Məhkəmə qərarları › İş №2(075)-921/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-921/2021

12.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-921/2021 12.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15.12.1984-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Şəki şəhəri, Nəriman Nərimanov küçəsi, 5/6 saylı evdə yaşayan qızı (Həmidova) X3 fəaliyyət qabiliyyəti olmayan şəxas hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X7 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək tələbini belə əsaslandırdı ki, onun qızı (Həmidova) X6 15.12.1984-cü il tarixdə Şəki şəhərində anadan olmaqla və psixi xəstə olmaqla 24.01.2018-ci il tarixdən Şəki Rayon Psixatriya xəstəxanasında "Paranoid şizofreniya" diaqnozu ilə qeydiyyatda olmaqla hazırda dispanser müşahidəsindədir. O, öz hərəkətlərini ölçüb-bicmək idarə etmək qabiliyyətində deyildir. Ətrafdakılar ücün maneçiliyi olmasa da nə etdiyini və nə danışdığını tam dərk etmir. Öz hərəkətlərini qavramaq, ölçüb-biçmək iqtidarında deyil. Qulluğa qayğıya ehtiyacı var. Onlar Pərvanənin evdə müalicəsi üçün əllərindən gələni etmişlər, ancaq nəticəsi olmamışdır. Onu daim nəzarət altında saxlamışlar. Psixi qusuru ilə bağlı öz hərəkətlərinin mənasını tam anlamır, özünü tam idarə edə bilmir. Hazırda o, Pərvanəyə ona daim nəzarət edir. Pərvanənin üzərində qəyyum təyin edilməsinə zərurət vardır. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məlumat verilməsinə baxmayaraq Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan X-JQ 325494 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 15 dekabr 1984-cü il təvəllüdlü X5 atası X9, anası isə Ərizəçidır. İşdə olan Şəki Rayon Psixiatriya xəstəxanası tərəfindən verilmiş 15.03.2021-ci il tarixli, 407 nömrəli arayışın surətindən görünür ki, Şəki şəhəri, N.Nərimanov küçəsi, ev 5/6-da yaşayan 1984-cü il təvəllüdlü X6 24.01.2018-ci il tarixdən Şəki Rayonlararası Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. D-z: Paranoid şizofreniya. İşdə olan Şəki şəhər “Dağ dibi” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 18 aprel 2021-ci il tarixli, 183 nömrəli arayışdan görünür ki, X2 şəhəri, N.Nərimanov küçəsi, 5/6 saylı evdə yaşayır. İşdə olan Azərbaycan Respublikası Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, 316 nömrəli rəydən görünür ki, fiziki vəziyyəti: orta boylu, astenik bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Səhhətindən şikayət təqdim etmir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/T 120/70 mm c.s.b. Nəbzi dəqiqədə 72 vurğudur, ritmikdir. Nevroloji vəziyyəti: mərkəzi sinir sistemində üzvü mikroorqanik patologiya aşkar olunmur. Göz bəbəkləri bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri canlıdır. Romberq duruşunda dayanıqsızdır, irəli uzadılmış əl barmaqlarında əsmə vardır. Patoloji reflekslər müəyyən olunmur. Psixi vəziyyəti: xarici görünüşü səliqəlidir. Zamana, məkana, ətraf mühitə (öz şəxsiyyətinə) bələdliyi formal xarakter daşıyır. Müayinənin əvvəlində ünsiyyətə həvəssiz daxil olur, bu zaman verilən suallara qısa və konkret cavablar verir. Təkrari sorğulardan sonra aktivləşərək anamnestik məlumatları və olmuş hadisələri xronoloji qaydada çatdırır. Müayinə zamanı özünü bir müddət sakit aparsa da sonradan bir qədər narahat və gərgin olur, anası ilə yersiz mübahisə edir, bildirir ki, “bəzən evdə dərman qəbul etməyəndə yuxum pozulur”. Keçirilən ekspetizanın məqsədini və mahiyyətini izahatdan sonra başa düşsə də nəticəsinə heç bir maraq göstərmir. Əhvalı bir qədər aşağıdır, hərəkətləri bir qədər ləngdir. Yaddaşı kobud pozulmamışdır. Təfəkküründə autistiklik və paralogiklik aşkar olunmur. Mülahizə və mühakimələri bir qədər səthidir. Maraq dairəsi daralmışdır. Hazırki müayinə zamanı X1 psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Emosiyaları və affektiv reaksiyaları sönükdür, kütləşməyə meyillidir. Düşdüyü vəziyyətə tənqidi münasibət bəsləmir, gələcək üçün real planlar söyləmir. İntellekti xronoloji yaşma uyğundur. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X6 hal-hazırda şizofreniya paranoid forma, natamam remissiya vəziyyəti XBT- 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) F20.0 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (Şəki rayon Psixiatriya Xəstəxanasından verilmiş 15.03.2021 -ci il tarixli 407 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı özünü bir müddət sakit aparsa da sonradan bir qədər narahat və gərgin olması, anası ilə yersiz mübahisəyə girişməsi, keçirilən ekspetizanın məqsədini və mahiyyətini izahatdan sonra başa düşsə də onun nəticəsinə heç bir maraq göstərməməsi, əhvalının bir qədər aşağı olması, hərəkətlərində lənglik müşahidə edilməsi, təfəkküründə autistiklik və paralogiklik aşkar olunması, mülahizə və mühakimələrinin səthi olması, maraq dairəsinin daralması, emosiyaları və affektiv reaksiyalarının sönük və kütləşməyə meyilli olması və s.) imkan verir. X6 lıal-hazırda xroniki psixi xəstəlik olan şizofreniya paranoid forma, natamam remissiya vəziyyəti XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) F20.0 xəstəliyi keçirdiyindən hazırki ekspertiza zamanı öz hərəkətlərinin mənasmı anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bu səbəbdən X6 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi (Həmidova) X3 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. (Həmidova) X3 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan Azərbaycan Respublikası Gəncə Şəhər Psixonevroloji Dispanserinin də müvafiq rəyi vardır. Ərizəçi (Həmidova) X3 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 15.12.1984-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Şəki şəhəri, Nəriman Nərimanov küçəsi, 5/6 saylı evdə yaşayan qızı (Həmidova) X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 15.12.1984-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Şəki şəhəri, Nəriman Nərimanov küçəsi, 5/6 saylı evdə yaşayan qızı (Həmidova) X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar