Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-84/2022 18.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi X4 ərizə ilə məhkəməyə müraciət edərək 26.01.1976-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan qızı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, xx.xx.1952-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş və X5 ilə ailə qurmuşdur. Birgə nikahlarından 26.01.1976-cı il tarixdə X6 anadan olmuşdur. X6 anadangəlmə lal-kar və davranış pozğunluğu olmuşdur. X6 hal-hazırda ünvan 1 ünvanında onunla birlikdə yaşayır. 7/335 nömrəli ünvan 2 qeyd olunan diaqnoza əsasən 26.01.1976-cı il tarixdə anadan olmuş qızı Şəfəq Məmmədova uşaqlıqdan davranış pozğunluğu ilə anadangəlmə lal-karlıq diaqnozu ilə birinci qrup əlillik dərəcəsi verilmişdir. Daima kənar qulluğa ehtiyacı var. Hərəkətlərinin nəticəsinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Əmək qabiliyyətsizdir, kənar şəxsin qulluğuna və yardımına daima ehtiyacı var. Xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, habelə öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün xəsarətlər alır. Bütün bunlar ailənin gündəlik həyatında və idarə olunmasında ciddi maneələr yaradır. Qızı hal-hazırda faktiki olaraq onun himayəsi və nəzarəti altında yaşayır. Ona deyilən söz və ifadələri şüurda dərk edə və adekvat reaksiya verə bilmir. Öz fikrini və iradəsini başqasına çatdırmaq, ən xırda məişət işlərini həyata keçirmək iqtidarında deyildir. Qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Buna görə də halhazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir ki, qızı Şəfəq Məmmədovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilsin və bundan sonra o, qızına qəyyum təyin edilsin. Ona görə də qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. İşdə olan 5 fevral 1976-cı il tarixli, İİİ-ЖГ 439069 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 26 yanvar 1976-cı il təvəllüdlü X3 atası X5, anası isə Ərizəçidır. İşdə olan Şəki 17 saylı TSEK tərəfindən verilmiş 13 iyun 2019-cu il tarixli, 7/335 nömrəli müayinə aktından görünür ki, 26 yanvar 1976-cı il təvəllüdlü X6 oliqopemiyanın ağır dərəcəli imbesillik səviyyəsi, davranış, pozğunluğu anadangəlmə lal-karlıq diaqnozu qoyulmuşdur. İşdə olan 285772 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, X6 birinci dərəcəli əlildir. İşdə olan Şəki şəhər İcra hakimiyyəti tərəfindən 31 avqust 2021-ci il tarixdə verilmiş 671 nömrəli arayışdan görünür ki, X1 şəhəri, Əşirlər məhəlləsi, Sabit Rəhman küçəsi, 6/7a ünvanında yaşayır. Ailə üzvləri: Atası X5, anası Ərizəçidır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər psixonevroloji Dispanser tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli, 688 saylı rəyindən görünür ki, FİZİKİ VƏZİYYƏTİ: Orta boylu, düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Səhhətindən şikayət təqdim etmir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/t 120/70 mm c.s.b. nəbzi dəqiqədə 72 vurğudur. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri canlıdır. Romberq duruşunda davamsızdır, irəli uzadılmış əl barmaqlarında əsmə vardır. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəsizdir. Bələdliyi pozulub, yoxlanılan şəxs verilən suallara heç bir reaksiya vermir, anlaşılmaz səslər çıxarır. Onunla ünsiyyət qurmaq mümkün olmadığından bütün məlumatlar anası Ərizəçi toplanmışdır. Neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilmir. Əhvalı davamsızdır, narahatdır, bir yerdə qərar tutmur. Yaddaşı kobud pozulub. Təfəkkürü parçalanıb. Oxumaq, yazmaq vərdişləri yoxdur. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi çox daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyası davamsızdır. Düşdüyü vəziyyətə heç bir tənqidi yoxdur. İntellekti inkişafdan kəskin geri qalıb, şəxsiyyəti qüsurludur, İQ=35%. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X8 anadangəlmə xroniki xəstəlik olan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZUNTULARİ VƏ NİTQİN OLMAMASİ İLƏ XBT-10 (psixi və davranış pozutularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirir. X6 uşaqlıqdan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZUNTULARİ VƏ NİTQİN OLMAMASİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X6 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X3 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X3 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” X14 də müvafiq rəyi vardır. Ərizəçi X3 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 26 yanvar 1976-cı il tarixdə Şəki şəhərində anadan olmuş, ünvan 3 saylı evdə yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 26 yanvar 1976-cı il tarixdə Şəki şəhərində anadan olmuş, ünvan 3 saylı evdə yaşayan, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-84/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-84/2022
18.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver