Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-909/2020 10.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «borc və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1403.82 manat faiz borcu, 2914.72 manat cərimə borcu və müqavilənin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1984 manat borc olmaqla, cəmi 6302.54 məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması; tutmanın Cavabdeh məxsus olan Şəki rayonu Baş Göynük kəndində yerləşən qeyri-yaşayış binasının hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh mülkiyyətində olan Şəki rayonu Baş Göynük kəndində yerləşən qeyri-yaşayış binasına tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Şəki rayonu Baş Göynük kəndində yerləşən qeyri-yaşayış binasına istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış evinin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxxxx 2011-ci il tarixli Baş kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 36 (otuz altı) faizdən çox olmamaq şərti ilə 60 (altmış) ay müddətinə 150.000 (yüz əlli min) manat məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Baş kredit müqaviləsi əsasında İddiaçı ASC ilə Cavabdeh arasında xx xxx 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh illik 23 (iyirmi üç) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müddəti xx xxx 2016-cı il tarixdə bitmişdir. Baş kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə borcalan Cavabdeh mülkiyyətindəki Şəki rayonu Baş Göynük kəndində yerləşən qeyri yaşayış binasını (bundan sonra - ipoteka predmeti) xx xxxxxx 2011-cü il tarixli, 331/14-AZN saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir (yüklülük haqqında çıxarışın qeydiyyat tarixi: xx.xx.2011; qeydiyyat nömrəsi: **********). İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. xx xxxxxxx 2019-cu il tarixinədək Cavabdeh xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 1403.82 manat faiz borcu, 2914.72 manat müqavilənin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 1984 manat borc olmaqla, cəmi 6302.54 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Bu səbəbdən də LPO İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, 331/14-AZN saylı Baş kredit müqaviləsindən görünür ki, Bank tərəfindən müştəriyə illik 36 (otuz altı) faizdən çox olmamaq şərti ilə 60 (altmış) ay müddətinə 150.000 (yüz əlli min) manat məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 1005 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən müştəriyə illik 23 faiz dərəcəsi ilə 24 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx xxx 2014-cü il tarixli, 1005 saylı kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh götürdüyü 30.000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətində qaytarmalı olmuşdur. İşdə olan DƏDRX-nin X4 tərəfindən xx xxxxx 2010-cu il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən qeyri-yaşayış binası Cavabdeh mülkiyyətindədir. İşdə olan xx xxxxxx 2011-ci il tarixli, İP1-331/14-AZN saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh borc öhdəliklərinin təmini üçün mülkiyyətində olan Şəki rayonu Baş Göynük kəndində yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 70000 manat müəyyən edilmişdir. İşdə olan DƏDRX-nin X4 tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən qeyri-yaşayış binası İddiaçı ASC-nin yüklülüyündədir. İşdə olan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx xxxxxx 2016-cı il tarixli bildirişdən görünür ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən qeyri-yaşayış binasına tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh izah edilmişdir. İşdə olan LPO İddiaçı ASC tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişinin surətindən görünür ki, Cavabdeh məxsus Şəki rayonu Baş Göynük kəndində yerləşən qeyri-yaşayış binasına tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair LPO İddiaçı ASC-nin ərizəsi DƏDRX-nin 12 saylı Ərazi idarəsində xx xxxxxx 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 9/3734 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx xxx 2014-cü il tarixli, 1005 №-li kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2016-ci il tarixə (müqavilənin bitmə tarixi) banka olan borcu 12925.61 manat məbləğində müəyyən olunur, o cümlədən; xx xxx 2016-cı il tarixə: əsas borc üzrə 11533.01 manat, faiz borcu üzrə 1392,61 manat. xx xxxxxxx 2019-cu il tarixə (illik 5%-lə) İş materiallarından göründüyü kimi, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx xxx 2014-cü il tarixli, 1005 №-li kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx xxxxxxx 2019-cu il tarixədək (sualda göstərilən tarix) olan dövrün faiz borcu (müqavilə bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka heç bir borcu olmadığı müəyyən olunur. Qeyd: Bundan əlavə, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx xxx 2014-cü il tarixli, 1005 №-li kredit müqaviləsi üzrə 3077.02 manat məbləğində artıq ödəniş edilmişdir. İş materiallarından göründüyü kimi Cavabdeh ilə İddiaçı ASC asında bağlanmış xx xxx 2014-cü il tarixli, 1005 №-li kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh cərimə hesablanmır. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli Baş kredit müqaviləsinə əsasən ona illik 36 faizdən çox olmamaq şərti ilə 60 ay müddətinə 150.000 (yüz əlli min) manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş, Baş kredit müqaviləsi əsasında İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2014-cü il tarixdə kredit müqaviləsinə əsasən ona illik 23 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. Baş kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətindəki Şəki rayonu Baş Göynük kəndində yerləşən qeyri yaşayış binası ipoteka ilə yüklü etmişdir. İddiaçı LPO İddiaçı ASC cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etmədiyini əsas gətirərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməklə iddiaya münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən müqavilə iştirakçılardan bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. İddiaçı LPO İddiaçı ASC Cavabdehxeyrinə xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1403.82 manat faiz borcu, 2914.72 manat cərimə borcu və müqavilənin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1984 manat borc olmaqla, cəmi 6302.54 məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etsə də, məhkəməmühasibatlıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 9/3734 saylı rəyi ilə Cavabdeh LPO İddiaçı ASC-yə borcunun olmadığı və xx xxx 2014-cü il tarixli, 1005 №-li kredit müqaviləsi üzrə 3077.02 manat məbləğində artıq ödəniş etdiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən ərizədə borc məbləğinin məhz tələb edilən miqdarda olması digər bir sübutla əsaslandırılmadığından məhkəmə məhkəmə-mühasibatlıq ekspertizasının rəyini daha əsaslı və Cavabdeh LPO İddiaçı ASC-yə olan borcun müəyyənləşdirilməsində məhz həmin rəyə istinad edilməsini doğru hesab edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, LPO İddiaçı ASC tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək Cavabdeh kredit məbləği verilmiş, cavabdeh isə həmin krediti və ona hesablanmış faizləri artıqlaması ilə LPO İddiaçı ASCnin hesabına ödəmişdir. Bu səbəbdən də LPO İddiaçı ASC ödənilməmiş kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlı deyildir. «İpoteka haqqında Azərbaycan Respublikası Qanunu»nun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Cavabdehin sözügedən müqavilə üzrə iddiaçıya heç bir borcu olmadığından iddia tələbi tutmanın Cavabdeh məxsus olan Şəki rayonu Baş Göynük kəndində yerləşən qeyriyaşayış binasının hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh mülkiyyətində olan Şəki rayonu Baş Göynük kəndində yerləşən qeyri-yaşayış binasına tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Şəki rayonu Baş Göynük kəndində yerləşən qeyri-yaşayış binasına istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış evinin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi hissəsində də əsaslı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh qarşı «borc və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin, 100 (bir yüz) manat ekspertiza xərci LPO İddiaçı ASC-dən alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: LPO İddiaçı ASC-nin “Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1403.82 manat faiz borcu, 2914.72 manat cərimə borcu və müqavilənin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1984 manat borc olmaqla, cəmi 6302.54 məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması; tutmanın Cavabdeh məxsus olan Şəki rayonu Baş Göynük kəndində yerləşən qeyriyaşayış binasının hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh mülkiyyətində olan Şəki rayonu Baş Göynük kəndində yerləşən qeyri-yaşayış binasına tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Şəki rayonu Baş Göynük kəndində yerləşən qeyri-yaşayış binasına istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış evinin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. 100 (bir yüz) manat ekspertiza xərci LPO İddiaçı ASC-dən alınıb Dövlət büdcəsinə - Az. MEM, VÖEN**********,Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-909/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-909/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver