Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-786/2021 17.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən akt əsasında hesablanmış qaz sərfıyyatının və **********00000 abonent koduna vurulmuş 553,40 (beş yüz əlli üç manat qırx qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, Şəki rayonu Orta Zəyzid kəndində yaşayır. İstifadə etdiyi təbii qazın dəyərini vaxtıvaxtında poçt şöbəsinə ödəmişdir. Ödənişlərlə bağlı bu vaxta kimi heç bir problemləri olmamışdır. Cavabdeh təşkilatın nümayəndələri qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 23 avqust 2019-cu tarixdə ******* nömrəli akt tərtib edərək, aktda sayğacın çıxarılma səbəbi kimi növbədən kənar dövlət yoxlaması göstərilmişdir. Həmçinin aktın qeyd hissəsində göstərilmişdir ki, naməlum səbəbdən sayğacın ekranı zədələnmişdir. Bundan əlavə, cavabdeh təşkilatın nümayəndələri qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında akt tərtib edərək, akta sayğacın çıxarılma səbəbi sızma kimi göstərilmişdir. Cavabdeh təşkilatın nümayəndələri onun yaşından suistifadə edərək və onu aldadaraq aktlara onu imza etdirmişlər, ancaq nəyə imza etməsini, imzasının hansı hüquqi nəticələr doğuracağı ona izah edilməmişdir. Ona məxsus olan qaz sayğacı həyət qapısından çöldə təxminən 6-7 metr aralıda quraşdırılmış və sayğac hər hansı kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Belə ki, adına olan qaz sayğacı kənar şəxs və ya şəxslər tərəfindən zədələnmişdir. Onun adına olan sayğacdan başqa eyni gündə qonşuları olan Ələddin Əhmədovun, Zahid Süleymanovun və qeyrilərinin sayğacları da eyni üsulla zədələnmişdir. Bununla bağlı onların, yəni sayğacı zədələnən şəxlərin imzası ilə Şəki şəhər rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edilmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş həmin akt tamamilə qanunsuz və əsassızdır. Bundan sonra cavabdeh təşkilat əsassız və qanunsuz olaraq Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinə 553,40 manat məbləğində cərimə yazmışlar. Hesab edir ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin akt qanunsuz və əsassızdır. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Ona görə də cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında əsassız hesablanmış məbləğ silinməlidir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi X3 məhkəmədə iddiaya etiraz edərək, izahatında göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində **********00000 nömrəli qaz hesablı istehlakçı kimi qeydiyyatda olan İddiaçı mənzilində təbii qazdan istifadə edilir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən iddiaçının istifadəsində olan G-4 markalı, ******* nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, həmin sayğacda qüsur, sayğacın plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar edilmişdir. Sayğaca müdaxilə olunduğundan növbədənkənar dövlət yoxlanılmasına göndərilməsi üçün istehlakçının iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 23 avqust 2019-cu il tarixdə, ******* saylı aktla çıxarmış və müdaxilə barədə aktda qeydiyyat aparılaraq tərəflər arasında imzalanmışdır. Eyni zamanda həmin ünvanda çıxarılan sayğacın dövlət yoxlanılmasında olduğu müddət ərzində təbii qazdan istifadə etməsi üçün müvəqqəti olaraq yeni qaz sayğacı quraşdırılmışdır. Bundan sonra cihazların inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.10.2019-cu-ci tarixli, ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İtirilmiş qazın miqdarı isə 5184 m3 və ya 518,40 manat həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. İddia tələbinin qalan hissəsi isə sayğac üzrə hesablanmış borcdur. Bütün bunlara görə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X4 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 553,40 manat məbləğində hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair İddiaçı iddia tələbi rədd olunmalıdır. O, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən ntəmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 23 avqust 2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elestr” tipli G-4 markalı ******* nömrəli su kanalizasiya işləri görülən zaman sayğacıb ekranı sınmış olduğundan qaz xəttindən 9245 m3 göstərici ilə çıxarılmış, əvəzində yeni “Zenner” tipli G-4 markalı **********8 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Aktda qeyd edilmişdir ki, sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxs İddiaçıdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.10.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, ARDNŞ Cavabdeh İB-nin 26.09.2019-cu il tarixli MSK 29/1710-02765-2 saylı aktına əsasən sayğacın plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi müəyyən edilmiş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun yenisi ilə əvəzlənməsi və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 31.10.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı yaşadığı Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən evdə ******* nömrəli akta qaz işlədicilərindən PQ-4-ün saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün, dəmir sobanın saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 5184 m3 müəyyən edilərək onun dəyəri olan 518,40 manat məbləğdə ziyan (5184 m3 x 0.10 man = 518.40 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən evdə quraşdırılmış “Elestr” tipli G-4 markalı ******* nömrəli qaz sayğacı Cavabdeh Zaqatala X4 İdarəsinin əməkdaşları tərəfindən çıxarılaraq yerinə “Zenner” tipli G-4 markalı **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Bundan başqa, sayğacın plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi göstərilən sayğac iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Bundan başqa, sayğac çıxarılan zaman X5 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Cavabdeh İB-nin Zaqatala X4 İdarəsinin rəisinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sayğacın plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi qeyd edilən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda və yüksəkdə quraşdırmış olmasını və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olmasını nəzərə alaraq müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, cavabdeh yol verilmiş səhvə görə hesablanmış qazın dəyərini iddiaçıdan tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi” özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda və yüksəkdə quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, sayğac çıxarılan zaman müdaxilə X5 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Cavabdeh İB-nin Zaqatala X4 İdarəsinin rəisinin aktı əsasında sayğacın plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, ******* nömrəli, 31.10.2019-cu il tarixli akt əsasında hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Odur ki, iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X4 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 518,40 manat məbləğində hesablanmış cərimə məbləği İddiaçı hesabından silinməli, iddianın qalan hissəsi abonentin sayğac üzrə hesablanmış borcu olduğundan təmin edilməməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 (otuz) manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X4 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 518,40 manat məbləğində hesablanmış cərimə məbləği İddiaçı hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə təqdim olunan (alınan) gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-786/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-786/2021
17.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver