Məhkəmə qərarları › İş №2(075)-88/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-88/2022

04.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-88/2022 04.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin onlara məxsus olması” hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 22 noyabr 2001-ci il tarixli, 6983a nömrəli Qeydiyyat Vəsiqəsinin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək göstərmişdir ki, o, hal hazırda Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayır. Bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi 22 noyabr 2001-ci il tarixli 6983a nömrəli Qeydiyyat Vəsiqəsi əsasında verilmiş ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur. Həmin mənzil 14 noyabr 2001-ci il tarixli 4Ə-2-5İ9 saylı müqavilə əsasında dövlət qeydiyyatına alınmış və qeyd edilən qeydiyyat vəsiqəsi verilmişdir. Lakin qeyd olunan Qeydiyyat Vəsiqəsində onun soyadı texniki səhvə yol verilməklə ‘'Məhəmmədova'’ əvəzinə “Məmmədova” kimi yazılmışdır. Göstərilən səhv yazılma onun hüquqlarını pozur. Qeydiyyat Vəsiqəsində olan yalnışlıq onun mülkiyyət və sərəncam vermə hüquqlarını məhdudlaşdırır. Qeydiyyat Vəsiqəsi yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X19 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınması üçün əsasdır. Bu səbəbdən 23.08.2021-ci il tarixdə DƏDRX 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Ona rəsmi cavab vermişlər ki, qeydiyyat vəsiqəsi və şəxsiyyət vəsiqəsində soyadların uyğunsuzluğu səbəbindən çıxarış verilməsi mümkün deyil və məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bildirmişdir ki, qeyd edilən evi alsalar da həmin evdə nə özü nə də ailə üzvləri yaşamamışlar. Belə ki. həmin evi kirayəyə vermiş və həmişə də orada kirayəşinlər qalmışdır. Göstərilən düzəlişin başqa qaydada alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dilndirilmiş X3 göstərmişdir ki, Ərizəçi onun anasıdır. Yadındadır ki, anası və atası 2001-ci il tarixində Mingəçevir şəhərində 3 otaqlı ev almışlar. Anasıgil həmin evi uzun müddətdir ki. kirayəyə vermişlər. Hazırda da orada kirayəşinlər qalır. Son zamanlar anasına məlum olmuşdur ki, evin mülkiyyət sənədində anasının soyadı ‘'Məhəmmədova'’ əvəzinə “Məmmədova” kimi yazılmışdır. Bildirmişdir ki, anasının soyadı Məhəmmədovadır. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dilndirilmiş X7 göstərmişdir ki, o, ərizəçinin gəlinidir. Bildirmişdir ki, qeyd edilən ünvan 1 ünvanında yerləşən mənzili qaynanası, qaynatası və onun həyat yoldaşı 2001-ci ildə almışlar. Ev qaynanasının adına alınsa da onun ödənişinin həyat yoldaşı etmişdir. Həmin evi alsalar da orada heç vaxt yaşamamış, həmin evi kirayəyə vermişlər. Hazırda da həmin evdə kirayəşinlər yaşayır. Qeyd edilən evdə yaşamasalar da ora dəfələrlə gedib-gəlmişlər. Bildirmişdir ki, son dövrdə onlara məlum olmuşdur ki, evin mülkiyyət sənədində qaynanasının soyadı ‘'Məhəmmədova'’ əvəzinə “Məmmədova” kimi yazılmışdır. Bildirmişdir ki, əslində isə qaynanasının soyadı Məhəmmədovadır. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dilndirilmiş X22 göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil vaxtilə onun mülkiyyətində Ərizəçi satmışdır. Həmin vaxt alqı-satqı prosesində Lizanın əri Bayram və adını xatırlamadığı oğlu iştirak etmişdir. Həmin vaxt o, alıcıların Şəki rayonunun, Kiçik Dəhnə kəndindən olmasını öyrənmişdir. Liza, əri və oğlu hətta onların evlərində də olmuşdur. Belə ki, işdə olan Şəki şəhər İHB-nin Kiçik Dəhnə kənd nümayəndəliyi tərəfindən verilmiş 06 avqust 2021-ci il tarixli 498 nömrəli arayışdan görünür ki, Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Ərizəçi həqiqətən X23 ilə eyni şəxsdir. İşdə olan Mingəçevir “Asan xidmət” mərkəzi tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx xxxxxxxx 1948-ci il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş Ərizəçi 10 may 2005-ci il tarixdən Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatdadır. İşdə olan 9493 nömrəli X21 İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Ş.İ.Xətai küçəsi, ev 6, mənzil 23 ünvanında yerləşən 3 otaqdan ibarət olan yaşayış evi 2 saylı notarius kontoru 14 noyabr 2001-ci il tarixli, 4Ə 2-519 reyestr saylı müqavilə əsasında X13 adına 22 noyabr 2001-ci il tarixdə qeydə alınmış, 6983a nömrəli reyestr kitabına yazılmışdır. İşdə olan 21 iyul 1965-ci il tarixli, İ-ИЕ 431144 seriya nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X24 arasında 21 iyul 1965-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Məhəmmədova soyadı verilmişdir. İşdə olan 12 yanvar 1949-cu il tarixli, ИЕ 201961 seriya nömrəli doğum haqqında şəhdətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxxx 1948-ci il təvəllüdlü X14 atası X25, anası X15r. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən 29 sentyabr 2021-ci il tarixdə verilmiş 14 noyabr 2001-ci il tarixli müqavilədən görünür ki, X22 17 aprel 1999-cu il tarixli, 6983 nömrəli qeydə alma vəsiqəsinə əsasən ona məxsus olan, ünvan 2 ünvanında yerləşən, üç otaqlı, ümumi sahəsi 59,78 kv.m, yaşayış sahəsi 36,21 kv.m metrdən ibarət olan yaşayış evini 23500000 manat məbləğə X1. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Mingəçevir şəhəri 2 saylı dövlət notariat ofisi tərəfindən 17 dekabr 2021-ci il tarixdə verilmiş 17 aprel 1999-cu il tarixli, 6983 nömrəli qeydə alma vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 59,78 kv.m, yaşayış sahəsi 36,21 kv.m metrdən ibarət olan, 3 otaqlı mənzil X16 mülkiyyətinə keçmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Mingəçevir şəhəri 2 saylı dövlət notariat ofisi tərəfindən 17 dekabr 2021-ci il tarixdə verilmiş 09 noyabr 2001-ci il tarixli, 1234 saylı arayışdan görünür ki, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsindəki ev 6, 23 nömrəli mənzil X16 adına qeydə alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Mingəçevir şəhəri 2 saylı dövlət notariat ofisi tərəfindən 17 dekabr 2021-ci il tarixdə verilmiş 09 noyabr 2001-ci il tarixli arayışdan görünür ki, X2 şəhəri, Ş.İ.Xətai küçəsi, ev 6da yaşayır, onun ailə üzvləri arvadı X4, oğlu X17r. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BPQM İdarəsinə bilavasitə tabe olan X8 Şöbənin 09.02.2022-ci il tarixli məktubundan görünür ki, X8 Şöbədə araşdırma aparılmış X23 barəsində hər hansı məlumatın olmaması müəyyən edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki şəhər İH Başçısının Kiçik Dəhnə kənd İƏD üzrə nümayəndəliyinin 14.02.2022-ci il tarixli 23 saylı arayışından aydın olur ki, vaxtilə Kiçik Dəhnə kəndinə X23 adında şəxs olmamış, hazırda da yoxdur və yaşamır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi 14.11.2001-ci il tarixdə ünvan 1 ünvanında olan 3(üç) otaqlı evi alqı-satqı yolu ilə X10 almış və həmin evi mülkiyyətinə keçirmişdir. Lakin alqı-satqı zamanı ərizəçinin soyadı “Məhəmmədova” əvəzinə “Məmmədova” kimi səhv yazıldığından ərizəçi qeyd edilən evi mülkiyyətinə keçirərkən də qeydiyyat vəsiqəsində də onun soyadı yanlış olaraq “Məmmədova” kimi yazılmışdır. Lakin işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Liza Yusif qızının soyadı əvəzinə “Məmmədova” yox “Məhəmmədova”-dır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ünvan 1 ünvanında olan 3(üç) otaqlı evlə bağlı 22 noyabr 2001-ci il tarixli, 6983a nömrəli reyestr kitabına yazılmış (inventar iş nömrəsi 9493) Qeydiyyat Vəsiqəsinin xx.xx.1948-ci il tarixdə Şəki rayonunun, Kiçik Dəhnə kəndində anadan olmuş Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçinin dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ünvan 1 ünvanında olan 3(üç) otaqlı evlə bağlı 22 noyabr 2001-ci il tarixli, 6983a nömrəli reyestr kitabına yazılmış (inventar iş nömrəsi 9493) Qeydiyyat Vəsiqəsinin xx.xx.1948-ci il tarixdə Şəki rayonunun, Kiçik Dəhnə kəndində anadan olmuş Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar