Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-887/2020 13.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxxxxxx» ASC tərəfindən akt əsasında əsassız hesablanmış 523.64 manat məbləğində borcun silinməsi barədəqətnaməçıxarılmasınıxahişetmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi anasına məxsusdur. Anası vəfat etmişdir və o, atasının vərəsəsidir. İşlətdikləri enerjiyə görə həmişə vaxtı-vaxtında ödəniş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə cavabdehin əməkdaşları elektrik sayğacına baxış keçirmişlər. Baxış keçirilərkən məlum olmuşdur ki, guya ona məxsus elektrik sayğacının kənardan quraşdırılmış elektrik sayğacından «0» xəttindən istifadə etməklə elektrik sayğacı dövriyyədən çıxarılmışdır. Bu səbəbdən ona 523.64 manat dəyərində cərimə yazılmış və bu barədə akt tərtib edilmişdir. Cavabdeh təşkilatın nümayəndələri heç bir borcu olmadığı halda borcunun olduğunu bildirərək, evinə gələn elektrik enerjisini şəbəkədən ayırmağa çalışmışlar. Ancaq onların qeyd etdikləri borcun haradan və necə yaranması nə ona, nə də ki, özlərinə məlumdur. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “Elektrik enerjisindən istifadə qaydalarının” tələblərini pozmuşlar. Bununla da istehlakçı kimi onlara nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Həmin akt tərtib edilərkən tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdeh təşkilatın nümayəndələri qarşılarına qoyulmuş planı doldurmaq üçün onun evdə olmamasından istifadə etmişlər. Bundan başqa həmin aktı məişət abonenti kimi o, imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin cavabdeh təşkilatın nümayəndəsi həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Əlavə olaraq göstərdi ki, abunə kodu onun anası X3 adınadır. Anası xx xxxx 2012-ci il tarixdə vəfat etmişdir. Mirası faktiki olaraq qəbul etməklə həmin ünvandakı evdə ailəsi ilə birlikdə yaşayır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X10 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının ünvan 1 ünvanında yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında X3 adına **********04394 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx xxxxxx 2020-ci il tarixdə «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmiş və istehlakçıya məxsus elektrik sayğacının kənardan quraşdırılmış elektrik sayğacından «0» xəttindən istifadə etməklə elektrik sayğacı dövriyyədən çıxarıldığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq xx xxxxxx 2020-ci il tarixli, Akt R seriyalı, 166819 saylı akt tərtib olunmuşdur. Bundan sonra Şəki EŞ-nin əməkdaşları tərəfindən aşkar edilmiş kənar xətt ləğv edilərək elektrik sayğacı balans sərhəddində quraşdırılmış və sayğac uçot dəsti bərpa olunmuşdur. xx xxxxxx 2020-ci il tarixli, Akt R seriyalı, 166819 saylı akta əsasən Şimal- Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx xxxx 2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 181 gün üçün 0.07 manatla 380 kvts, dəyəri 26.60 manat və 0.xx xxxxxxx 4236 kvts, dəyəri 465.96 manat olmaqla, cəmi 492.56 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. İddia tələbinin qalan hissəsi abonentin sayğac üzrə ödənilməmiş borclarıdır. «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, abonenti faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Əlavə olaraq göstərdi ki, abunə kodu iddiaçının mərhum anası X3 adınadır. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, X1 EŞ-nin enerji satış bazasında **********04394 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına olan xx xxxxxx 2020-ci il tarixli, Akt R seriyalı, 166819 nömrəli aktdan görünür ki, X4 məxsus olan elektrik sayğacından istehlakçıya məxsus elektrik sayğacının kənardan quraşdırılmış elektrik sayğacından «0» xəttindən istifadə etməklə elektrik sayğacı dövriyyədən çıxarıldığı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri R.M.Əfəndiyev tərəfindən təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli icra əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 181 gün üçün 0.07 manatla 380 kvts, dəyəri 26.60 manat və 0.xx xxxxxxx 4236 kvts, dəyəri 465.96 manat olmaqla, cəmi 492.56 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Qüsur bərpa olunmuşdur. Əslinə baxmaqla tədqiq edilərək iş materiallarına olan AZ-İ seriyalı, 590777 seriyalı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx xxxx 2012-ci il tarixdə vəfat etmişdir. «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göründüyü kimi, Qaydaların 8.32-ci bəndində göstərilən pozuntulara görə mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış evinin daxilində quraşdırılmayan məişət abonentinin məsuliyyəti istisna edilmişdir. Çünki «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış elektrik enerjisi borcunun sayğacın nasaz olması ucbatından yaranması iddiaçının və cavabdeh «xxxxxxxx» ASCnin nümayəndəsinin məhkəmə iclasında verdikləri izahat və iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, sayğacın nasaz olmasının İddiaçı vəziyyətini daha da ağırlaşdıraraq ona əlavə elektrik enerjisi borcunun yazılmasına səbəb olmuşdur. Məhkəmə «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11 -ci bəndini və yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********04394 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı elektrik sayğacında yaranmış problemin onun təqsiri ucbatından yaranması ilə bağlı cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsinin dedikləri əsaslı deyil. Belə ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildə elektrik enerjisindən istifadə qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, həmin ünvanda quraşdırılmış sayğacdan istehlakçıya məxsus elektrik sayğacının kənardan quraşdırılmış elektrik sayğacından «0» xəttindən istifadə etməklə elektrik sayğacı dövriyyədən çıxarılması ilə əlaqədar “Elektrik enerjisindən istifadə qaydalarının” pozulması əsas götürülərək Akt R seriyalı, 166819 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Həmçinin istehlakçının ünvanına sayğacın quraşdırılmasına baxmayaraq aktda iddiaçının sayğacdan kənar şəkildə elektrik enerjisindən istifadə etməsi barədə heç bir fikir ifadə edilmir. Belə ki, sayğacda hər hansı bir qüsurun olması bunun bütün hallarda istehlakçının elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi nəticəsinə gəlməyə əsas vermir. Bundan başqa Akt R seriyalı, 166819 nömrəli aktın tərtibində nəinki istehlakçının, hətta hal şahidlərinin də iştirakı təmin edilməmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı atası X2 qalma ünvan 1 ünvanında yerlşən miras əmlakı qəbul etmiş və hal-hazırda həmin miras əmlakda yaşayır. Göründüyü kimi, İddiaçı elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacda qüsurun bərpa edilməsi günündə **********04394 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan X3 xx xxxx 2020-ci il tarixə 4616 kvts enerji istehlak etmiş və onun 492.56 manat borcu olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış qeyd edilən elektrik enerjisi borcu silinməlidir. Məhkəmə araşdırması nəticəsində xx xxxxxx 2020-ci il tarixli, Akt R seriyalı, 166819 nömrəli akt əsasında İddiaçı 492.56 manat borcun hesablanması müəyyən edilmişdir. Cavabdeh “xxxxxxxx” X12 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, Akt R seriyalı, 166819 nömrəli akt əsasında **********04394 saylı abonent kod hesabına 492.56 manat borc yazılsa da, İddiaçı hesabından 523.64 manat borcun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan İddiaçı xx xxxx 2020-ci il tarixə 492.56 manat borcunun olmasının qeyd edilməsi və iddiaçının bunun əksini sübut edəcək lazımi sənədləri iş materiallarına əlavə etməməsi, məhkəmə iclasında da təqdim etməməsi nəzərə alınaraq iddia qismən təmin edilməli, cavabdeh “xxxxxxxx” X8 əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair xx xxxxxx 2020-ci il tarixli, Akt R seriyalı, 166819 nömrəli akt əsasında **********04394 saylı abonent kod hesabında qeydə alınmış 492.56 manat borc əsassız hesab edilərək X3 hesabından silinməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxxxxxx” X8 əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair xx xxxxxx 2020-ci il tarixli, Akt R seriyalı, 166819 nömrəli akt əsasında **********04394 saylı abonent kod hesabında qeydə alınmış 492.56 (dörd yüz doxsan iki manat, əlli altı qəpik) manat borc X3 hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. “xxxxxxxx” X7 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-887/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-887/2020
13.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver