Məhkəmə qərarları › İş №2(075)-630/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-630/2021

27.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-630/2021 27.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC tərəfindən tərtib edilmiş 196628 nömrəli 25 yanvar 2021-ci il tarixli akt əsasında hesablanmış 600 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, Şəki rayonu, Aşağı Layisqi kəndində yaşayır. Həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtlıvaxtında poçta ödəmişdir. O, həmişə sayğacı üzrə ödəniş aparmışdır. Lakin, cavabdeh təşkilatın nümayəndələri 25.01.2021-ci il tarixdə evinə gələrək barəsində 196628 nömrəli akt tərtib etmişlər. Aktda göstərilmişdir ki, o, qonşuya çəkilən xəttin giriş hissəsindən özünə xətt çəkərək kənar xətdən istifadə etmişdir. Halbuki, belə bir şey olmamış və onun xəbəri yoxdur. Həmin əməkdaşlar qanunvericilikdə nəzərdə tutulmuş tələbləri pozaraq barəsinə belə bir akt tərtib etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “X1 qaydaları”nın tələblərini pozmuşlar. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən enerji təhcizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər də hal şahidi iştirak etməli, həmin aktı onlar tərəfindən imzalamalıdırlar. Lakin, həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdeh təşkilatın nümayəndələri qarşılarına qoyulmuş planı doldurmaq üçün onun evdə olmamasından mükəmməl olaraq istifadə etmişlər. Bundan başqa həmin aktı məişət abonenti kimi o imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeydiyyat aparılmalıdır. Lakin, cavabdeh təşkilatın nümayəndəsi həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Əlavə olaraq göstərmişdir ki, o heç bir halda evində sayğacdan kənar elektrik xətti çəkməmiş və belə bir xəttdən istifadə etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən görüntü isə onun sayğacdan kənar X1 etməsini təsdiq etmir. Belə ki, həmin video çəkiliş natamamdır. Həmin çəkilişi izlədikdə aydın olur ki, çəiliş zaman evdə olan həyat yoldaşı cavabdehin nümayəndələrinə etiraz edərək xəttdən kənar enerjidən istifadə etmədiklərini bildirmişdir. Onun bu etirazı çəkilişdə öz əksini tapmışdır. Göstərmişdir ki, onunla qonşuluqda qardaşına məxsus ev vardır və həmin evdə qardaşı tək yaşayır. Qardaşı uzun müddətdir ki, yataq xəstəsidir, ailəsi və uşaqları yoxdur. Bu səbəbdən də qardaşına özü baxır. Belə ki, qardaşının altını-üstünü özü dəyişdirərək təmizləyir. Həmin qardaşına məxsus evin də ayrıca elektrik sayğacı vardır. Həmçinin bildirmişdir ki, onların babalarına kənd içində “ocaq” demişlər və həmin “ocaq” da qardaşına məxsus baba evinin bir hissəsində yerləşir. Həmin “ocaq” və ya “pir”-də uzun müddətdir ki, (təxminən 25-30 il) 1 ədəd lampa yanır. Onu görən cavabdeh təşkilatın nümayəndələri elə hesab etmişlər ki, həmin lampa sayğacdan kənar onun tərəfindən çəkilib. Halbuki, həmin lampaya gedən elektrik xətti qardaşına məxsus elektrik xəttindən çəkilmişdir. Qeyd etmişdir ki, o mütamadi olaraq demək olar ki, hər ay istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəyir. Sahə nəzarətçisi hər 20-30 gündən bir onlara istifadə edilmiş elektrik enerjisinə görə hesabbildiriş təqdim edir və demək olar ki, onların sayğacı və sayğacdan evinə gedən elektrik xətti cavabdeh təşkilatın yerli nümayəndələrinin nəzarətindədir. Belə olduğu halda əgər o sayğacdan kənar xətt çəkmişdirsə bu illər ərzində həmin xətt aşkar edilərdi və ya daha az enerji istifadə etməsinə görə o. cavabdeh təşkilatın diqqətini çəkmiş olardı. Həmçinin göstərmişdir ki, cavabdeh təşkilatın əməkdaşları onların həyətində olan zaman həyat yoldaşının ona deməsinə görə həmin əməkdaşlar sərxoş olmuşlar. Bütün bunlara görə hesab edir ki, cavabdeh təşkilat onun barəsində əsassız olaraq akt tərtib edərək onun barəsində cərimə məbləği hesablamışlar. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaında cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X11 21 aprel 2021-ci il tarixdə məhkəməyə göndərdiyi etiraz ərizəsini müdafiə edərək izahatında göstərdi ki, iddiaçının Şəki rayonu, Aşağı Layisqi kəndində yaşadığı fərdi yaşayış evi “xxxx” ASC-nin enerji satış bazasında İddiaçı adına **********00298 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 25.01.2021-ci il tarixdə “xxxx” ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları V.Cəlilov, T.Əzizov və X.Hacıbabayev tərəfindən Şəki rayonu, Aşağı Layisqi kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydalarfna uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin qonşuya çəkilən xəttin giriş hissəsindən özünə xətt çəkərək kənar xətt vasitəsilə bir başa X1 etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 25.01.2021-ci il tarixli, R196628 saylı akt tərtib olunmuşdur. 25.01.2021-ci il tarixli, R196628 saylı akta əsasən “xxxx” ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 28.02.2021-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 365 gün üçün 0.07 manatla 3650 kvt.s (dəyəri 255.50 manat) və 0.11 manatla 3095 kvt.s (dəyəri 340.45 manat) toplamda 595.95 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. “EEİQ”-nın 8.32 bəndinin tələbinə görə “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aparılır. Həmin hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınmaqla aparılır. Bundan başq “EEİQ”-nın 7.11-ci bəndinin ikinci abzasında göstərilir ki, mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır. iddiaçı iddia tələbində silinəcək məbləği 600.00 manat göstərmişdir. Bildiririk ki, iddiaçıya akt əsasında 595.95 manat hesabat aparılmış, yerdə qalan 4.05 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. İddiaçının cavabdeh “xxxx” ASC-və qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarəlmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, “xxxx” ASC-nin əməkdaşıdır. 25.01.2021-ci il tarixdə iddiaçının yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən məlum olmuşdur ki, qonşudan iddiaçının evinə elektrik xətti çəkilmişdir. O, bu xətti telefonu ilə çəkmişdir. Həqiqətən də iddiaçı ilə qonşuluqda ev olmuş, lakin həmin evdə heç kəs yaşamamışdır. Qonşunun həyətində 1 lampa yandığını görmüşdür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinlədikdən sonra məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir(göndərməlidir). İş materiallarında olan, abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00298 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş «xxxx» ASC-nin Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri F.Ə.İsmayılov tərəfindən təsdiq edilmiş 08 fevral 2021-ci il tarixli icra vərəqinin təsdiq edilmiş surətindən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 365gün üçün 0.07 manatla 3650 kvt.s (dəyəri 255,50 manat) və 0.11 manatla 3095 kvt.s (dəyəri 340,45 manat) toplamda 595,95 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İş materiallarına əlavə edilmiş 25 yanvar 2021-ci il tarixli, R seriaylı 196628 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, yoxlama zamanı abonentin qonşuya çəkilən xəttin giriş hissəsindən özünə xətt çəkərək kənar xətdən istifadə etməsi aşkar olnumuşdur. İş materiallarına əlavə edilmiş məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında ******* nömrəli protokolun təsdiq edilmiş surətindən görünür ki, **********003466 nömrəli sayğac 30200906 nömrəli sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Şəki filialı tərəfindən verilmiş 02 mart 2021-ci il tarixli məktubdan görünür ki, olan X2 Agentliyinin Şəki filialının böyük müfəttişi X3 bu aktı tərtib edirəm ondan ötrü ki, Şəki rayonu, Aşağı Layısqı kənd sakini İddiaçı tərəfindən fərdi yaşayış evində sayğacdan kənar xətt olmadığı halda enerji təchizatı müəssisəsinin (bundan sonra-ETM) nümayəndələri tərəfindən akt yazılması barədə Energetika Nazirliyinə daxil olmuş müraciətin araşdırılması üçün X8 sahə ustası X5 və şikayətçi İddiaçı iştirakı ilə ilə fərdi yaşayış evinə xidmət edən elektrik sayğacının quraşdırıldığı əraziyə tərəfimizdən baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, şikayətçiyə məxsus fərdi yaşayış evinə xidmət edən **********81389 zavod nömrəli elektrik sayğacı həyətdən kənarda, küçədə yerləşən dayağa bərkidilməklə quraşdırılmış və giriş xətti bütöv olmaqla izolyasiyası pozulmamışdır. Sayğac ETM-in abonent bazasında **********00298 saylı kod ilə şikayətçinin adına qeydiyyatdadır. Sayğacın çıxış xətti şikayətçinin həyətində yerləşən talvarda iki müxtəlif mənbədən qidalanma üçün quraşdırılmış ayırıcının üst girişinə birləşdirilmiş və ayırıcının çıxışından fərdi yaşayış evinə elektrik xətti çəkilmişdir. Həmin ayırıcının alt girişinə birləşdirilmiş elektrik xəttindəki darağa işlədici qoşulmamışdır. Şikayətçinin bildirdiyinə görə həmin ayırıcı enerji təchizatında fasilə zamanı generatorun qoşulması üçün quraşdırılıb. Sözügedən dayaqdan şikayətçinin həyətində yerləşən talvarın tavan hissəsi ilə hal-hazırda yaşayış olmayan, qardaşına məxsus fərdi evə kabel-hava xətti çəkilmiş və evin yan divarında quraşdırılmış **********085684 zavod nömrəli elektrik sayğacına birləşdirilmişdir. Talvarın tavan hissəsindən keçən yerində kabel-hava xəttinin izolyasiyası pozularaq həyətdə yerləşən digər yardımçı tikiliyə (tualetə) sayğacdan kənar işıqlanma xətti çəkilmiş və hal-hazırda gərginlik altındadır. İzolyasiya pozulduğu yerin yaxınlığında calaq vasitəsilə elektrik lampası asılmış, lampanı elektrik şəbəkəsinə qoşmaq üçün talvarın şikayətçiyə aid olan hissəsində iki müxtəlif mənbədən qidalanma üçün quraşdırılmış ayırıcıya qədər izolyasiyalı elektrik naqili çəkilmiş, lakin ayırıcıya qoşulmamışdır. Şikayətçinin bildirdiyinə görə sözügedən yardımçı tikili və talvarın yarısı qardaşına məxsus olmaqla kabel-hava xəttinin izolyasiyasının pozulması həmin hissəsində yerləşir. Vətəndaşa bildirildi ki, məsələ mövcud qaydalara uyğun araşdırıldıqdan sonra ona rəsmi qaydada cavab veriləcəkdir. İş materiallarına əlavə edilmiş videolentdən görünür ki, İddiaçı tərəfindən elektrik sayğacına kənar müdaxilə olunması öz əksini tapmamaqla müəyyən edilməsi mümkün deyil, həmçinin çəkiliş zamanı iddiaçının yoldaşı etiraz edərək göstərilən kabelin onlara aid olmadığını bildirmişdir. “X1 qaydalarının” 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Həmin “Qaydaların” 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********00131 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı 08 fevral 2021-ci il tarixə 6745 kvts, enerji istehlak etmiş və onun 595,95 manat borcu olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış qeyd edilən elektrik enerjisi borcu silinməlidir. Məhkəmə araşdırması nəticəsində 25 yanvar 2021-ci il tarixli, R seriyalı 196628 nömrəli akt əsasında X4 595,95 manat borcun hesablanması müəyyən edilmişdir. Bundan başqa cavabdeh baxış zamanı abonentin qonşuya çəkilən xəttin giriş hissəsindən özünə xətt çəkərək kənar xətdən istifadə etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin təbirincə desək qeyd edilən müdaxilənin iddiaçı tərəfindən edilməsi hər hansı sübutla təsdiqlənmir. Həmçinin məhkəmə qeyd edir ki, həmin sayğac demək olar ki, hər ay cavabdeh təşkilatın nəzarətçisi tərəfindən yoxlanılır və nəzarətçi həmin müdaxiləni bundan əvvəl də aşkar edə bilərdi. Cavabdeh təşkilatın əməkdaşları X1 zamanı istehlakçı tərəfindən X1 qaydalarının müvafiq maddəsinin posulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Beləliklə də, cavabdeh təşkilatın əməkdaşları X1 qaydalarının tələblərini pozaraq qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablamışlar. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, «xxxx» ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş 25 yanvar 2021-ci il tarixli, R 196628 nömrəli akt əsasında hesablanmış 595,95 manat məbləğində borc onun hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 216-220 və 360-cı mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «xxxx» ASC tərəfindən tərtib edilmiş 25 yanvar 2021-ci il tarixli, R 196628 nömrəli akt əsasında hesablanmış 595,95 manat borc İddiaçı hesabından silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar