Məhkəmə qərarları › İş №2(075)-894/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-894/2021

21.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-894/2021 21.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “sənədin ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Kod 40401018, JN-165 seriyalı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın mərhum X7, Ərizəçi1, X6 və Ərizəçi2 payına münasibətdə onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Şəki rayon X24 yasının 30 aprel 1999-cu il tarixli, 08 nömrəli qərarı ilə ailə üzvlərinə 0,54 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələsi ilə əlaqədar KOD 40401018, JN-165 seriyalı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” hazırlanmış və onlara təhvil verilmişdir. Mərhum atası X12 ailə və təsərrüfat başçısı olduğundan torpağa dair sözügedən sənəd onun adına işlənmişdir. 24 fevral 2021-ci il tarixdə atası vəfat etmişdir. Atasının vəfatından sonra onlar KOD 40401018, JN-165 seriyalı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə onlara verilmiş torpağı DƏDRX-nin 12 saylı Ərazi İdarəsində dövlət reyestrində qeydiyyata alınması barədə müraciət etmişlər. DƏDRX-nın 12 saylı Ərazi İdarəsinin 30 mart 2021-ci il tarixli məktubla müraciətləri cavablandıraraq bildirmişdir ki, KOD 40401018, JN-165 seriyalı ‘”orpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən hüquq sahibinin soy adının və ata adının səhv qeyd edildiyi müəyyən edilmişdir. Belə ki, KOD 40401018, JN- 165 seriyalı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda mərhum X7 ata adı Əlihüseyn kimi, Ərizəçi1 soyadı Qasımova kimi, X1, onun qızlıq soyadı olan Qasımova kimi, onun, yəni Ərizəçi2 ata adı Şhani və cinsi qızı kimi göstərilmişdir. Halbuki, KOD 40401018, JN-165 seriyalı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda adları qeyd edilmiş X14 ilə X12, X18 ilə Ərizəçi1, X16 ilə X10 və Ərizəçi2 Şhani qızı ilə Ərizəçi2 eyni şəxslərdir. Bununla əlaqədar DƏDRX nin 12 saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 12 saylı Ərazi İdarəsi adlardaki bu uygunsuzluga görə onlara paya münasibətdə çıxarış verməkdən imtina edir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 da Ərizəçi2 ilə eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tələbi qismən əsaslıdır. İşdə olan KOD ********. JN-165 seriyalı “Torpağa mülkiyyət hüququna dair dövlət aktf’nın təsdiq edilmiş surətindən görünür ki, Şəki X24iyasının 30 aprel 1999-ci il tarixli, 08 saylı qərarı ilə X11, X15, X13 və Ərizəçi2 Şhani qızına 0,54 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan Vİ-JQ 399509 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 ilə X18 arasında 21 noyabr 1993-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 549 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Kərimova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Ərizəçi2 atası X12, anası isə Ərizəçi1dır. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 24.02.2021-ci il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarktı səbəbi ilə Şəki şəhərində ölmüşdür. İşdə olan Şəki şəhər İHB-nın Kiş kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.03.2021-ci il tarixli, 314 nömrəli arayışdan görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-165 KOD 40401018 olan Dövlət aktında 1-ci sırada göstərilmiş X14 ilə X12, 2-ci sırada göstərilmiş X18 ilə Ərizəçi1, 3-cü sırada göstərilmiş X16 ilə X10, 4-cti sırada göstərilmiş Ərizəçi2 Şhani qızı ilə Ərizəçi2 eyni şəxslərdir. İşdə olan vahid məhkəmə portalından çıxarılmış AZE 18015617 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, 03.04.1968-ci il təvəllüdlü X4 rayonu Kiş kəndində anadan olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki Şəki rayonu X24iyasının Şəki X24iyasının 30 aprel 1999-ci il tarixli, 08 saylı qərarı ilə verilmiş JN-165 KOD 40401018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X11, X15, X13 və Ərizəçi2 Şhani qızına 0,54 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmçinin müəyyən olundu ki, JN-0487, KOD 40404018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda X2 X5, Ərizəçi2 isə səhvən Ərizəçi2 Şhani qızı kimi yazılmışdır. Əslində isə, JN-165 KOD 40401018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda adı X5 yazılmış şəxs X12 ilə, Ərizəçi2 Şhani qızı kimi yazılmış şəxs Ərizəçi2 ilə eyni şəxsdir və həmin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” paylarına münasibətdə X9 və Ərizəçi2 məxsusdur. Məhkəmə həmçinin qeyd edir ki, ərizə Ərizəçi1, X8 münasibətdə təmin edilməməlidir. Belə ki, işdən də göründüyü kimi X14 ilə X18 arasında 21 noyabr 1993-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 549 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Kərimova soyadı verilmişdir. Həmçinin aktda adı göstərilən X3 ailə qurmuş və ərinin soyadı olan “Mustafayeva” soyadını qəbul etmişdir. Məhkəmə hesab edir ki, hər iki şəxsin tam adına hər hansı səhvlik yoxdur. Həmin şəxslər özlərinə məxsus doğum və nikah şəhadətnamələrini müvafiq inzibati orqana təqdim etməklə torpağa dair sənədlərini əldə edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, Şəki X24iyasının 30 aprel 1999-ci il tarixli, 08 saylı qərarı ilə verilmiş JN-165 KOD 40401018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın paylarına münasibətdə X9 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu ərizəçilərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə qismən təmin edilsin. Şəki X24iyasının 30 aprel 1999-ci il tarixli, 08 saylı qərarı ilə verilmiş JN-165 KOD 40401018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın paylarına münasibətdə X9 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar