Məhkəmə qərarları › İş №2(075)-938/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-938/2020

23.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-938/2020 23.07.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu x2 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə Şəki rayonu Cəfərabad kəndində 2.02 ha torpaq sahəsinin ailə üzvlərinə verilməsinə dair JN:181 nömrəli (kod 40411018) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında qeyd edilmiş x1 ilə Ərizəçi eyni şəxs olması və həmin aktın payına münasibətdə ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu x2 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə Şəki rayonu Cəfərabad kəndində 2.02 ha torpaq sahəsinin ailə üzvlərinə verilməsinə dair JN:181 nömrəli (kod 40411018) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının Ərizəçi payına münasibətdə ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Şəki rayonu x2 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə ailələrinə 2.02 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı JN:181 seriyalı, 40411018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı hazırlanmış və təhvil verilmişdir. O, JN:181 seriyalı, 40411018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktını iş üzrə maraqlı şəxs olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim edərək həmin akt üzrə müəyyən edilmiş torpaq üzərində hüquqlarının qeydə alınmasını xahiş etsə də, JN:181 seriyalı, 40411018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd edilmiş subyekt siyahısının ikinci sırasında adının “Ərizəçi” əvəzinə “x1” kimi göstərildiyindən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı x19 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı x13 nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən x8 göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi və onun ailə üzvlərini yaxından tanıyır. Ərizəçinin atası Abdulla Əliyev, anası isə Xanım Mamedovadır. Onların “Qərənfil” adlı uşaqları olmamışdır. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən x5 digər şahid x4 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan JN:181 nömrəli (kod 40411018) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu x3 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Cəfərabad kənd sakinləri x11, x1, x9, x10 və x6 2.02 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 1968-ci il təvəllüdlü Ərizəçi atası Abdulla Əliyev, anası isə Xanım Mamedovadır. İşdə olan İV-ЖГ seriyalı, 347339 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, x11 ilə Ərizəçi arasında 15 iyun 1987-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında kat qeydləri kitabında 13 nömrə ilə qeydiyyata alınmış, ərə Əmrahov, arvada Əmrahova soyadı verilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı x19 tərəfindən verilmiş 10 iyun 2020-ci il tarixli, **********70 nömrəli məktubdan görünür ki, JN:181 nömrəli (kod 40411018) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu x3 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Cəfərabad kənd sakinlərinə 2.02 ha torpaq sahəsinin verilməsi barədə JN:181 nömrəli (kod 40411018) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın Ərizəçi payına münasibətdə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumunu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki rayonu x3 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Cəfərabad kənd sakinlərinə 2.02 ha torpaq sahəsinin verilməsi barədə JN:181 nömrəli (kod 40411018) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın Ərizəçi payına münasibətdə məxsus olması faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar