəri üzrə 327.82 manat (156.89+256.93-86.00=327.82) borcu yaranmışdır. Mülki iş materiallarını araşdırıb, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, «xxxx» ASC-nin iddiası əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalan”nın 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 4-cü maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (krediorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və yuxarıda şərh olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh yaşadığı Şəki rayonu Kiş kəndində yerləşən mənzildə elektrik enerjisindən istifadə etsə də, abonent hesabında yaranmış enerji sərfiyyatı kimi hesablanmış cəmi 327.82 manat borcu tam şəkildə ödəməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 327.82 manat məbləğində əsas borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 347.82 manat tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217, 219-220, 227 və 233-cü maddələrin tələblərini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 327.82 manat məbləğində əsas borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 347.82 manat tutularaq «xxxx» ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-608/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-608/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver