Məhkəmə qərarları › İş №2(075)-906/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-906/2021

29.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-906/2021 29.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, cavabdeh «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 sentyabr 2020-ci il tarixli, 196437 saylı akt əsasında hesablanmış 1300 manat borcun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bu gün, yəni 29 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 və cavabdeh «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə barışıq sazişi təqdim edərək öz aralarında razılığa gəldiklərini bildirdilər. Məhkəmə iclası zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə ərizə təqdim edərək göstərdi ki, cavabdehin nümayəndəsi ilə aralarında razılığa gəlmişlər. Belə ki, o, cavabdeh «xxxx» ASC-nin 08 sentyabr 2020-ci il tarixli, R196437 saylı aktı ilə hesablanmış 1337.90 manat pulun 400 manatını ödəməyə və iddia tələbindən imtina etməyə, cavabdeh «xxxx» ASC də həmin akta əsasən hesablanmış R1337.90 manat pulun qalan 937.90 manat hissəsindən imtina etməyə razıdır. Buna görə də 29 iyun 2021-ci il tarixdə öz aralarında bu barədə barışıq əldə edilmişdir. Həmin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X3 da barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə ərizə təqdim edərək izahatında göstərdi ki, iddiaçının nümayəndəsi ilə aralarında olan razılığa əsasən iddiaçı cavabdeh «xxxx» ASCnin 08 sentyabr 2020-ci il tarixli, R196437 saylı aktı ilə hesablanmış 1337.90 manat pulun 400 manatını ödəməyə və iddia tələbindən imtina etməyə, cavabdeh «xxxx» ASC də həmin akta əsasən hesablanmış 1337.90 manat pulun qalan 937.90 manat hissəsindən imtina etməyə razıdırlar. Həmin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan tərəflərin 29 iyun 2021-ci il tarixli barışıq sazişindən də görünür ki, tərəflər arasında razılığa əsasən İddiaçı cavabdeh «xxxx» ASC-nin 08 sentyabr 2020-ci il tarixli, R196437 saylı aktı ilə hesablanmış 1337.90 manat pulun 400 manatını ödəməyə və iddia tələbindən imtina etməyə, cavabdeh «xxxx» ASC də həmin akta əsasən hesablanmış 1337.90 manat pulun qalan 937.90 manat hissəsindən imtina etməyə razıdır. Mülki proses tərəflərinin izahatlarını dinləyib, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi tərəflər öz aralarında qarşılıqlı razılığa gəlmişlər, heç bir mübahisələri qalmamışdır və bununla bağlı aralarında barışıq sazişi bağlanmışdır. Məhkəmə tərəfindən həmin prosessual hərəkətlərin nəticələri tərəflərə izah edilmiş və onlar aralarında bağlanmış 29 iyun 2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş edirlər. Tərəflər arasında bağlanmış barışıq sazişinin qanuna zidd olması, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması müəyyən olunmadığından barışıq sazişinin təsdiq edilməməsi üçün əsas yoxdur. Ona görə də tərəflər arasında bağlanmış 29 iyun 2021-ci il tarixli barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, məhkəmə bu barədə qərardad çıxarmalı və bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.5, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında 29 iyun 2021-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Tərəflər arasında bağlanmış 29 iyun 2021-ci il tarixli barışıq sazişinə əsasən İddiaçı «xxxx» ASC-nin 08 sentyabr 2020-ci il tarixli, R196437 saylı aktı ilə hesablanmış 1337.90 manat pulun 400 manatı alınaraq «xxxx» ASC-yə ödənilsin və İddiaçı iddia tələbindən imtinası qəbul edilsin. «xxxx» ASC-nin 08 sentyabr 2020-ci il tarixli, R196437 saylı akt ilə hesablanmış 1337.90 manat pulun 937.90 manat hissəsindən imtinası qəbul edilsin. Mülki işin icraatına xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar