Məhkəmə qərarları › İş №2(075)-86/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-86/2021

28.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-86/2021 28.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz оğlunun sədrliyi, X1 kаtibliyi, İddiаçı İddiaçı, Cavabdehlər Cavabdeh1 və İbrahimov Röyal İlham oğlunun iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdehlər Cavabdeh1 və İbrahimov Röyal İlham oğluna qarşı “mənzildən kompensasiya ödənilməklə çıxarılma” tələbinə dаir iddiа ərizəsi üzrə mülkü işə Şəki rayon məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə M ü ə y y ə n e t d i: İddiаçı İddiaçı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə onun tərəfindən 3500 manat olmaqla, cəmi 7000 manat kompensasiya verilməklə yaşamaq hüquqlarına xitam verilməsi və onların əmlakları ilə birlikdə onun mülkiyyətində olan Şəki şəhəri, Axundov prospekti ev 13, mənzil 1 saylı mənzilindən çıxarılmaları bаrədə qətnаmə çıxаrılmаsını məhkəmədən xаhiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, X4 xx xxxxxxxx 1992-ci ildə qardaşı İddiaçı ailə qurmuş və onlar nikahlarını xx xxxxxx 1993-cü il tarixdə rəsmləşdirmişlər. Onların birgə nikahlarından xx xxxxxx 1994-cü il tarixdə Röya, xx xxxxxx 1997-ci il tarixdə isə Röyal adlı övladları anadan olmuşdur. Cavabdeh qardaşı ilə ailə qurduqdan sonra 1992-ci ildə həmin vaxt atasına məxsus Şəki şəhəri, D.Bünyadzadə küçəsində olan 2 saylı evə gəlin gəlmişdir. Onların hər iki uşağı da Şəki şəhəri, D.Bünyadzadə küçəsində olan 2 saylı evdə doğulmuşdur. Cavabdeh və uşaqları Şəki şəhəri, D.Bünyadzadə küçəsində olan 2 saylı evdə 2002-ci ilə kimi yaşamışlar. 2002-ci il tarixdə atası qardaşı və ailəsini ünvan 1 mənzil 1 ünvanında yerləşən evə köçürmüş və onlar orada 2013-cü ilədək yaşamışlar. Təxminən 2013-cü ildən sonra A.İbrahimova ilə qardaşı arasında münasibətlər pisləşmiş və bundan sonra cavabdeh oğlu Röyalla birlikdə evi tərk edərək Şəki rayonu Cəfərabad kəndində atasına məxsus evə getmiş və orada yaşamağa başlamışdır. Həmçinin Şəki rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə qardaşı ilə cavabdeh arasındakı nikah pozulmuşdur. Bundan başqa sonrakı dövrlərdə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)- 229/2016 saylı qətnaməsilə X4, övladı İbrahimov Röyal İlham oğlu ilə birlikdə ünvan 1 1 nömrəli mənzilə köçürülmələri qət edilmişdir. Göstərmişdir ki, atasından qalmış qeyd edilən ünvan 1 mənzil 1 ünvanında yerləşən miras əmlakını 2020-ci ilin iyun ayında vərəsəlik yolu ilə öz mülkiyyətinə keçirmişdir. Bununla bağlı ona DƏDRX-ti tərfindən xx xxxx 2020-ci il tarixdə ********* qeydiyyat nömrəli Hüquqlann Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi hazırda miras əmlak onun mülkiyyətindədir. Hazırda cavabdehlərə cəmi, 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməklə ona məxsus evdən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onun təklif etdiyi 7000 (yeddi min) manat davamlı surətdə cavabdehlərin müəyyən müddət daxilində əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyindən həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün yetərlidir. İddianı müdafiə edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçının qardaşı X6 ilə xx xxxxxxxx 1992-ci il də ailə qurmuş və bu nikahlarını xx xxxxxx 1993-cü il tarixdə rəsmləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 1994-cü il tarixdə Röya, xx xxxxxx 1997-ci il tarixdə isə Röyal adlı övladları anadan olmuşdur. Qızı Röya ailəlidir. O, X6 ilə xx xxxxxxxx 1992-ci il də ailə quran zaman qaynatası X5 məxsus Şəki şəhəri, D.Bünyadzadə küçəsində olan 2 saylı evə gəlin köçmüşdür. Hər iki uşağı da Şəki şəhəri, D.Bünyadzadə küçəsində olan 2 saylı evdə doğulmuşdur. Şəki şəhəri, D.Bünyadzadə küçəsində olan 2 saylı evdə 2002-ci ilə kimi yaşamışlar. Ümumi razılıqla 2002-ci il tarixdə qaynatası onları ünvan 1 mənzil 1 ünvanında yerləşən mülkiyyətində olan evə köçürmüşdür. Həmin mənzildə o, uşaqları ilə birlikdə 2013-cü ilədək birgə yaşamışdır. Təxminən 2013-cü ildən sonra iddiaçı ilə münasibətləri pisləşmiş, evdə mütamadi olaraq dava-dalaş baş vermişdir. Evdə yaşamasının mümkün olmamasını yəqin edib, azyaşlı oğlu Röyalla birlikdə evi tərk edərək Şəki rayonu Cəfərabad kəndində atasına məxsus evə getmiş və orada yaşamağa başlamışdır. Hal-hazırda da orada yaşayır. Bundan sonra aralarındakı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə aralarındakı nikah pozulmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)- 229/2016 saylı qətnaməsi ilə onun övladı İbrahimov Röyal İlham oğlu ilə birlikdə ünvan 1 1 nömrəli mənzilə köçürülmələri qət edilmişdir. Daha sonra Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-4033/2020 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Həsənova Röya İlham qızının İddiaçı məxsus Şəki şəhəri M.F.Axundov prospekti, ev 13-də yerləşən 1 saylı mənzilindən əmlakları ilə birlikdə çıxarılması qət edilmiş, qətnamə öz qanuni qüvvəsini almışdır. Bundan başqa evdən istifadə hüququna xitam verilməsi ilə bağlı iddiaçı tərəfindən təklif edilən 7000 manat kompensasiya məbləği ilə razılaşmır, təklif edilən kompensasiya məbləği onların davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müayisədə yaşamaq imkanı verməyəcək və həmin məbləğ yetərli deyildir. Hazırki vəziyyətdə iddianı əsassız hesab edir. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh İbrahimov Röyal İlham oğlu da Cavabdeh1 ilə oxşar izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Şəki rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə X6 arasınndakı nikah pozulmuşdur. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)- 229/2016 saylı qətnaməsinin surətindən görünür ki, X2 övladı İbrahimov Röyal İlham oğlu ilə birlikdə ünvan 1 1 nömrəli mənzilə köçürülmələri qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-1033/2020 qətnaməsindən görünür ki, Həsənova Röya İlham qızının İddiaçı məxsus Şəki şəhəri, M.F.Axundov prospekti, ev 13-də yerləşən 1 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş xx.xx.1997ci il tarixdə X5 verilmiş 7161/1564 qeydəalma nömrəsi ilə 11 nömrəli kitabın 108-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X13 prospekti, bina 13, mənzil 1 ünvanında yerləşən ümumi sahosi 28.49 kv/m olar daşınmaz əmlak X5 məxsus olmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş xx xxx 2020ci il tarixli Qanun üzrə X7 Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X8 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2008-ci il tarixdə ölmüş X3 vərəsəsi İddiaçı-Şəki, M.F.Axundov pr. ev 13 və o miras əmlakdan tam nissədə irs alması göstərilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin tərfindən xx xxxx 2020-ci il tarixdə ********* qeydiyyat nömrəli Hüquqlann Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X13 prospekti, bina 13, giriş 1, mərtəbə 1, mənzil 1 Yeni qaydalarla; Az 5500, Şəki şəhəri, X13 prospekti, qiriş 960, mərtəbə 1, mənzil 1 İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş xx.xx.2020ci il tarixli, **********39-05101-093012 reyestr nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X13 prospekti, bina 13, giriş 1, mərtəbə 1, mənzil 1 Yeni qaydalarla; Az 5500, Şəki şəhəri, X13 prospekti, qiriş 960, mərtəbə 1, mənzil 1 hüquq subyekti İddiaçıdur. İşdə olan xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı mərkəzi tərəfindən verilmiş əmlakın qiymətləndirilməsindən görünür ki, ünvan 3 ünvanda yerləşən İddiaçı Nəriman oğluna məxsus evin qiymətləndirilməsinə dair yazdığı ərizəsinə əsasən xx.xx.2020-ci il tarixdə evə baxış keçirilmişdir. Baxış zamanı ev təmirsiz olması, döşəmə, tavan pis vəziyyətdə, rənglənmiş qapı pəncərələri sınıq vəziyyətdədir. Kanalizasiya işləmir, binanın kanalizasiya quyusu evə yaxın olması, evin qiymətinə təsir edir. Bu sayaq 2 otaqlı evin indiki bazar qiyməti 15-18 min manat civarındadır. Həmin evə indiki vəziyyətdə kirayəçi qoymaq mümkün deyil. Cüzi təmir olunsa 1 ayı 50-60 manata kirayəçi qoymaq olar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iclasında tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, cavabdeh iddiaçının qardaşı X6 ilə xx xxxxxxxx 1992-ci il də ailə qurmuş və bu nikahlarını xx xxxxxx 1993-cü il tarixdə rəsmləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 1994-cü il tarixdə Röya, xx xxxxxx 1997-ci il tarixdə isə Röyal adlı övladları anadan olmuşdur. Cavabdeh X6 ilə xx xxxxxxxx 1992-ci il də ailə quran zaman qaynatası X5 məxsus Şəki şəhəri, D.Bünyadzadə küçəsində olan 2 saylı evə gəlin köçmüşdür. Cavabdehin hər iki uşağı da Şəki şəhəri, D.Bünyadzadə küçəsində olan 2 saylı evdə doğulmuşdur. Cavabdehlər Şəki şəhəri, D.Bünyadzadə küçəsində olan 2 saylı evdə 2002-ci ilə kimi yaşamışlar. Lakin sonradan ümumi razılıqla 2002-ci il tarixdə qaynatası onları ünvan 1 mənzil 1 ünvanında yerləşən mülkiyyətində olan evə köçürmüşdür. Həmin mənzildə o, uşaqları ilə birlikdə 2013-cü ilədək birgə yaşamışdır. Təxminən 2013-cü ildən sonra iddiaçı ilə münasibətləri pisləşmiş, evdə mütamadi olaraq dava-dalaş baş vermişdir. Evdə yaşamasının mümkün olmamasını yəqin edib, azyaşlı oğlu Röyalla birlikdə evi tərk edərək Şəki rayonu Cəfərabad kəndində atasına məxsus evə getmiş və orada yaşamağa başlamışdır. Bundan sonra aralarındakı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə aralarındakı nikah pozulmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)- 229/2016 saylı qətnaməsi ilə onun övladı İbrahimov Röyal İlham oğlu ilə birlikdə ünvan 1 1 nömrəli mənzilə köçürülmələri qət edilmişdir. İddiaçı cavabdehlərin onun sahibliyində olan evdə yaşamasına maneələr yarandığını göstərərək onlara 7000 manat kompensasiya ödənilməklə Şəki şəhəri, Axundov prospekti ev 13, mənzil 1 saylı mənzilindən çıxanlmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər isə onların həmin evdən başqa yaşamağa evlərinin olmamasını, evdən istifadə hüququna xitam verilməsi ilə bağlı təklif edilən 7000 manat kompensasiya məbləği ilə razılaşmamalarını, təklif edilən kompensasiya məbləğinin onların davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müayisədə yaşamaq imkanının verməyəcəyini və həmin məbləğin yetərli olmamasını əsas gətirərək iddianı qəbul etmirlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx xxxxxxxx 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Məhkəmə hesab edir ki, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı fərdi xüsusiyyətinə görə kompensasiyanın məbləğinin müəyyən edilməsində hər bir işin konkret xüsusiyyəti, özünə məxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya İnstitutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 hər birinə onun tərəfindən 3500 manat olmaqla cəmi 7000 manat kompensasiya verilməklə yaşamaq hüquqlarına xitam verilməsi və onların əmlakları ilə birlikdə onun mülkiyyətində olan Şəki şəhəri, Axundov prospekti ev 13, mənzil 1 saylı mənzilindən çıxanlmaları tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 hər birinə onun tərəfindən 3500 manat olmaqla cəmi 7000 manat kompensasiya verilməklə yaşamaq hüquqlarına xitam verilməsi və onların əmlakları ilə birlikdə onun mülkiyyətində olan Şəki şəhəri, Axundov prospekti ev 13, mənzil 1 saylı mənzilindən çıxanlmaları tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar