Məhkəmə qərarları › İş №2(075)-781/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-781/2021

05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-781/2021 05.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli 08 saylı qərarına əsasən Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində cizgidə göstərilən sərhəd daxilində 4,72 hektar pay torpaq sahəsi ayrılması ilə bağlı Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40404018 JN-0487 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının payına münasibətdə ona məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli 08 saylı qərarına əsasən ona ailə üzvləri ilə birlikdə Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində 4,72 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon Torpaq Şöbəsi tərəfindən KOD 40404018 JN-0487 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan məlum olmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında onun ata adı “Seyfullah” əvəzinə səhvən “Seyfi” kimi qeyd edilmişdir. Belə ki, o, həmin aktda adı qeyd edilmiş X5 həyat yoldaşıdır. Bu Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktdaki onun ata adındaki uygunsuzluğa görə torpağa paya münasibətdə mülkiyyət sənədi ala bilmir. Bu uygunsuzlugun aradan qaldırılması ona Torpağa mülkiyyət hüququna dair Dövlət aktındakı paya münasibətdə DƏDRX-dən çıxarış almaq və paya sərəncam vermək ücün lazımdır. Bununla əlaqədar DƏDRX nin 12 saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 12 saylı Ərazi İdarəsi onun ata adındaki bu uygunsuzluga görə ona paya münasibətdə çıxarış verməkdən imtina edir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçi onun eltisidir. O, sözügedən dövlət aktında adı səhv yazılmış Seyfullah kiişini görmüşdür. Həmin Seyfullah, ərizəçi X2 atasıdır. Lakin JN-0487, KOD 40404018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda ərizəçinin ata adı Seyfullah əvəzinə səhv olaraq Seyfi yazılmışdır. Əslində isə Ərizəçidır və JN-0487, KOD 40404018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda olan “X19” ilə eyni şəxsdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. İşdə olan JN-0487, KOD 40404018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli, 08 nömrəli qərarına əsasən X9, X11, X14, X15, X6, X12, X13, X3, X10, X16 və Ərizəçi Seyfi qızına cizgidə göstərilən sərhəd daxilində 4,72 hektar torpaq sahəsi verilmişdir. İşdə olan İİ-JQ 373954 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxxx 1973-cü il təvəllüdlü X1 atası X7, anası isə X4r. İşdə olan Şəki rayonu, Aşağı Göynük KİN-nin 01 kitabın 23 səhifəsindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 12 noyabr 1994-cü il tarixdə X5 X8 ilə nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Şahmirova soyadı verilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli, 08 saylı qərarı ilə verilmiş JN-0487, KOD 40404018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X9, X11, X14, X15, X6, X12, X13, X3, X10, X16 və Ərizəçi Seyfi qızına cizgidə göstərilən sərhəd daxilində 4,72 hektar torpaq sahəsi verilmişdir. Həmçinin müəyyən olundu ki, JN-0487, KOD 40404018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda Ərizəçi atasının adı Seyfullah əvəzinə səhvən Seyfi kimi yazılmışdır. Əslində isə, JN-0487, KOD 40404018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda adı Ərizəçi Seyfi qızı kimi yazılmış şəxs Ərizəçi ilə eyni şəxsdir və həmin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” payına münasibətdə Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli, 08 saylı qərarı ilə verilmiş JN- 0487, KOD 40404018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın payına münasbiətdə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli, 08 saylı qərarı ilə verilmiş 09.11.2002-ci il tarixli JN-0487, KOD 40404018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın payına münasbiətdə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar