Məhkəmə qərarları › İş №2(075)-8/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-8/2023

30.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-8/2023 30.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı sərhəd divarı üzərində inşa edilmiş fərdi yaşayış evinin bir hissəsinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ara masəfəsi gözlənilmədən sərhəd divarı üzərində inşa edilmiş fərdi yaşayış evinin ara məsafəsinə düşən hissəsinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən şəhərin 123-cü kvartalında sahəsi 600 kv.metr olan həyətyanı torpaq sahəsi vardır. Cabahdeh Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla sərhəd divarının üzərində fərdi yaşayış evi inşa edilmişdir. Yəni fərdi yaşayış evinin dam örtüyü sərhəd divarının üzərinə qoyulmuş və su axıdan novlarla gələn su suaxıdıcı qıflar vasitəsilə onun həyətinə yönləndilmişdir. Cavabdeh ona verilmiş təsdiq edilmiş layihənin baş plan bölməsində göstərilmiş vəziyyətdə fərdi yaşayış evini yerləşdirmədiyindən Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ünvanlanmış 02 noyabr 2020-ci il tarixli ara məsafəsi gözlənilməklə dam örtüyünün kəsilib götürülməsinin təmin edilməsinə dair tapşırığına bu vaxta qədər məhəl qoymamışdır. Bu da Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinin pozulması deməkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçının mülkiyyətində həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsin üzərində heç bir tikinti işləri aparılmamışdır. Lakin yaxın gələcəkdə həmin torpaq sahəsində müəyən tikinti işləri aparılacaqdır. 2020-ci ilin ortalarında cavabdeh X2 tərəfindən həmin həyətyanı torpaq sahəsinin sərhəd divarının üzərində heç bir ara məsafəsi gözlənilmədən fərdi yaşayış evi inşa edilmişdir. Yəni cavabdeh X2 fərdi yaşayış evinin dam örtüyünü sərhəd divarının üzərinə qoymuş və suaxıdan novlarla gələn suyu suaxıdıcı qıflar vasitəsiilə nümyəndəsi olduğu şəxsin həyətinə yönləndirmişdir. Bu səbəbdən də iddianın təmin edilərək, qonşuluqda yerləşən cavabdeh X2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin dam örtüyünü 1,5,-2 metr məsafə aralığında sökülərək gtürülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, mübahisəli divar onun öz torpağında olmaqla onun tərəfindən inşa edilmişdir. Sökülməsi tələb olunan tikili isə ev deyil, talvardır. Hasarın kənarında dayaqlar inşa edərək onun üzərinə dam örtüyü çəkmişdir. Talvar tikildikdən sonra iddiaçı onun sökülməsini tələb etmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş **********34 reyestr nömrəli torpaq sahəsinin planə və ölçü sənədinin surətindən görünür ki, Şəki şəhəri, 123-cü kvartalda yerləşən 0.06 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş 07 noyabr 2019-cu il tarixli, **********34 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, 123-cü kvartalda yerləşən 0.06 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 22 aprel 2021-ci il tarixli, **********58-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, 123-cü kvartalda yerləşən 0.06 hektar torpaq sahəsində inşa edilmiş 119.4 kvadratmetr fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İş üzrə qаnuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(075)-1070/2021 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 04 oktyabr 2021-ci il tarixli, 10/3725 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Şəki şəhəri, 123-cü kvartalda yerləşən, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin, həmin tikilinin sərhəd hasarının 15 metrlik hissəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5 bəndinin tələbinin pozulduğu müəyyən olunur. İş materiallarına əlavə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 11 iyul 2023-cü il tarixli, 10/2014 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan Şəki şəhəri 123-cü kvartalda yerləşən 0.06 hektar torpaq sahəsi ilə qonşu torpaq sahəsini ayıran hasar **********58-10301 nömrəli texniki pasporta əsasən cavabdehin mülkiyyətində olan torpaq sahəsi daxilində yerləşir. Tərəflərin mülkiyyətində olan torpaq sahələrini ayıran daş hasar **********58-10301 nömrəli texniki pasporta əsaən cavabdehin torpaq sahəsi üzərində inşa edilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəki şəhərinin 123-cü kvartalında yerləşən 0.06 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. 22 aprel 2021-ci il tarixli, **********58-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı ilə qonşu olan Cavabdeh mülkiyyətinə isə 0.06 hektar torpaq sahəsi verilmiş və cavabdeh həmin torpaq sahəsində ümumi sahəsi 119.4 kvadratmetr fərdi yaşayış evi inşa etmişdir. İddiaçı onun mülkiyyətində olan torpaq sahəsi ilə cavavdehin mülkiyyətində olan torpaq sahəsini ayıran sərhəd divarının üzərində cabahdeh Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla fərdi yaşayış evi inşa edildiyini iddia edərək həmin tikilinin sökülməsini tələb etmiş, cavabdeh isə mübahisəli divarın onun tərəfindən, özünə məxsus torpaq sahəsinə inşa edildiyini qeyd edərək iddia tələbini qəbul etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də, mənsub ola bilər. Beləliklə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən və qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi, həmçinin xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi ilə müəyyən olunur. Məhkəmə qeyd edir ki, ilkin ekspertizanın rəyində tikilinin faktiki olaraq qonşu hasara bitişik olduğu əsas götürülərək Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci maddəsinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Lakin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sökülməsi tələb edilən cavabdehin fərdi yaşayış evinin dam örtüyü cavabdeh tərəfindən inşa edilməklə, onun öz mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşir. Bu hal iş üzrə verilmiş əlavə ekspert rəyi ilə də, təsdiq olunur. Yəni sökülməsi tələb edilən fərdi yaşayış evinin dam örtüyünün hissəsi məhz qonşular arasında olan sərhəd divarının üzərində yerləşmir. Belə ki, mübahisəli tikili qonşular arasında sərhəd hasarı kimi nəzərdə tutulsa da, mövcud vəziyətdə sərhəd hasarı deyil, cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş tikilidir. İddiaçının ərizədə fərdi yaşayış evinin dam örtüyü sərhəd divarının üzərinə qoyulduğundan və su axıdan novlarla gələn su suaxıdıcı qıflar vasitəsilə onun həyətinə yönləndilməsinə dair göstərdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, sərhəd hasarı (ortaq divar) tikildikdən sonra bu hal müəyən oluna bilər. Odur ki, iddia əsaslı hesab oluna bilməz. Mübahis Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə həmin rəylə razılaşır və rəyi sübut növü kimi qəbul edir. “X3rşı” işi üzrə 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ara masəfəsi gözlənilmədən sərhəd divarı üzərində inşa edilmiş fərdi yaşayış evinin ara məsafəsinə düşən hissəsinin sökülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul İddiaçı tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı ara masəfəsi gözlənilmədən sərhəd divarı üzərində inşa edilmiş fərdi yaşayış evinin ara məsafəsinə düşən hissəsinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul İddiaçı tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar