Məhkəmə qərarları › İş №2(075)-7/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-7/2023

01.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-7/2023 01.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan, mülkiyyətində olan və Şəki rayonu Fazil kəndi ərazisində yerləşən torpaq sahələrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müdaxilə etmələrinin qarşısı alınması, mülkiyyətində olan torpaq sahələrindən istifadə hüquqlarını həyata keçirməyinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər hansı maneəçiliyin törədilməsinin qadağan edilməsi, ona vurduqları ziyanın əvəzi olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair **********42, **********11 və **********88 saylı reyestr nömrə ilə adına qeydiyyatda alınmış torpaq sahələrindən Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları, onlar tərəfindən yaranmış maneələrin qadağan edilməsi və həmin torpaq sahələrinə onlar tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 3500 manat pulun onlardan müştərək qaydada alınaraq ona ödənilməsi, həmçinin **********53 saylı reyestr nömrə ilə adına qeydiyyata alınmış torpaq sahəsində olan vələmir sahəsinə vurduqları ziyanın əvəzi olaraq 1000 manat ziyan olmaqla, cavabdehlərdən müştərək qaydada cəmi 4500 manat ziyanın və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə Mülki Prosessuаl Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair **********88 saylı reyestr nömrəsi ilə onun adına qeydiyyatda alınmış torpaq sahəsindən Cavabdeh1 çıxarılması, torpaq sahəsindən istifadə etmədiyinə görə 2500 manat maddi ziyanın, eyni zamanda yeni çıxarışın hazırlanması üçün ödəniləcək məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin tələbinin azaldılması barədə ərizə Mülki Prosessuаl Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Fazil kəndi ərazisində DƏDRXnin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən 1,26 hektar torpaq sahəsi və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 3,38 hektar torpaq sahəsi olmaqla, 4,64 hektar torpaq sahəsi onun qanuni mülkiyyətindədir. O, həmin torpaq sahələrindən 1,26 hektar torpaq sahəsini 2010-cu il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında və 3,38 hektar torpaq sahəsini isə 2008-ci il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahələrindən təyinatı üzrə istifadə edir. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müxtəlif vasitələrlə həmin torpaq sahələrindən onun istifadə etməsinə maneçiliklər yaradırlar. Belə ki, bundan 9-10 il əvvəl, yəni 2012-ci ildə həmin torpaq sahəsinin 1,82 hektarına əkdiyi arpa məhsulunu cavabdehlər biçərək aparmışlar. O, bununla bağlı həmin vaxt Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şəki Ərazi İdarəsinə müraciət etmişdir, müraciəti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şəki Ərazi İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılmış və onun torpaq sahəsində olan arpanın biçilib aparılması müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Nəticədə ona 1190 manat dəyərində ziyanlıq dəymişdir. Bundan sonra cavabdehlər öz qanunsuz hərəkətlərini davam edərək, 2013-cü ilin yazında onun mülkiyyətində həmin torpaq sahəsinin 1,1 hektarına səpdiyi yonca sahəsini şumlayaraq ona yenidən zərər vurmuşlar. O, yenidən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şəki Ərazi İdarəsinə müraciət etmiş, həmin müraciəti araşdırılmış və onun torpaq sahəsində olan yoncanın cavabdehlər tərəfindən şumlanaraq məhv edilməsi, nəticədə ona 1938 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilmişdir. İş üzrə cavabdehlərdən Cavabdeh2 ona qarşı etdiyi qanunsuz hərəkətlərə görə Şəki ŞRPŞ-yə də müraciət etmişdir. Lakin həmin tələbi mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə ilkin iddiasında cavabdehlərdən ona dəymiş ziyanı tələb etsə də, sonradan cavabdehlərin maddi vəziyyətlərini nəzərə alaraq iddia tələbinin həcmini azaltmışdır. Bundan sonra çıxarılmış məhkəmə qətnaməsinə əsasən mülkiyyətində olan və Şəki rayonu Fazil kəndi ərazisində yerləşən torpaq sahəsinə cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh1 müdaxilə etmələrinin qarşısı alınması qərara alınmışdır. Qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamə icra edilmişdir. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yenə də öz qanunsuz hərəkətlərini davam etdirirlər. Belə ki, 2020-ci ildə isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun torpaq sahələrinə heyvanlarını salaraq təssərrüfatına 4500 manat məbləğində ziyan vurmuşlar. Buna görə də hazırkı iddia ərəzisi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onun torpağını Cavabdeh1 neçə illərdir istifadə edir. Əgər onun torpaq sahəsi cavabdehin torpaq sahəsi ilə üst-üstə düşürsə, o zaman onun torpaq sahəsinin dəqiq yeri göstərilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Mübahisəli 90 sot torpaq sahəsinin 60 sotunu bələdiyyə sədri əkir. Qalan 40 sotu isə onda ola bilər. Həmin torpaq hazırda əkilmir. Əgər cavabdeh həmin torpaq sahəsinin onun olmasını sübuta yetirərsə həmin torpaqdan çıxmağa razı olar. İş materiallarına əlavə edilmiş torpaq sahəsinin planı və ölçü sənədinin surətindən görünür ki, Şəki rayonu Fazıl kəndində yerləşən **********88 reyestr nömrəli 0.8999 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş 29 mart 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu Fazıl kəndində yerləşən **********88 reyestr nömrəli 0.8999 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə qаnuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 20 fevral 2023-cü tarixli, 2(075)-7/2023 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 20 iyul 2023-cü il tarixli, 10/2702 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Şəki rayonu, Fazil kəndində yerləşən **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli paylı mülkiyyətdə olan 1.45 ha, **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 1.26 ha və **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 0.89 ha torpaq sahələrinin plan-ölçü sənədində göstərilən koordinatlar ilə həmin torpaq sahələrinin naturada coğrafi yerləşməsi (faktiki istifadəsi) fərqlidir. Bu səbəbdən, qeydiyyata alınmış **********11, **********42 və **********88 reyestr nömrəli çıxarışlara əsasən 1.26 ha, 1.45 ha və 0.89ha toraq sahələrinin sənəd üzrə olan döngə nöqtələrinin koordinatlarına mülkiyyətçilərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 Şəki Ərazi İdarəsinə müraciəti əsasında faktiki vəziyyətə uyğun düzəliş edildikdən sonra sualların cavablandırılması mümkün olacaqdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən 29 mart 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Şəki rayonu Fazıl kəndində yerləşən **********88 reyestr nömrəli 0.8999 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı torpaq sahəsindən təyinatı üzrə istifadə etsə də, Cavabdeh1 onun mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etməsinə maneələr yaratdığını iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаtlа, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qərаrın 6-cı bəndinə əsаsən Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu mаddələrinə müvаfiq olаrаq torpаq sаhələri üzərində hüquqlаrın dövlət qeydiyyаtı məcburidir. Torpаq üzərində hüquqlаr (mülkiyyət hüququ, istifаdə hüququ, icаrə hüququ), hаbelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüquq hаqqındа şəhаdətnаmə dövlət torpаq kаdаstrındа və dövlət torpаq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpаq sаhəsi üzərində hüquqlаr həmin hüquqlаrı təsbit edən müvаfiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dаir dövlət аktı, torpаqdаn dаimi istifаdə hüququnа dаir dövlət аktı, torpаqdаn müvəqqəti istifаdə hüququnа dаir şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dаir şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlаr müvаfiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpаq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvаfiq olаrаq, dövlət torpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və toxunulmаzlığınа təminаt vermir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan 0.26 ha torpaq sahəsinin cavabdehlərin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qeyd edilən hallar həm iş materialları, həm də ekspert rəyi ilə təkzib edilir. Belə ki, iddiaçı həqiqətən də ona məxsus olan 29 mart 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətinə verilmiş Şəki rayonu Fazıl kəndində yerləşən **********88 reyestr nömrəli 0.8999 hektar torpaq sahəsinin məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilməsinə, həmçinin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin onun özünün deyil, iddiaçının torpaq sahəsi olmasına dair məhkəmə əsaslı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı torpağın mülkiyyətə verilməsinə dair **********88 saylı reyestr nömrəsi ilə onun adına qeydiyyatda alınmış torpaq sahəsindən Cavabdeh1 çıxarılması, torpaq sahəsindən istifadə etmədiyinə görə 2500 manat maddi ziyanın, eyni zamanda yeni çıxarışın hazırlanması üçün ödəniləcək məbləğin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçı tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh1 qarşı torpağın mülkiyyətə verilməsinə dair **********88 saylı reyestr nömrəsi ilə onun adına qeydiyyatda alınmış torpaq sahəsindən Cavabdeh1 çıxarılması, torpaq sahəsindən istifadə etmədiyinə görə 2500 manat maddi ziyanın, eyni zamanda yeni çıxarışın hazırlanması üçün ödəniləcək məbləğin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçı tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar