Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-677/2021 17.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı «mirasın qəbulu faktı üçün ötürülmüş müddətin bərpası və mirasın qəbul edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə mirasın onun tərəfindən vərəsə kimi qəbulu ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi və mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə X7, X20 və X21 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev mərhum X2na məxsus olmaqla, onun mülkiyyətindədir. Buna dair qeydiyyat vəsiqəsi verilmişdir. Həmin evin ½ hissəsi notarial qaydada mərhum nənəsi tərəfindən mərhum atası X11 vəsiyyət edilmişdir. X2 2001-ci ildə, atası isə 2006-cı ildə vəfat etmişdir. Vərəsə kimi ondan başqa anası və üç bacısı qalmışdır. 2017-ci ilədək sözügedən evdə yaşamış, sonradan fiziki təsirlər nəticəsində evdən çıxmağa məcbur olmuşdur. Mübahisələndirdiyi evin 1/5 hissəsi onun payına düşür. Lakin atası vəfat etdiyindən evdən payına düşən hissəni adına rəsmiləşdirə bilmir. Bununla bağlı Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə müraciət etsə də, müddət keçdiyindən ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək müraciətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanları müdafiə edərək, eynilə ərizədə göstərilənlərə uyğun izahat verdi. Əlavə olaraq göstərdi ki, 1974-cü ildə sözügedən evdə doğulub boya-başa çatmış, ailə qurmuş, övladları dünyaya gəlmişdir. 2017-ci ildə birinci nikahdan olan həyat yoldaşı ilə mübahisələr yarandığından ona fiziki təsir göstərilmiş, evdən çıxmağa məcbur olmuşdur. Həmçinin, qeyd etdi ki, işə məhkəmədə baxılarkən anası – hazırkı iş üzrə Cavabdeh1 vəfat etmişdir. Bütün bunları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 20 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, İddiaçı 2016-cı ildən ünvan 3əşən evdən çıxmış və həmin vaxtdan X22 ilə ünvan 2 ünvanında yerləşən evdə yaşayır. Həmçinin, həmin ünvanda da pasport qeydiyyatındadır. Sözügedən ünvan 3əşən ev X1 mülkiyyətindədir. Onun adma Şəki Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən 14 fevral 1992-ci il tarixli, 3965/2030 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Nənələri 22 iyul 2001-ci il tarixdə, ataları X16 isə 17 fevral 2005-ci il tarixdə ölmüşlər. İddiadan göründüyü kimi iddiaçı mirasın onun tərəfindən vərəsə kimi qəbulu ilə bağlı ötürülmüş müddətin bərpasını xahiş edir. Buradan da aydın olur ki, o, nənələrindən qalan miras əmlakı qəbul etməyib, mirasın qəbulu ilə bağlı müddəti isə ötürmüşdür. Mirasın qəbulu ilə bağlı müddətin ötürülməsi məhkəmə tərəfindən üzürlü hesab edilə bilər. Lakin hazırkı halda mirasın qəbulu ilə bağlı müddətin bərpa edilməsi üçün heç bir üzürlü səbəb yoxdur. Çünki iddiaçı bilərəkdən başqa ünvanda qeydiyyata düşmüş, orada yaşayır və mirasın qəbulu ilə bağlı heç bir cəhd etməmişdir (nə faktiki, nə də ki, rəsmi qaydada). Bundan başqa iddiaçı vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin alınması üçün birinci növbədə notariat orqanına müraciət etməli idi ki, bunu da etməmişdir. İddiaçı yalnız hazırkı ərizə ilə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və s.) məhkəməyə müraciət edə bilərdi. Yəni hazırkı iş məhkəmədən kənarda qaydada həll edilə bilmədikdə məhkəməyə müraciət edilməli idi. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 Cavabdeh4 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X20, X21, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X7, X20, X21 məhkəmə iclasına gəlməmiş, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi 16 may 2021-ci il tarixdə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab emişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməlidir. Belə ki, iddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X29 ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında yaşayır. İddiaçı qonşusu olmuşdur. İddiaçı təxminən 2017-ci ilədək onların qonşuluğunda yaşamış, ata yurduna sahiblik etmişdir. 2017-ci ildə ailələrində söz-söhbət düşmüş, iddiaçı başqa ünvana köçmüşdür. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirdi ki, İddiaçı nənəsinin, atasının və anasının yas və dəfn mərasimlərində iştirak etmişdir. İddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X12 ifadəsində göstərdi ki, o, İddiaçı sinif yoldaşıdır. İddiaçı ata yurdunda o da olmuşdur. İddiaçı uzun müddət həmin evdə yaşamışdır. Hal-hazırda onda olan məlumata görə iddiaçı həmin ünvanda yaşamır. İddiaçı nənəsinin və atasının yas mərasimlərində iştirak etmişdir. Həmin mərasimlərdə İddiaçı yaxından iştirak etmişdir. Lakin İddiaçı anası vəfat edərkən Bakı şəhərində olduğundan iştirak edə bilməmişdir. İddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X17 ifadəsində göstərdi ki, o, İddiaçı əmisi oğludur. X3 nənəsi, X16 əmisidir. Mübahisəli ünvanda iddiaçı birinci həyat yoldaşından ayrılana kimi yaşamışdır. Ata evində sahiblik etmişdir. X1 və əmisi X9 yas mərasimlərində iştirak etmiş, Rövşəni də həmin evə görmüşdür. İddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X14 ifadəsində göstərdi ki, o, İddiaçı əmisi oğludur. İddia olunan ev mərhum X2nın adınadır. İddiaçı təxminən 2017-ci ilədək həmin evdə yaşamışdır. Sonradan ikinci dəfə ailə həyatı qurmuş, başqa evə köçmüşdür. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 3əşən fərdi yaşayış evi 14 fevral 1992-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş 15 fevral 1999-cu il tarixli vəsiyyətnamədən görünür ki, X8 tam mülkiyyət hüququ üzrə ona məxsus olan, ünvan 5 ünvanında yerləşən mənzili (evi) oğulları X16 və X15 vəsiyyət etmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 07 may 2021-ci il tarixli, 05/01- 1874/11 saylı məktubundan görünür ki, «Elektron notariat» İnformasiya sistemində X8 tərəfindən Şəki rayonu 3 saylı dövlət notariat ofisində 15 fevral 1999-cu il tarixdə KK-l/02 reyestr nömrəsi ilə vəsiyyətnamənin qoyulduğu müəyyən edilmiş və sözügedən vəsiyyətnamənin 07.05.2021-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İşdə olan Şəki şəhər “İpəkçi” məhəllə nümayəndəliyi tərəfindən 01 mart 2021-ci il tarixdə verilmiş 3/1206 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, ünvan 6 ünvanında yaşamış X8 22 iyul 2001-ci il tarixdə vəfat etmişdir və aşağıdakı vərəsələri vardır: 1) əri – X23 – nəvəsinin yazılı ərizəsinə əsasən naməlum tarixdə vəfat etmişdir; 2) oğlu – X16 – 17 fevral 2005-ci il tarixdə vəfat etmişdir, ailəli olmuşdur, vərəsələri var; 3) oğlu – X24 – 2001-ci il tarixdə vəfat etmişdir, ailəli olmuşdur, vərəsələri var; 4) oğlu – X18 – aparılan şifahi sorğuya əsasən naməlum tarixdə vəfat etmişdir, ailəli olmuşdur, vərəsələri var: 5) oğlu – X10 – aparılan şifahi sorğuya əsasən naməlum tarixdə vəfat etmişdir, ailəli olmuşdur. İşdə olan Şəki şəhər “İpəkçi” məhəllə nümayəndəliyi tərəfindən 01 mart 2021-ci il tarixdə verilmiş 3/1207 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, ünvan 6 ünvanında yaşamış X16 17 fevral 2005-ci il tarixdə vəfat etmişdir və aşağıdakı vərəsələri vardır: 1) arvadı – Cavabdeh1 – xx.xx.1950; 2) oğlu – İddiaçı – xx.xx.1974; 3) qızı – Cavabdeh2 – 07.12.1976; 4) qızı – Cavabdeh3 – 08.08.1978; 5) qızı – Cavabdeh4 – xx.xx.1981. İşdə olan Şəki şəhər “İpəkçi” məhəllə nümayəndəliyi tərəfindən 01 mart 2021-ci il tarixdə verilmiş 3/1208 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, ünvan 6 ünvanında yaşamış X24 2001-ci il tarixdə vəfat etmişdir və aşağıdakı vərəsələri vardır: 1) arvadı – X7 – 28.01.1947; 2) oğlu – X20 – 21.03.1977; 3) oğlu – X21 – 04.09.1982. İşdə olan Şəki şəhər “İpəkçi” və “Dulusçular” məhəllə nümayəndəliyi tərəfindən 01 mart 2021-ci il tarixdə verilmiş 3/1209 nömrəli arayışdan görünür ki, İddiaçı 31 avqust 1974-cü ildə Şəki şəhərində anadan olmuş, həmin ildən ünvan 6 ünvanında yaşamışdır. Şəxsiyyət vəsiqəsinə əsasən 13 sentyabr 2017-ci il tarixdə həmin ünvanda qeydiyyatdan çıxmışdır. İşdə olan Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən 03 mart 2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, İddiaçı mərhum X2ndan qalmış mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən notariat hərəkətlərinin aparılmasından imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsinin 01 aprel 2021-ci il tarixli, 05/Q-1152/13 nömrəli məktubdan görünür ki, Cavabdeh1 14 mart 2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə hazırkı tələb üzrə işə baxarkən ilk növbədə iddiaçının miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü, həmin hüququnun mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməməsini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı tərəflərin izahatlarından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X8 2001-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, miras qoyan şəxs – X8 2001-ci il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (01 sentyabr 2000-ci il redaksiyada) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə). Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Məhkəmə iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, mübahisəli miras əmlak – yəni ünvan 6 ünvanında yerləşən mənzil miras qoyan X5 tam mülkiyyətində olmuş, onun sağlığında oğulları X16 və X15 vəsiyyət edilmişdir. X8 22 iyul 2001-ci il tarixdə, X16 17 fevral 2005-ci il tarixdə və X24 2001-ci il tarixdə vəfat etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Göründüyü kimi mübahisəli əmlak vərəsəlik qaydasında X11 və onun qardaşına vəsiyyət edilmişdir. Odur ki, mübahisəli əmlak vərəsəlik qaydasında əldə edildiyindən onun mülkiyyəti sayılmaqla, həmin əmlak üzərində X9 birgə nikah dövründə əldə edilmiş əmlak rejimi yaranmamışdır. X16 17 fevral 2005-ci il tarixdə vəfat edərkən onun sağ vərəsələri arvadı – Cavabdeh1, oğlu – İddiaçı, qızı – Cavabdeh2, qızı – Cavabdeh3 və qızı – Cavabdeh4 olmuşlar. Göründüyü kimi İddiaçı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin tam mülkiyyətçisi X5 vəsiyyətnamə üzrə vərəsəsi X9 qanun üzrə birinci növbə vərəsəsidir. İddiaçı 1974-cü ildə mübahisəli əmlakda doğulub boya-başa çatmış, evlənmiş, uşaqları doğulmuş, 2017-ci ilin sentyabr ayınadək həmin evdə yaşamışdır. İddiaçı X2 vəfat edərkən miras faktiki olaraq onun atası X16 tərəfindən qəbul edilmiş, 17 fevral 2005-ci il tarixdə X16 vəfat etdikdən sonra İddiaçı 2017-ci ilin sentyabr ayınadək miras əmlakı idarə etmiş, atasının və nənəsinin dəfn, yas mərasimlərində, anım günlərində iştirak etmişdir. İddiaçı miras qoyanın ölümündən sonra mübahisəli miras əmlakı faktiki qaydada qəbul etsə də, mirasdan özünə düşən payı öz adına rəsmiləşdirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində mirasın qəbul edilməsi üçün dəqiq müddətlərin müəyyən edilməsinə baxmayaraq üzrlü hallarda onun qəbulu müddətinin uzadılması imkanını da nəzərdə tutmuşdur. İddiaçının miras qoyanın birinci növbə vərəsəsi kimi mirası qəbul etmək hüququ vardır. İddiaçının mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq qəbul etdiyi mirasa dair vaxtında şəhadətnamə almaması üzürlü haldır. Belə ki, İddiaçı miras əmlakın tam mülkiyyətçisi X5 vəsiyyətnamə üzrə vərəsəsi X9 qanun üzrə birinci növbə vərəsəsi olmaqla həmin evdə doğulmuş, atasının sağlığınadək həmin miras evdən istifadə etmiş, üzrlü səbəbdən miras mülkdən özünə düşən payın adına qeydə alınması ilə bağlı müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (Mülki Məcəllənin 6-cı maddəsi). Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, İddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilərək ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mirasın qəbul edilməsi hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının rüsum tələb etməməsi nəzərə alınaraq, ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mirasın qəbul edilməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-677/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-677/2021
17.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver