Məhkəmə qərarları › İş №2(075)-664/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-664/2021

27.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-664/2021 27.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə Ərizəçi “hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X1 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli, 46 saylı qərarına əsasən əsasən Şəki rayonu Cunud kənd sakinlərinə 1.74 hektar torpaq sahəsi verilməsi barədə JN: 0025 nömrəli, kod 40409028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın payına münasibətdə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçinin razılığı ilə ərizəçi X1 əsl ərizəçi olan Ərizəçi ilə əvəz edilmişdir. Ərizə xx xxxx 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, xx xxxx 2021-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin sonuncu məhkəmə baxış iclası bu günə, yəni xx xxxxx 2021-ci il tarixə, saat 11:30-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin xx xxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasına mülki proses tərəfləri gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ Ərizəçi izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar