Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-759/2022 29.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 mart 1935-ci il təvəllüdlü ünvan 1 ünvanında onun himayəsində yaşayan X2 fəaliyyət qabiliyyəti olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs 15 mart 1935-ci il təvəllüdlü X5 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəsində tələbini belə əsaslandırmışdır ki, X3 15 mart 1935-ci il tarixdə, Şəki şəhərində anadan olmuşdur. 1975-ci ildə “ümumi və serebral atereskleroz” xəstəliyi diaqnozu ilə ona İİİ qrup 1989-cu ildən isə eyni diaqnozla ona İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Yaddaş pozğunluğundan başqa o, ürək və qan damar sistemi xəstəlikləri ilə, yəni “dissirkulyator ensefolopatiya – İİ mərhələ, ümumi və serebral atereskleroz, yüksən gərginlik stenekordiyası-İİ dərəcə” diaqnozu ilə uzun zamandır ki, nevroloji dispanser müşahidəsindədir. Bu xəstəliklər onun özü-özünü idarə etmək imkanını məhdudlaşdırır. 1981-ci ildə “ikitərəfli qasıq yırtığı” diaqnozu ilə tibbi əməliyyat olunmuşdur. X3 Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq, daima onun yanında və himayəsində ünvan 1 ünvanında yerləşən, özünə məxsus fərdi yaşayış evində yaşayır. Keçirdiyi ürək, qandamar sistemi və serebral atereskleroz xəstəlikləri səbəbindən daimi qəbul etdiyi dərman pereparatları ilə o özünü idarə ede bilmir. Daima kənar şəxsin qulluğuna ehtiyacı var. Halhazırda o, uzun müddətdir ki, fəaliyyət qabiliyyətsizdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, X8 onun anasıdır. X8 15 mart 1935-ci il tarixdə, Şəki şəhərində anadan olmuşdur. O öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə ərizəyə etirazının olmadığını bildirərək ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdı. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş 26 may 2022-ci il tarixli, 338 nömrəli rəydən görünür ki, X1 xəstəliyində gecikmiş demensiya ( ağıl zəifliyi), davranış pozuntuları ilə yüngül dərəcəli əqli gerilik (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F00.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X4 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Məhkəmə Psixiatrik Ekspertizasının da müvafiq rəyi vardır. Ərizəçi X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 15 mart 1935-ci il tarixdə Şəki şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 15 mart 1935-ci il tarixdə Şəki şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilən dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-759/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-759/2022
29.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver