Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-662/2021 01.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X4 iştirakları ilə Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhər VVAQ bürosu tərəfindən 15 avqust 1969-cu il tarixdə verilmiş 105 nömrəli doğum haqqında akt qeydində və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında atasının soyadının düzgün olmaması, yəni atasının soyadının “Abdulkərimov” əvəzinə səhvən “Abdullayev” kimi yazılması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi sonradan məhkəməyə tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Şəki şəhər VVAQ bürosu tərəfindən 15 avqust 1969-cu il tarixdə verilmiş 105 nömrəli doğum haqqında akt qeydində özünün soyadının və atasının soyadının düzgün olmaması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizədə göstərilən tələbini müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1964-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur. Onun X1, anası isə X20r. X1 01 fevral 1998-ci il tarixdə vəfat etmişdir. Lakin, onun bütün sənədlərində, o cümlədən doğum haqqında akt qeydində atasının soyadı məlum olmayan səbəblərdən “X10” əvəzinə “X16” kimi qeyd edilmişdir. Həmçinin, onun doğum haqqında şəhadətnaməsində onun özünün də soyadı Abdulkərimov əvəzinə Abdullayev kimi qeyd edilmişdir. Belə bir yanlışlıqların getməsi isə ona atasından qalmış mirasla bağlı sənədləşmə işlərinin aparılmasında çətinliklər törədir. Buna görə də doğum haqqında akt qeydində düzəliş edilməsi məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, Maraqlı şəxs tərəfindən onun tələbindən imtina edilmiş və bununla bağlı məktub verilərək aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Onun doğum haqqında akt qeydinə dair sənədlərdəki belə bir mexaniki yanlışlıqların getməsi işinə çox çətinliklər yaradır. O, mərhum atasından qalan mirası qəbul etmək üçün Şəki Regional "Asan xidmət" mərkəzində notariat ofisinə müraciət etmiş, lakin, qeyd edilən səbəblərdən onun tələbindən imtina edilmişdir. Həmçinin, o, özünə düzgün yazılmış şəkildə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, yenə də onun tələbindən imtina edilərək ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Şəki şəhər VVAQ bürosu tərəfindən 15 avqust 1969-cu il tarixdə verilmiş 105 nömrəli doğum haqqında akt qeydində özünün soyadının və atasının soyadının düzgün olmaması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs nümayəndəsi X14 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Maraqlı şəxs tərəfindən Ərizəçi doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı müraciətinə baxılmış və onun tələbindən imtina edilərək ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırki iş üzrə ərizəçinin tələbinin təmin edilməsi barədə qətnamə çıxarılarsa, şöbələri tərəfindən bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyat aparılacaqdır. Ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X17 izahatında göstərdi ki, Ərizəçi onun qonşusudur. Aydının atası Məmmədəli, anası Təyyarə, qardaşları Azad, Araz və İlham olmuşlar. O, həmin şəxslərin hər birini yaxından tanıyır. Həmçinin, Məmmədəlinin atası Hümmət, anası Firozə olmuşdur. Aydının valideynləri vəfat etmişlər. Mülki iş materiallarını araşdırıb, Ərizəçi, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidin ifadəsini dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan 06 avqust 1970-ci il tarixdə verilmiş 620 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X18 31 may 1970-ci il tarixdə anadan olmuş, onun X1, anası X11r. İşdə olan 09 oktyabr 1975-ci il tarixdə verilmiş 813 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X19 23 sentyabr 1975-ci il tarixdə anadan olmuş, onun X1, anası X20r. İşdə olan 13 oktyabr 1967-ci il tarixdə verilmiş 59 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X15 01 aprel 1959-cu il tarixdə anadan olmuş, onun X1, anası X20r. İşdə olan 15 avqust 1969-cu il tarixdə verilmiş 105 nömrəli doğum qeydlərinin bərpa aktından görünür ki, X23 xx xxxxxx 1964-cü il tarixdə anadan olmuş, onun atası X16, anası X20r. İşdə olan Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli, 347 nömrəli arxiv arayışında göstərilmişdir ki, Nuxa VVAQ Şöbəsinin 1937-ci ilin “Doğulanların qeydiyyat” kitablarına əsasən X3 həmin ildə təvəllüdü barədə qeydiyyat tapılmadı. İşdə olan Maraqlı şəxs tərəfindən 13 may 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X34 25 fevral 1972-ci il tarixdə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən 15 may 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X10 29 yanvar 1998-ci il tarixdə vəfat etmişdir. İşdə olan Şəki şəhər VVADQ Şöbəsi tərəfindən 09 oktyabr 1975-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23 oktyabr 1975-ci il təvəllüdlü X6 X1, anası isə X11r. İşdə olan Şəki şəhər VVADQ Şöbəsi tərəfindən 06 avqust 1970-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 31 may 1970-ci il təvəllüdlü X7 X1, anası isə X24r. İşdə olan Şəki şəhər VVADQ Şöbəsi tərəfindən 15 avqust 1969-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1964-cü il təvəllüdlü Ərizəçi atası X16, anası isə X24r. İşdə olan Nuxa şəhər VVADQ Şöbəsi tərəfindən 07 oktyabr 1972-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 aprel 1959-cu il təvəllüdlü X5 X1, anası isə X24r. İşdə olan Maraqlı şəxs tərəfindən 05 may 2021-ci il tarixdə verilmiş məktubda göstərilmişdir ki, Maraqlı şəxsndə tərtib edilmiş 15 avqust 1969-cu il tarixli, 105 nömrəli doğum haqqında akt qeydində Ərizəçi kimi deyil, X9 qeyd edilmişdir. Maraqlı şəxs arxivində X10 ilə X21 nikah haqqında akt qeydi aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 02 fevral 2021-ci il tarixli, 276 nömrəli məktubdan görünür ki, həmin məktubla Ərizəçi mərhum X1ndan qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mərhumla qohumluq əlaqələrinin müəyyən edilməsi üçün təqdim etdiyi doğum haqqında şəhadətnamədə, ölüm haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində uyğunsuzluq aşkar edildiyinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qeyri-mümkün hesab edildiyi bildirilmiş, buna görə də məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx xxxxxx 1964-cü il təvəllüdlü Ərizəçi X1, anası isə X24r. Lakin, Ərizəçi 15 avqust 1969-cu il tarixdə doğum haqqında şəhadətnamə verilərkən həmin şəhadətnamədə onun atasının adı kimi “X16” və özünün soyadı Abdullayev, doğum haqqında akt qeydində isə soyadı “Hümmətov” kimi göstərilmişdir. Buna səbəb isə həmin sənədlər hazırlanarkən yanlışlıq edilməsi olmuşdur. Göründüyü kimi Ərizəçi qardaşları olan-31 may 1970-ci il tarixdə anadan olmuş X12 06 avqust 1970-ci il tarixdə verilmiş 620 nömrəli doğum haqqında akt qeydində, 23 sentyabr 1975-ci il tarixdə anadan olmuş X13 09 oktyabr 1975-ci il tarixdə verilmiş 813 nömrəli doğum haqqında akt qeydində, 01 aprel 1959-cu il tarixdə anadan olmuş X8 13 oktyabr 1967-ci il tarixdə verilmiş 59 nömrəli doğum haqqında akt qeydində onların atalarının adı kimi X10, analarının adı kimi X28 göstərilmişdir. Lakin, xx xxxxxx 1964-cü il tarixdə anadan olmuş ərizəçiyə 15 avqust 1969-cu il tarixdə verilmiş 105 nömrəli doğum akt qeydində ərizəçinin soyadı Hümmətov, onun atasının soyadı Abdullayev kimi göstərilmiş, bununla da vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitabında) ərizəçinin və onun atasının soyadları düzgün qeyd edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi Şəki şəhər VVAQ bürosu tərəfindən 15 avqust 1969-cu il tarixdə verilmiş 105 nömrəli doğum haqqında akt qeydində özünün soyadının və atasının soyadının düzgün qeyd edilməməsi hüquqi faktı müəyyən edilməlidir. Tələb etmədiyinə görə Ərizəçi dövlət büdcəsinə ödədiui 10 (on) manat dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 305.1.7, 339.1 və 341-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: Ərizə təmin edilsin. Ərizəçi Şəki şəhər VVAQ bürosu tərəfindən 15 avqust 1969-cu il tarixdə verilmiş 105 nömrəli doğum haqqında akt qeydində özünün soyadının və atasının soyadının düzgün qeyd edilməməsi hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-662/2021 01 iyun 2021-ci il Ərizəçi: Ərizəçi (Şəki şəhəri, M.Abbasov küçəsi ev 34) Maraqlı şəxs: Maraqlı şəxsnə (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) Şəki Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2 (075)-662/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 03 vərəqə, 05 səhifə. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №2(075)-662/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-662/2021
01.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver