Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-624/2021 10.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdehlər X14 və X3 (X18 əvvəlki məhkəmə iclaslarında iştirak etmişdir) iştirakları ilə, İddiaçı cavabdehlər Şəki Regional “ASAN” xidmət mərkəzində notariat ofisi, X14, X10, X15 qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququndan məhrum etmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.10.2020-ci il tarixində, cavabdeh Şəki reqional “Asan Xidmət” mərkəzində, notariat ofisinin xüsusi notariusu, X26 tərəfindən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə, reyestrdə 383 saylı vərəsəlik işi üzrə qeydə alınmış 2 ayrı-ayrı: 2V-493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”- lərinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə, vərəsələrin miras əmlakda paylarının qanuna uyğun müəyyənləşdirilməsi ilə, yenidən qanuna uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı məhkəməyə tələbin dəyişdirilməsinə (artırılması) dair ərizə təqdim edərək, 31.10.2009-cu il tarixdə, Şəki 2 saylı Dövlət notariat kontorunun, Dövlət notariusu X21 tərəfindən, reyestrdə 2V-1/153 nömrə ilə qeydə alınaraq təsdiq edilmiş “ünvan 1 ünvanında yaşayan X6 vəsiyyəti üzrə vəsiyyətnamənin etibarsız hesab edilməsi; Şəki reqional “Asan Xidmət” mərkəzində, notariat ofisinin xüsusi notariusu, X26 tərəfindən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə, reyestrdə 383 saylı vərəsəlik işi üzrə qeydə alınmış 2 ayrı-ayrı: 2V-493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”- lərin etibarsız hesab edilməsi; X4, X5 qalmış mülkiyyətə vərəsəliyi üzrə ləyaqətsiz vərəsə elan edilməsi ilə onun, X5 qalmış əmlaka mülkiyyət hüquqlarından məhrum edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəyişdirilməsi (artırılması) barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 16.03.1997-ci il tarixdə, Şəki rayonu üzrə İnventadaşdırma bürosunda, alqı-satqı müqaviləsi üzrə qeydə alınmış, 1259/4903 saylı “Torpaq Qeydi”-nə əsasən, 71,8 kv.m tikilialtl, 302,2 kv.m həyətyanı sahəsi olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi, mərhum anası, 22.11.2015-ci İl tarixində vəfat etmiş X1, daimi istifadəsinə verilmişdir. 31.10.2009-cy İl tarixdə, Şəki 2 saylı Dövlət notariat kontorunun, Dövlət notariusu X21 tərəfindən, reyestrdə 2V-İ/153 sayı ilə qeydə alınaraq təsdiq edilmiş “ünvan 1 ünvanında yaşayan X6 vəsiyyəti üzrə sərəncamında qeyd edilir ki:-“Ötən günədək mənə məxsus olan, Şəki şəhəri, Qoqol küçəsində yerləşən 18 saylı fərdi yaşayış evimi, Abşeron rayonu, Xırdalan şəhəri-28, ev 18, 39 saylı mənzildə yaşayan X7 vəsiyyət edirəm”. Bildirmişdir ki, qeyd edilən vəsiyyətnamənin mərhum anası tərəfindən imzalanmasına onda müəyyən şübhələr var. Yəni həmin vəsiyyətnamə anası tərəfindən imzalanmamışdır. Bundan sonra həmin vəsiyyətnaməni də nəzərə alınmış və 06.10.2020-ci il tarixində, iş üzrə Şəki Reqional “Asan Xidmət” mərkəzində, notariat ofisinin xüsusi notariusu, X26 tərəfindən, adı yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi ilə əlaqədar, reyestrdə 383 saylı vərəsəlik işi üzrə qeydə alınmış 2 ayrı- ayrı: 2V-493 VƏ 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”- ləri qeydə alınmışdır. 2V-493 saylı Şəhadətnamə üzrə -“22.11.2015-ci il tarixində vəfat etmiş X6 vərəsələri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan qardaşlar, Məmməd oğlu Sahib, Həbibullah və İbrahim Məmmədzadələr və ünvan 4 ünvanında qeydiyyatda olan X8r və onların hər biri miras əmlakdan 1/8 hissədə irs almaları göstərilmişdir. Şəhadətnamə verilən miras əmlak, DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsi tərəfindən 12.07.2011-ci il tarixində, X11 verilmiş **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat saylı dövlət reyestrindən çıxarışa əsasəı, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 133 kv.m, yaşayış sahəsi 64,1 kv.m, yardımçı sahəsi 68,9 kv.m olan fərdi yaşayış evindən ibarətdir”. - kimi qeyd edilmişdir. Həmin Şəhadətnamə üzrə əlavə olaraq qeyd edilir ki, miras əmlakın 4/8 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. 2V-494 saylı Şəhadətnamə üzrə isə “22.11.2015-ci il tarixində vəfat etmiş X6 vərəsələri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan qardaşlar, Məmməd oğlu Sahib, Həbibullah və İbrahim Məmmədzadələr və ünvan 4 ünvanında qeydiyyatda olan X8r və onların hər biri miras əmlakdan 1/4 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak, DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsi tərəfindən 12.07.2011-ci il tarixində, X11 verilmiş **********64 10301 reyestr nömrəli, ********** qeydiyyat saylı dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ümumi sahəsi 0,033 ha olan torpaq sahəsindən ibarətdir” kimi qeyd edilmişdir. İş üzrə cavabdeh Şəki Reqional “Asan Xidmət” mərkəzində, notariat ofisinin xüsusi notariusu, X26 tərəfindən 06.10.2020-ci il tarixində, qeydə alınmış 383 saylı vərəsəlik işi üzrə, 2V-493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”-lərin hər ikisiİ üzrə, vərəsələr - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan qardaşlar, Məmməd oğlu Sahib, Həbibullah və İbrahim Məmmədzadələr və ünvan 4 ünvanında qeydiyyatda olan X12ir. X14, 2002-ci ildən indiyədək, ailə qurması səbəbi ilə, adı yuxarıda qeyd edilən ünvandakı fərdi yaşayış evini tərk etmiş, daimi qeydiyyat ünvanını dəyişmiş və hal-hazırda da, ünvan 5ləsi ilə birgə daimi qeydiyyatda olmaqla yaşayır. Qeyd edilənlər, X6 miras əmlakında məcburi payı olanların və ya miras əmlakı faktiki olaraq qəbul etmişlərin sırasına, X4 daxil edilməsini mümkünsüz edir. Ancaq, mərhumə mülkiyyət sahibi sağlığında, öz əmlakını X7 vəsiyyət etdiyindən, o, ancaq vəsiyyətnamə üzrə vərəsədir. İş üzrə cavabdeh Şəki Reqional '‘Asan Xidmət” mərkəzində, notariat ofisinin xüsusi notariusu, X26 tərəfindən, 06.10.2020-ci il tarixində, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə görə, reyestrdə 383 saylı vərəsəlik işi üzrə qeydə alınmış 2 ayrı-ayrı - 2V- 493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”- lər, qanunların tələblərinin yerinə yetirilməməsi ilə verilmiş və nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. Bildirmişdir ki, 31.10.2009-cu il tarixdə, Şəki 2 saylı Dövlət notariat kontorunda reyestrdə 2V-1/153 nömrə ilə qeydə alınaraq təsdiq edilmiş vəsiyyət üzrə vəsiyyətnamə anası tərəfindən imzalanmasını şübhə ilə yanaşır. Hesab edir ki, həmin vəsiyyətnaməni anası imzalaya bilməzdi. Hesab etmişdir ki, mərhum anası qeyd edilən vəsiyyətnaməni imzalasa da həmin sənədin məzmununu dərk etmədən imzalamışdır. Həmin vəsiyyətnaməyə görə Bənövşəyə daha artıq pay düşmüşdür. Bu isə ədalətli deyildir. Qeyd edilən 31.10.2009-cu il tarixli vəsiyyət üzrə vəsiyyətnaməni anası imzalamadığından digər reyestrdə 383 saylı vərəsəlik işi üzrə qeydə alınmış 2 ayrı-ayrı - 2V-493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”- lər də etibarsızdır. Həmçinin bildirmişdir ki, Bənövşə həmin vəsiyyət üzrə vəsiyyətnaməni saxta yolla əldə etdiyindən o anasından qalmış mülkiyyət üzrə ləyaqətsiz vərəsə elan edilməli və anasından qalmış əmlaka münasibətdə mülkiyyət hüquqlarından məhrum edilməlidir. Bütün bunları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X14 izahat verərək göstərdi ki, 16.03.1997-ci il tarixdə, Şəki rayonu üzrə İnventadaşdırma bürosunda, alqı-satqı müqaviləsi üzrə qeydə alınmış, 1259/4903 saylı “Torpaq Qeydi”-nə əsasən, 71,8 kv.m tikilialtı, 302,2 kv.m həyətyanı sahəsi olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi, mərhum anası, 22.11.2015-ci il tarixində vəfat etmiş X2 və onun mülkiyyətində olmuşdur. 31.10.2009-cu il tarixdə, Şəki 2 saylı Dövlət notariat kontoru tərəfindən, reyestrdə 2V-İ/153 sayı ilə qeydə alınaraq təsdiq edilmiş vəsiyyətnaməyə əsasən anası “ünvan 1 ünvanında olan ünvan 6 etmişdir. 06.10.2020-ci il tarixində, Şəki Reqional “Asan Xidmət” mərkəzində yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi ilə əlaqədar, reyestrdə 383 saylı vərəsəlik işi üzrə qeydə alınmış 2 ayrı-ayrı: 2V-493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”-ləri qeydə alınmışdır. 2V-493 saylı Şəhadətnamə üzrə “22.11.2015-ci il tarixində vəfat etmiş X6 vərəsələri kimi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan qardaşları - Sahib, Həbibullah və İbrahim Məmmədzadələr, həmçinin o özü hər biri miras əmlakdan 1/8 hissədə irs almaları göstərilmişdir. Şəhadətnamə verilən miras əmlak, DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsi tərəfindən 12.07.2011-ci il tarixində mərhum anasına verilmiş **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat saylı dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 133 kv.m, yaşayış sahəsi 64,1 kv.m, yardımçı sahəsi 68,9 kv.m olan fərdi yaşayış evindən ibarət olmuşdur. Bildirmişdir ki, qardaşı İddiaçı ona qarşı əsassız iddia qaldırıb. Qardaşı ata və anasının sağlığında onlarla kobud davranmış, ansından əsassız əmlak payı tələb etmişdir. Buna görə də anası 2009-cu ildə Sahib Məmmədova qarşı məhkəmədə iddia qaldıraraq onu məcburi paydan məhrum etdirmək istəmiş, lakin həmin iddia məhkəmə tərəfindən baxılmamış saxlanılmışdır. Lakin o həmişə valideyinlərinin yanında qalmış bir övlad kimi onların qulluğunda durmuşdur. Buna görə də, anası həmin evi ona vəsiyyət etmişdir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş emişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 və əvvəlki məhkəmə iclaslarında iştirak edən X18 cavabdeh X14 ilə eyni məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq miş Şəki Regional “ASAN” xidmət mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılamsını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Azərbaycan Respublikası DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən verimiş MA seriyalı ******* nömrəli 12.07.2011-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0330 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 31 oktyabr 2009-cu il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 özünə məxsus olan şəki şəhəri, Qoqol küçəsi, ev 18 saylı fərdi yaşayış evini qızı X7 vəsiyyət etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş İddiaçı, X14, X10 və X13 06 oktyabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrinin təsdiq edilmiş surətindən görünür ki, mərhum X16 22.11.2015-ci il tarixdə vəfat etmişdir. Odur ki, mərhum analarından qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Mərhumun vərəsələri İddiaçı, X14, X10 və X18 olması göstərilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 16 oktyabr 2020-ci il tarixli 2V-492 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu 2 saylı dövlət notariat ofisi tərəfindən 31.10.2009-cu il tarixdə təsdiq edilən və reyestrdə 153 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 22.11.2015-ci il tarixdə vəfat etmiş - X6 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Abşeron ray., Xırdalan, mən 39 ünvanında qeydiyyatda olan X8r və o miras əmlakdan 4/8 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak- DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 12.07.2011-ci il tarixdə X11 verilmiş **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133 kv/m, yaşayış sahəsi 64.1 kv/m, yardımçı sahəsi 68.9 kv/m, 4 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 16 oktyabr 2020-ci il tarixli 2V-493 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 22.11.2015-ci il tarixdə vəfat etmiş- X6 vərəsələri: ünvan 13a qeydiyyatda olan İddiaçı, ünvan 9ydiyyatda olan X10, ünvan 10nvanında qeydiyyatda olan X14, ünvan 11 qeydiyyatda olan X18 olmaqla, onların hər biri miras əmlakdan 1/8 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak-DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 12.07.2011-ci il tarixdə X11 verilmiş **********64- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 133 kv/m, yaşayış sahəsi 64.1 kv/m, yardımçı sahəsi 68.9 kv/m olan fərdi yaşayış evindən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 16 oktyabr 2020-ci il tarixli, 2V-494 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 22.11.2015-ci il tarixdə vəfat etmiş- X6 vərəsələri: ünvan 13a qeydiyyatda olan X10, ünvan 13a qeydiyyatda olan İddiaçı, ünvan 14ında qeydiyyatda olan X14, ünvan 11 qeydiyyatda olan X18 və onların hər biri miras əmlakdan 1/4 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak-DƏDRX nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən 12.07.2011-ci il tarixdə X11 verilmiş **********64- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerleşən ümumi sahəsi 0.033 ha olan torpaq sahəsindən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş inventar nömrəsi 7307 olan 16 oktyabr 2020-ci il tarixli şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evinin 5/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi X4, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin 1/4 hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin 1/4 hissəsi X9, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin 1/4 hissəsi X13 adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Azərbaycan Respublikası DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən verimiş 27.10.2020-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1, yeni qaydalala: AZ 5500, ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evinin 5/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi X4, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin 1/4 hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin 1/4 hissəsi X3, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin 1/4 hissəsi X13 xüsusi mülkiyyətindədir. İşdə olan 06.10.2009-cu il tarixli, 2(075)-954/2009 saylı iddianın baxılmamış saxlanması haqqında qərardadın təsdiq edilmiş surətindən görünür ki, X16 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ondan miras qalacaq əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli, 4/1000 saylı məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2V-İ/153 nömrəli notariat işinin 2-ci səhifəsində X6 adından olan 21 oktyabr 2009-cu il tarixli Vəsiyyətnamədə “İMZA:" qrafasında “Cəmanə” yazılarının qarşısındakı imza – X16 tərəfindən icra olunmuşdur. Ekspertiza xərci 140 manat təşkil etmişdir. Məhkəmə iclasında iddiaçıların izahatları ilə müəyyən olunmuşdur ki, 16.03.1997-ci il tarixdə, Şəki rayonu üzrə İnventadaşdırma bürosunda, alqı-satqı müqaviləsi üzrə qeydə alınmış, 1259/4903 saylı “Torpaq Qeydi”-nə əsasən, 71,8 kv.m tikilialtı, 302,2 kv.m həyətyanı sahəsi olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi, mərhum X6 mülkiyyətində olmuşdur. Miras qoyan X16 22.11.2015-ci il tarixində vəfat etmişdir. Miras qoyan İddiaçı 31.10.2009-cu il tarixdə, Şəki 2 saylı Dövlət notariat kontorunda reyestrdə 2V-İ/153 sayı ilə qeydə alınan vəsiyyətnaməyə əsasən “ünvan 1 ünvanında olan Şəki şəhəri, Qoqol küçəsində yerləşən 18 saylı fərdi yaşayış evini X7 vəsiyyət etmişdir. 06.10.2020-ci il tarixində, Şəki Reqional “Asan Xidmət” mərkəzində yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi ilə əlaqədar, reyestrdə 383 saylı vərəsəlik işi üzrə qeydə alınmış 2 ayrı-ayrı: 2V-493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”-ləri qeydə alınmış və 2V-493 saylı Şəhadətnamə üzrə “22.11.2015-ci il tarixində vəfat etmiş X6 vərəsələri kimi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan qardaşları - Sahib, Həbibullah və İbrahim Məmmədzadələr, həmçinin X14 hər biri miras əmlakdan 1/8 hissədə irs almışlar. 2V-494 saylı Şəhadətnamə üzrə isə “22.11.2015-ci il tarixində vəfat etmiş X6 vərəsələri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan qardaşlar, Məmməd oğlu Sahib, Həbibullah və İbrahim Məmmədzadələr və ünvan 4 ünvanında qeydiyyatda olan X14 olması göstərilmiş və onların hər biri miras əmlakdan 1/4 hissədə irs almaları göstərilmişdir. Şəhadətnamə verilən miras əmlak, DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsi tərəfindən 12.07.2011-ci il tarixində, X11 verilmiş **********64 10301 reyestr nömrəli, ********** qeydiyyat saylı dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ümumi sahəsi 0,033 ha olan torpaq sahəsindən ibarət olmuşdur. İddiaçı iddianı müdafiə etmiş, cavabdehlər isə iddianı qəbul etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. İnsan Hüquqlarının və X19 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Həmin maddəyə əsasən cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Göründüyü kimi İddiaçı 31.10.2009-cu il tarixdə, Şəki 2 saylı Dövlət notariat kontorunun, Dövlət notariusu X21 tərəfindən, reyestrdə 2V-1/153 nömrə ilə qeydə alınaraq təsdiq edilmiş “ünvan 1 ünvanında yaşayan X6 vəsiyyəti üzrə vəsiyyətnamənin, Şəki reqional “Asan Xidmət” mərkəzində, notariat ofisinin xüsusi notariusu, X26 tərəfindən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə, reyestrdə 383 saylı vərəsəlik işi üzrə qeydə alınmış 2 ayrı-ayrı: 2V-493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”- lərin etibarsız hesab edilməsi, həmçinin X4, X5 qalmış mülkiyyətə vərəsəliyi üzrə ləyaqətsiz vərəsə elan edilməsi və onun X5 qalmış əmlaka mülkiyyət hüquqlarından məhrum edilməsinə əsas ola biləcək hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də İddiaçı 31.10.2009-cu il tarixdə, Şəki 2 saylı Dövlət notariat kontorunun, Dövlət notariusu X21 tərəfindən, reyestrdə 2V-1/153 nömrə ilə qeydə alınaraq təsdiq edilmiş “ünvan 1 ünvanında yaşayan X6 vəsiyyəti üzrə vəsiyyətnamənin, Şəki reqional “Asan Xidmət” mərkəzində, notariat ofisinin xüsusi notariusu, X26 tərəfindən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə, reyestrdə 383 saylı vərəsəlik işi üzrə qeydə alınmış 2 ayrı-ayrı: 2V-493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”- lərin etibarsız hesab edilməsi və X4, X5 qalmış mülkiyyətə vərəsəliyi üzrə ləyaqətsiz vərəsə elan edilməsi və onun X5 qalmış əmlak üzrə ləyaqətsiz vərəsə elan edilməsi və onun X5 qalmış əmlaka mülkiyyət hüquqlarından məhrum edilməsi tələbinə dair iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 140 manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə -Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X17 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. İddiaçının iddianın qaldırılması ilə bağlı dövlətə ödədiyi 10 manat rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1, 360cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı 31.10.2009-cu il tarixdə, Şəki 2 saylı Dövlət notariat kontorunun, Dövlət notariusu X21 tərəfindən, reyestrdə 2V-1/153 nömrə ilə qeydə alınaraq təsdiq edilmiş “ünvan 1 ünvanında yaşayan X6 vəsiyyəti üzrə vəsiyyətnamənin; Şəki reqional “Asan Xidmət” mərkəzində, notariat ofisinin xüsusi notariusu, X26 tərəfindən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə, reyestrdə 383 saylı vərəsəlik işi üzrə qeydə alınmış 2 ayrı-ayrı: 2V-493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”- lərin etibarsız hesab edilməsi; X4, X5 qalmış mülkiyyətə vərəsəliyi üzrə ləyaqətsiz vərəsə elan edilməsi və onun X5 qalmış əmlaka mülkiyyət hüquqlarından məhrum edilməsi tələbinə dair iddiaları təmin edilməsin. 140 manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X17 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İddiaçının dövlət büdcəsinə ödədiyi 10 manat rüsum onların özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov.
Məhkəmə qərarları › İş №2(075)-624/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-624/2021
10.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver