Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-640/2020 25.06.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi x3, Cavabdeh «xxxxxxxx» x7 etibarnamə üzrə nümayəndəsi x2, İddiaçı cavabdeh «xxxxxxxx» x4rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxxxxxx» ASC tərəfindən onun **********00234 saylı enerji hesabında əsassız qeydə alınmış 1009.91 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxxxxxx» ASC tərəfindən onun **********00234 saylı enerji hesabında əsassız qeydə alınmış 1240.84 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Orta Zəyzid kəndində anadan olmuşdur və hazırda Şəki rayonu Orta Zəyzid kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Yaşadığı ünvanda yerləşən fərdi yaşayış evi sayğac quraşdırılmaqla enerji təchizatı ilə (kod: **********00234) təmin edilmişdir. Evi elektrik enerjisi ilə təmin edən elektrik sayğacı evdən kənarda ictimai yolda quraşdırılmışdır. Həmin sayğac uzun müddətdir istismardadır və onun standartlara uyğun işləyib-işləməməsi sual altındadır. Mənzildə istifadə edilən elektrik enerjisinin dəyəri tərəfindən ödənilməkdədir. Lakin bununla belə son vaxtlar cavabdehin əməkdaşlarının təqdim etdiyi bildirişlərdə şişirdilmiş borc məbləğinin qeyd olunduğu və hər ay həmin borcun daha da artdığı görülməkdədir. Bununla əlaqədar cavabdeh təşkilat həmin borcun yaranma mənbəyi ilə bağlı heç bir açıqlama verməmiş, tələb etdiyi hesabdan çıxarış təqdim edilməmişdir. Bunun üçün internet vasitəsilə onlayn rejimdə hesabını yoxladığı zaman 1009.91 manat borc qeydiyyatının aparıldığı məlum olmuşdur. Hazırda da mənzilin elektrik enerjisinin dayandırılması tələbi ilə həmin mübahisəli borcu ona ödətdirməyə çalışırlar. Onun hesabında həmin borcun olması mümkün deyildir. Ona görə ki, mənzildə təbii qazla işləyən isitmə sistemi olduğundan və hər ay qaz sərfiyyatına görə 150-200 manat ödəniş etdiyindən mənzildə elektrik enerjisindən çox istifadə edilməsi mümkün deyildir. Cavabdeh təşkilatla əlaqə saxlayaraq borcun yaranma səbəbləri ilə bağlı sənədlər tələb etsə də, heç bir təqdim etməmiş, eyni zamanda borcun sayğacla və ya aktla yazılması ilə bağlı məlumat verməmişdir. Elektrik sayğacı həyətyanı sahədən kənarda – yolda quraşdırıldığından onun qorunmasına heç bir cavabdehlik daşıya bilməz. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi x6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdehin rəhbərliyinin göstərişi əsasında 16 aprel 2020-ci il tarixdə iddiaçının yaşadığı ünvanda istismarda olan sayğac smart kart tipli sayğacla (**********63) əvəz edilmişdir. Bundan sonra iddiaçı tərəfindən hesabında olan borc mübahisələndirməsinə baxmayaraq cavabdeh tərəf etdiyi ödənişin 50% hissəsini qanunsuz olaraq həmin borca silir. Bununla bağlı aralarında müqavilə, razılaşma protokolu və ya abonentin müraciəti olmamışdır. Bundan əlavə 16 aprel 2020-ci il tarixdə əvvəlki istismarda olan ********** nömrəli sayğac açılarkən göstəricisi 83487 kvts olmuşdur. Cavabdehin sonuncu dəfə təqdim etdiyi 06 aprel 2020-ci il tarixli bildirişdə sayğacın 83075 kvts göstəricisi ilə mənzilə 1211.52 manat borc yazılmışdır. 06.04.2020-16.04.2020-ci il tarixləri arasında sayğac 412 kvts enerji sərfi qeydə almışdır. 06.04.2020-16.04.2020-ci il tarixləri arasında sayğacın qeydə aldığı 412 kvts enerji sərfinin 400 kvts hissəsi 7 qəpikdən (400 x 0.07 = 28 man), 12 kvts hissəsi isə 11 qəpikdən (12 x 0.11 =1.32 man) hesablanmaqla həmin 10 gün ərzində 29.32 manat enerji sərfi (28 man + 1.32 man = 29.32 man) qeydə alınmışdır. Bu səbəbdən 16 aprel 2020-ci il tarixdə əvvəlki istismarda olan ********** nömrəli sayğac açılarkən göstəricisi 83487 kvts olmaqla 1240.84 manat borc (1211.52 man + 29.32 man = 1240.84 man) yaranmışdır. Cavabdehin təqdim edəcəyi hesabdan çıxarışda borc məbləği 1240.84 manatdan aşağı olacaqdır və buna səbəb iddiaçının ödədiyi ödənişdən qanunsuz olaraq aparılan tutulmalardır. Bundan əlavə məhkəməyə müraciət edərkən cavabdehdən tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi, mənzildə quraşdırılmış ********** saylı sayğacın dövlət yoxlamasından keçirilməsinə dair sənəd və pasport, sayğacın quraşdırılma aktının surətlərini tələb edilsələr də bununla bağlı məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Mənzildə quraşdırılmış ********** saylı sayğac nasaz işlədiyindən həddən artıq çox sərfiyyat qeydə alımışdır. Bunu 16 aprel 2020-ci ildən sonrakı sərfiyyatla müqayisədə görmək mümkündür. Digər tərəfdən qış aylarında mənzildə qazla işləyən isitmə sistemindən istifadə edildiyindən sayğacın yüksək həddə enerji sərfi qeydə alması onun nasaz işləməsindən irəli gəlir. Bütün bunları nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh «xxxxxxxx» x7 etibarnamə üzrə nümayəndəsi x5 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki,iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, İddiaçı iddiasında qeyd etdiyi Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında İddiaçı adına **********00234 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, 2010-ci ilin may ayından 2012-ci ilin iyun ayına qədər olan məlumat cədvəlindən görünür ki, iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 767.82 manat olmuş və o, bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərinin cəmi 523.20 manatını ödəmişdir. 2012-ci ilin iyun ayından 2015-ci ilin avqust ayına qədər olan məlumat cədvəlindən görünür ki, iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 1348.62 manat olmuş və o, bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərinin 1417.14 manatını ödəmişdir. 2015-ci ilin avqust ayından 2020-ci ilin mart ayına qədər olan məlumat cədvəlindən görünür ki, iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 3265.08 manat olmuş və o bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərinin cəmi 2338.00 manatını ödəmişdir. Həmin bu dövrlər ərzində iddiaçının istifadə etdiyi elektrik enerjisi 73526 kvts, dəyəri 5381.52 manat olmasına baxmayaraq iddiaçı bu dövrlər üzrə cəmi 4278.34 manat pul ödəmişdir. Buradan açıq aydın görünür ki, qeyd olunan dövrlər üzrə iddiaçının istifadə etdiyi elektrik enerjisindən ödənilməmiş 1103.18 manat (5381.52 manat – 4278.34 manat = 1103.18 manat) qalıq borcu qalmışdır. Yuxarıda qeyd olunlara əsasən iddiaçının heç bir əsassız və qanunsuz borcu yaranmamış, yaranmış borc iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyəridir. Əlavə olaraq bildirdi ki, 05 mart 2020-ci il tarixinə iddiaçının istifadə etdiyi elektrik enerjisinə görə qalıq borcu 1103.18 manatdır. Yaranmış borcun ödənilməsi ilə əlaqədar iddiaçıya bir neçə dəfə xəbərdarlıq edilmiş, iddiaçı borcu vaxtında ödəməmiş və bu müddət ərzində iddiaçıya elektrik enerjisinin verilişi enerjitəchizatı müəssisəsi tərəfindən dayandırılmamışdır. Qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı Şəki rayonu Orta Zəyzid kəndində yaşadığı fərdi yaşayış evi üzrə istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcu enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 2010-ci ilin may ayından 2012-ci ilin iyun ayına qədər olan abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 767.82 manat olmuş və İddiaçı bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərindən cəmi 523.20 manat pul ödəmişdir. Qalıq borc 767.82- 523.20=244.62 manatdır. İşə əlavə edilmiş 2012-ci ilin iyun ayından 2015-ci ilin avqust ayına qədər olan abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 1348.62 manat olmuş və İddiaçı bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərindən cəmi 1417.14 manat pul ödəmişdir. Qalıq borc 1348.62-1417.14=- 68.52 manatdır. İşə əlavə edilmiş 2015-ci ilin avqust ayından 2020-ci ilin mart ayına qədər olan abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 3265.08 manat olmuş və İddiaçı bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərindən cəmi 2338.00 manat pul ödəmişdir. Qalıq borc 3265.08- 2338.00=927.08 manatdır. İşə əlavə edilmiş abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı ümumilikdə 244.62-68.52+927.08=1103.18 manat qalıq borcu qalmışdır. İşə əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-298/2016 saylı, 17 iyun 2016-cı il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, abonent müqaviləsinin olmaması əsası ilə istehlakçının hesabında yazılmış borc əsassız hesab edilərək silinmişdir. İşə əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(107)-39/2016 saylı, 21 oktyabr 2016-cı il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-298/2016 saylı, 17 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-102/2017 saylı, 07 mart 2017-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(107)-39/2016 saylı, 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 iyun 2017-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki İnzibati- İqtisadi Məhkəməsinin 2-2(84)-298/2016 saylı, 17 iyun 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “x1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin “Qaydaların” 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin “Qaydaların” 8.15-ci maddəsinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin “Qaydaların” 8.26-cı bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Şəki rayonu Orta Zəyzid kəndində yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında İddiaçı adına **********00234 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İddiaçının 2010-ci ilin may ayından 2020-ci ilin mart ayına qədər elektrik enerjisinin istifadəyə görə ümumilikdə 1103.18 manat borcu yaranmışdır. Cavabdeh “xxxxxxxx” ASC tərəfindən İddiaçı barəsində heç bir qüsur aktı tərtib olunmamışdır. Belə ki, İddiaçı istehlak etdiyi elektrik enerjisinin haqqını tam ödəməmişdir. Bundan başqa iddiaçı tərəflər arasında abonent müqaviləsinin olmaması əsası ilə borcun silinməsini xahiş etsə də, iddiaçıya elektrik enerjisinin verilməsi, hesablaşmaların iddiaçıya məxsus evdəki sayğacın göstəriciləri əsasında aparılması, elektrik enerjisinin dəyərinin tənzimlənən qiymətlərə aid olması və Tarif Şurası tərəfindən müəyyənləşdirilməsi işin mübahisəsiz halını təşkil edir. Elektrik enerjisinin alqı-satqı müqaviləsinin mühüm şərti kimi satılan elektrik enerjisinin miqdarı və elektrik enerjisinin dəyərinin çıxış etməsi də aşkardır. Sayğacla elektrik enerjisinin miqdarı Tarif Şurasının müvafiq qərarı ilə elektrik enerjisinin dəyərinin hesablandığı nəzərə alınsa, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlandığını demək olar. Digər tərəfdən, tərəflərdən heç biri yazılı formaya riayət edilməməsi nəticəsində müqavilənin etibarsız hesab edilməli olmasına dair dəlil irəli sürməmişdir. Belə bir dəlil olmadığı müddətcə, məhkəmə öz təşəbbüsü ilə müqavilənin etibarsız olması ilə bağlı nəticəyə gələ bilməz, çünki bu dəlil yalnız mübahisələndirilən əqdlərə aid dəlildir. Məhkəmədə isə yalnız tərəflərdən biri belə bir dəlil və tələblə çıxış etdiyi halda buna qiymət verilə bilər. Bundan başqa, iddiaçı fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz edilmişdir. Deməli, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyərini qismən ödəmişdir. Bundan əlavə təkcə müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasının yeganə əsası deyil. Cavabdehin iddiaçını əvəzsiz elektrik enerjisi ilə təchiz etmək vəzifəsinin olmadığı aşkardır. Deməli, müqavilə olmasa da əsassız varlanmadan irəli gələn öhdəlik münasibətlərinin mövcud olduğunu demək mümkündür. Qeyd olunanlardan göründüyü kimi, qanunverici elektrik enerjisinin verilişinə görə tərəflər arasında təkcə müqavilənin olmasını zəruri bilməmişdir. Elektrik enerjisinə görə sərfiyyat elektrik sayğacının göstəriciləri əsasında aparılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «xxxxxxxx» x4rşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cımaddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı «xxxxxxxx» x10 tərəfindən **********00234 saylı enerji hesabında əsassız qeydə alınmış 1240.84 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-640/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-640/2020
25.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver