Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-879/2020 09.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və X6 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC cavabdehlər Cavabdeh1 və X6 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada xeyrinə 450 manat əsas borc, 140 manat cərimə olmaqla, cəmi 590 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun «xxxxxxxxxxx» MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı «xxxxxxxxxxx» MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin «xxxxxxxxxxx» MMC məhkəməyə xx xxxxxxxx 2020-ci il tarixdə teleqram göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bаğlаnmış xx xxxxxx 2018-ci il tarixli, K00243141 saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 938 manat olan “İMEİ kodu **********97712 Samsung Galaxy A6” markalı 01 ədəd mobil telefon əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 78 manat + 2 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Müqavilə üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə «xxxxxxxxxxx» MMC ilə X7 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin X1 Əbdülhəsən Ələsgər oğlunun xx xxxxxx 2018-ci il tarixli, K00243141 saylı müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Hazırda cavabdehlərin xx xxxxxx 2018-ci il tarixli, K00243141 saylı müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-yə 450 manat əsas borcu və 140 manat (hər gün üçün ödənilməmiş məbləğin 1%-i miqdarında 180 gün X 0.78 manat) cərimə borcu müəyyən edilmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 488 manat təşkil edir. Cavabdehlər Cavabdeh1 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, K00243141 saylı müqaviləyə əsasən Cavabdeh1 və X2 qiyməti 938 manat olan “İMEİ kodu **********97712 Samsung Galaxy A6” markalı 01 ədəd mobil telefon əldə etmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü mobil telefonun dəyərini hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan iddiaçı «xxxxxxxxxxx» MMC ilə cavabdeh X7 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, K00243141 saylı zaminlik müqaviləsinə əsasən zamin X1 Əbdülhəsən Ələsgər oğlunun xx xxxxxx 2018-ci il tarixli, K00243141 saylı müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bаğlаnmış xx xxxxxx 2018-ci il tarixli, K00243141 saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 938 manat olan “İMEİ kodu **********97712 Samsung Galaxy A6” markalı 01 ədəd mobil telefon əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 78 manat + 2 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Müqavilə üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə «xxxxxxxxxxx» MMC ilə X7 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin X1 Əbdülhəsən Ələsgər oğlunun xx xxxxxx 2018-ci il tarixli, K00243141 saylı müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfdən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxx 2018-ci il tarixli, K00243141 saylı müqaviləyə əsasən Cavabdeh1 və X5 «xxxxxxxxxxx» MMC-yə 450 manat əsas borc, 140 manat cərimə olmaqla, cəmi 590 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 488 manat təşkil edir. Bu səbəbdən də «xxxxxxxxxxx» MMC qalıq qalmış borcun ödənilməsini cavabdehlər Cavabdeh1 və X3 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 470.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək xx xxxxxx 2018-ci il tarixli, K00243141 saylı müqavilə üzrə 450 manat əsas borc, 140 manat cərimə olmaqla, cəmi 590 manat borc cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada tutularaq «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada tutularaq «xxxxxxxxxxx» MMCyə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 450 (dörd yüz əlli) manat əsas borc, 140 (bir yüz qırx) manat cərimə olmaqla, cəmi 590 (beş yüz doxsan) manat borc Cavabdeh1 və X3 müştərək qaydada alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 və X3 müştərək qaydada tutularaq «xxxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-879/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-879/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver