Məhkəmə qərarları › İş №2(075)-93/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-93/2021

25.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-93/2021 25.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi nümayəndəsi X16, Maraqlı şəxs: Maraqlı şəxs1 nümayəndəsi X12 iştirakı ilə, Ərizəçi “şəxsin eyni şəxs olması hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş doğum haqqında akt qeydində adı göstərilmiş “X28” qızının anası ilə, yəni X10 ilə eyni şəxs olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Ərizəçi iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, o, xx.xx.1936-cı il tarixdə anadan olmuşdur. Anasının adı X10, atasının isə adı X26r. Atası 1941-ci ildə müharibəyə getmiş və döyüşlər zamanı itkin düşmüşdür. Anası 1982-ci ildə vəfat etmişdir. Bacısı və qardaşı olmamış, o evin tək uşağı olmuşdur. O, atasını heç vaxt görməmişdir. Uzun müddətdir ki, anasına məxsus olan Şəki şəhəri, “Qurdlar” məhəlləsi, A.Cuma küçəsi, 8 saylı evdə yaşayır. Bu yaxınlarda yaşadığı evi öz adına rəsmləşdirmək istəmiş, lakin sənədləşdirmə zamanı ona aydın olmuşdur ki, onun doğum akt qeydində ana qrafasında anası X10 əvəzinə X5 qeyd edilmişdir. Göstərmişdir ki, X1 olduğunu bilmir. X17 adlı şəxsin hansı səbəbdən onun doğum akt qeydində ansı kimi yazılmasından xəbəri yoxdur. Onun anası X6r. Belə ki, atası Əzizlə anası Xoşqədəmin nikahları da mövcud olmuşdur. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən anası X3 adına qeydiyyat vəsiqəsi verilmişdir. O, xx.xx.1982-ci ildə vəfat etmiş anası X2 miras qalmış əmlakı öz adına rəsmiləşdirmək istəyir. Lakin doğum haqqında şəhadətnaməsində ana adı səhvən Züleyxa yazıldığından bunu həyata keçirə bilməmişdir. Bununla bağlı Maraqlı şəxs1nə və Notariat kontoruna müraciət etmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X27 da Ərizəçi ilə eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs1 nümayəndəsi X20 göstərdi ki, Ərizəçi ona Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş doğum haqqında akt qeydində onun anası kimi X14 göstərilmişdir. Bununla bağlı ərizəçi Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ərizəçiyə mövcud anlaşılmazlığın həlli məqsədilə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırda ərizəçi X8 anası ilə, yəni X10 ilə eyni şəxs olması hüquqi faktının müəyyən edilməsi tələbi məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsinə etirazları yoxdur. Mülki iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslı deyildir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma xalası oğludur. Özünün anasının adı Zülqədə Salamovadır. Anasının 1 bacısı, 3 qardaşı olmuş və hamısı vəfat etmişdir. Uşaqlıqda anası onu Xoşqədəm xalasıgilə aparmışdır. O, Züleyxa adlı adam tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 göstərmişdir ki, uzun illərdir ki, Ərizəçi ilə qonşudurlar. Məmmədin anası Xoşqədəmi öz gözləri ilə görmüşdür, balacaboy göy-göz qadın olmuşdur. Məmmədin atasının ikinci arvadının olmasından xəbəri yoxdur, bu barədə heç nə deyə bilməz. Xoşqədəmin nə vaxt fəfat etməsini xatırlamır. Ola bilər ki, o, əsgəri xidmətdə olarkən Xöşqədəm vəfat etmişdir. Məhlələrində Züleyxa adında qadın olmasını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 və X25 digər şahid X23 ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan 05/Q-782/69 nömrəli nikah haqqında arayışdan görünür ki, X31 və X10 arasındakı nikah aktı xx xxxxxx 1980-ci il tarixdə 450 nömrəli akt qeydi altında tərtib olunmuşdur. İşdə olan Şəki Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X31 və X4 xx xxxxxx 1980-ci il tarixli 450 nömrəli nikah haqqında akt qeydi Şəki rayon Xalq məhkəməsinin xx.xx.1980-ci il tarixli 2-215 nömrəli qətnaməsinə əsasən tərtib edilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli, 421 saylı arxiv arayışından görünür ki, Nuxa VVAQ Şöbəsinin 1936-cı ilin “Doğulanların qeydiyyat” kitabına əsasən xx xxxxxxxx 1936-cı il 644 nömrəli qeydiyyatda Əzizov Məməd xx xxxxxx 1936-cı ildə anadan olması qeyd edilmişdir. Atasının: X32, anasının isə X18 olması göstərilmişdir. İşdə olan Azərbaycan SSR X39 Komissarlığı tərəfindən verilmiş doğulma haqqında aktın təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1936-cı il təvəllüdlü Əzizov Məmədin atası X32, anası isə X13r. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş xx xxxx 2011-ci il tarixdə verilmiş arayışın təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1982-ci ildə Şəki şəhərində ölmüşdür. İşdə olan Şəki şəhər “Qurdlar” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Şəki şəhəri, “Qurdlar” məhəlləsi, A.Cuma küçəsi, 8 saylı evdə yaşayan Ərizəçi anadan olandan həmin ünvanda qydiyyatdadır. İşdə olan Şəki şəhər “Qurdlar” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, 444 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhəri, A.Cuma küçəsində yaşamış X10 xx.xx.1982-ci il tarixdə vəfat etmiş və onun Ərizəçi adlı vərəsəsi qalmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, 27-ci rayon, A.Cuma küçəsi, 8 saylı yaşayış evi X4 adına mülkiyyət hüququ əsasında xx xxxxxx 2001-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 691 saylı məktubundan görünür ki, X15 rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılaraq Sovet Ordusu sıralarına göndərilmişdir. Onun Böyük Vətən müharibəsi illərində hansı hərbi hissələrdə döyüşlərdə iştirak etdiyi barədə rəsmi məlumat yoxdur. SSRİ MN-nin qayıtmaz itkinklərin qeydiyyatı idarəsində daxil olmuş xx.xx.1947-ci il tarixli bildirişə əsasən X31 döyüşlər zamanı itkin düşmüşdür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin məhkəmə iclasında verdiyi izahatdan və işə əlavə edilmiş sübutlardan müəyyən olundu ki, Nuxa VVAQ Şöbəsinin 1936-cı ilin “Doğulanların qeydiyyat” kitabına əsasən xx xxxxxxxx 1936-cı il, 644 nömrəli qeydiyyatda Əzizov Məməd xx xxxxxx 1936-cı ildə anadan olması, atasının X32, anasının isə X18 olması göstərilmişdir. Həmçinin Azərbaycan SSR X39 Komissarlığı tərəfindən verilmiş doğulma haqqında aktın təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1936-cı il təvəllüdlü Əzizov Məmədin atası X32, anası isə X13r. Lakin 05/Q-782/69 nömrəli nikah haqqında arayışdan görünür ki, X31 və X10 arasındakı nikah aktı xx xxxxxx 1980-ci il tarixdə 450 nömrəli akt qeydi altında tərtib olunmuş, nikah haqqında akt qeydi Şəki rayon Xalq məhkəməsinin xx.xx.1980-ci il tarixli 2-215 nömrəli qətnaməsinə əsasən tərtib edilmişdir. Göründüyü kimi Ərizəçi nikah akt qeydində onun anası qrafasında X10 deyil, X17 qeyd edilmişdır. İstisna deyil ki, Ərizəçi atası X7 və yaxud da ki, bundan daha əvvəl başqa bir şəxslə də nikaha daxil ola bilərdi. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, X11 X10 ilə eyni şəxs olmasının müəyyən edilməsi ilə bağlı ərizəçi yetərli və mümkün olan sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də ərizəçinin ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən Ərizəçi Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş doğum haqqında akt qeydində adı göstərilmiş X8 anası ilə, yəni X10 ilə eyni şəxs olması hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Ərizə təmin edilmədiyinə görə Ərizəçi ödədiyi 10 manat dövlət rüsumunu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət e t d i: Ərizəçi Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş doğum haqqında akt qeydində adı göstərilmiş X8 anası ilə, yəni X10 ilə eyni şəxs olması hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Ərizəçi ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar