Məhkəmə qərarları › İş №2(075)-78/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-78/2022

04.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-78/2022 04.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçilər Ərizəçi və onun nümayəndəsi (vəkili) X16, X9 nümayəndəsi X5, Maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçilər Ərizəçi və X12 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 20 aprel 1968-ci il təvəllüdlü X13nın fəaliyyət qabiliyyətsiz hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə 24.08.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş və 2(075)-78-2022 nömrəsi ilə qeydə alınmışdır. Eyni zamanda ərizəçi X17 ərizə ilə məhkəməyə müraciət edərək, 1968-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Şəki şəhəri, ünvan 1 ünvanda yaşayan X21 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə isə 16.11.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş və 2(075)- 169-2022 nömrəsi ilə qeydə alınmışdır. Şəki rayon məhkəməsinin 04.03.2022-ci il tarixli qərardadı ilə 2(075)-169-2022 nömrəli iş 2(075)-78-2022 nömrəli işlə birləşdirilmiş və 2(075)-78-2022 nömrəsi ilə qeydə alınmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X21 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, xx xxxx 1962-ci ildə Şək şəhərində anadan olmuşdur. 20 aprel 1968-ci ildə X13 anadan olmuşdur. Bacısı doğulduğu gündən fiziki və əqli pozuntuları olduğundan valideyinlərinin himayəsində yaşamışdır. X7 3 fevral 2017-ci ildə, atası X30 isə 21 iyul 2018-ci ildə vəfat etmişdir. Valideyinləri vəfat etdikdən sonra X13 onun himayəsində qalmışdır. X8 Şəki rayon ƏSMV tərəfindən 1 yanvar 2002-cı ildən ömürlük 1-ci qrup əlillik təyin edilmiş və bu barədə 285048 nömrəli vəsiqə verilmişdir. X13 08.02.1986-cı ildən crta dərəcəli əqli gerilik diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya xəstəxanasında dispanser müşahidədə olmuşdur. Hal-hazırda bacısı X4 daha da pisləşmişdir, o ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir və hərəkətlərinin mənasını dərk edə bilmir. Doğulduğu andan ona valideyinləri baxmış, valdeyinləri vəfat etdikdən sonra isə onun tərəfindən zəruri qulluq göstərilmişdir. Uzun iliərdir ki, bacısı ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir və ruhi xəstəliyinə görə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Bu səbəbdən də o, X8 himayəçi təyin olunması üçün Şəki Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası 9 avqust 2021-ci il tarixi məktubunda X13nın məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin komissiyaya təqdim olunduqdan sonra qəyyum təyin edilməsi məsələsinə baxılacağını bildirmişdir. Ona görə də bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin bildirmişdir ki, bu vaxta kimi X13 onun himayəsində olmuşdur. Onlar toya gedən vaxt X13nı digər bacısı X12 yanına aparmışdır. Ondan sonra X17 bacısını geri qaytarmamışdır. X2 onlar məhkəməyə ərizə verdikdən sonra məhkəməyə müraciət etmişdir. Mülki işlərin birləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkili) X26 da Ərizəçi ilə oxşar məzmunda izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X9 nümayəndəsi X10 izahat verərək göstərmişdir ki, xalası 20 aprel 1968-ci il təvəllüdlü X28 doğulduğu gündən fiziki və əqli pozuntuları olmuşdur. X21 valideyləri vəfat etdikdən sonra o, qardaşı Ərizəçi himayəsində qalmışdır. Bildirmişdir ki, Ərizəçi toya getmək məqsədi ilə xalası X24 onlara gətirmişdir. Həmin vaxt onlar Salamova Libadənin baxımsız və zorakılığa məruz qaldığını görmüşlər. Ona görə də Salamov Ərizəçi Libadəni aparmağa gələndə anası Abdullayeva Xurmayə buna etiraz etmiş, bacısına özünün baxacağını bildirmişdir. Ərizəçi onların evində anası Abdullayeva Xurmayəyə də fiziki zorakılığ etmişdir. Bununla bağlı Şəki ŞRPŞ-də izahatları alınmışdır. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını, həmçinin X21 ərizəçilərdən hansının himayəsinə verilməsinin araşdırılacağını bildirmişdir. İşdə olan 02 iyul 1964-cü il tarixli, AЗ 284725 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1962-ci il təvəllüdlü Ərizəçi atası X30, anası X14r. İşdə olan 07 may 1966-cı il tarixli, AЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 22 aprel 1966-cı il təvəllüdlü X18 atası X30, anası X14r. İşdə olan 06 iyul 1968-ci il tarixli, AЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 20 aprel 1968-ci il təvəllüdlü X21 atası X30, anası X14r. İşdə olan 05 fevral 2003-cü il tarixli, 285048 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, X28 birinci dərəcəli əlildir. İşdə olan 08 fevral 2017-ci il tarixli AZ-İ 863846 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X22 03 fevral 2017-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 67 nömrə ilə qeyd edilmişdir. İşdə olan 28 iyul 2018-ci il tarixli AZ-İ 962068 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X30 21 iyul 2018-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 315 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki Rayon Psixatriya Xəstəxanası tərəfindən verilmiş 18 avqust 2021-ci il tarixli, 785 nömrəli arayışdan görünür ki, Şəki şəhəri Oğuz küçəsi ev 5-də yaşayan 1968-ci il təvəllüdlü X28 08.02.1986-cı il tarixdən Şəki Rayon Psixatriya xəstəxanasının dispanser müşahidəsində olub uzun müddət müraciət etmədiyi üçün dispanser müşahidəsindən çıxarılmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər psixonevroloji Dispanser tərəfindən verilmiş 23 dekabr 2021-ci il tarixli, 789 saylı rəyindən görünür ki, FİZİKİ VƏZİYYƏTİ: Qısa boylu, displastik bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Səhhətindən şikayət təqdim etmir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/t 110/70 mm e. s.b., nəbzi dəqiqədə 68 vurğudur. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunmur. Göz bəbəkləri bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri canlıdır. Romberq duruşunda davamlıdır, patoloji reflekslər müəyyən edilmir. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəsizdir. Bələdliyi pozulub, yoxlanılan şəxs verilən suallara anlaşılmaz tərzdə cavab verdiyindən bütün anamnestik məlumatlar bacısı X11 toplanmışdır. Müayinə zamanı özünü narahat və gərgin aparır, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını və şairəni söyləyə bilmir. Əhvalı davamsızdır. Yaddaşı kobud pozulub. Təfəkkürü parçalanmışdır. Oxumaq və yazmaq vərdişləri yoxdur, adi hesablama əməliyyatlarını belə apara bilmir. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyaları dayanıqsızdır. Düşdüyü vəziyyətə tənqidi zəifləmişdir. İntellekti xronoloji yaşından geri qalıb, şəxsiyyəti qüsurludur, 10=44 %. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X28 xroniki xəstəlik olan ORTA DƏRƏCƏLİ KƏMAGİLLİQ, DAVRANİŞ POZĞUNLUQLARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F71.1 xəstəliyi keçirir. X28 uşaqlıqdan ORTA DƏRƏCƏLİ KƏMAGİLLİQ, DAVRANİŞ POZĞUNLUQLARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F7M xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X28 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X21 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X21 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” X38 də müvafiq rəyi vardır. Ərizəçilər Ərizəçi və X1 Libadə Abid qızının psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 20 aprel 1968-ci il tarixdə Şəki şəhərində anadan olmuş X28 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş dövlət rüsumları ərizəçilərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 20 aprel 1968-ci il tarixdə Şəki şəhərində anadan olmuş X28 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumları ərizəçilərə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar