Məhkəmə qərarları › İş №2(075)-95/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-95/2021

26.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-95/2021 26.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı və onun nümayəndəsi X20, Cavabdeh2 və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Şəki Regional “Asan Xidmət“ mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum atası X5 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, o özü 1969cu ildə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən evdə anadan olmuşdur. Ailədə 2 bacı və 2 qardaş olmuşlar. Qardaşlarından Ehsan hal-hazırda həmin ünvanda ayrıca bir evdə yaşayır. Digər qardaşı Qəzənfər isə Bakı şəhərində yaşamış, hal-hazırda isə Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayır. Cavabdeh Qəzənfər bir neçə dəfə məhkum olunmuş və üst-üstə 22 il həbsdə olmuşdur. Özü 1989-cu ildə ailə quraraq əri Elmangilə məxsus evə gəlin köçmüşdür. Həmin evdə təxminən 2 il yaşadıqdan sonra yenidən, yəni 1991-ci ildə ata evinə qayıdaraq atası və anası ilə birlikdə yaşamağa başlamışdır. 1993-cü ildə həmin ev darısqal olduğundan kirayəyə çıxaraq orada kirayədə yaşamağa başlamışlar. Atası 1999-cu ildə, anası isə 2011-ci ildə vəfat etmişdir. Kirayəyə çıxıb yaşasalar da, daima ata evinə gedib gəlmiş, ata və anasına qulluq etmişdir. Həmçinin atasının və anasının yas mərasimlərində yaxından iştirak etmiş, onların qəbirüstü abidəsinin götürülməsində köməklik etmişdir. Belə ki, Qəzənfər törətmiş olduğu cinayətə görə məhkum olduğundan ata-anası evin altında tək olmuşdur. Təxminən 2013-cü ildə kirayədən qayıdaraq ailəsi ilə birlikdə mübahisəli ata evində yaşamağa başlamışlar. Həmin vaxtan da indiyədək ailəsi və uşaqları ilə birlikdə həmin mübahisəli evdə yaşayırlar. Mərhum atası X14 vəfat etdikdən sonra ondan miras qalmış əmlakı, yəni ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsinə faktiki olaraq mirası qəbul etmişdir. Digər vərəsələr atasından miras qalmış əmlakı nə faktiki, nə də ki, qanuni əsaslarla qəbul etməmişlər. Ümumiyyətlə qeyd olunan mübahisəli mənzil onun adına rəsmiləşdirilməsə də həmin əmlakın dəyərini Qəzənfərə ödəmişdir. Buna görə də cavabdeh olan qardaşı Qəzənfər xx.xx.2017-ci il tarixdə notariusda ərizə yazaraq atasından qalan mirası qəbul etməməsini bildirmiş və vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətinin olmamasını qeyd etmişdir. Hazırda 2013-cü ildən mübahisəli miras əmlakda yaşamaqla mirası faktiki olaraq qəbul etmiş və hal-hazırda miras əmlakı idarə edir. Həmin evin qaz, işıq və su təchizatı üzrə müqavilələr onun adınadır və bütün kommunal ödənişlər onun tərəfindən ödənilir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsni məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X33 da İddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 RX seriyalı, ******* nöməli çıxarışa əsasən Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsi atası X5 miras qalmışdır. Qeyd edilən mirasın vərəsələri özü, X21, İddiaçı və digər bacısı X29 qizi olsalar da, həmin evdə atasının, anasının ölümündən sonra miras əmlakda yaşamışdır. Göstərmişdir ki, bütün bacı qardaşları həmin miras evdə doğulmuş və həmin evdə yaşamışlar. Əsli də ərə gedənə kimi həmin evdə yaşamışdır. Əsli 1989-cu ailə quraraq əri ilə birlikdə kirayələrdə yaşamışdır. Lakin Əsli onun razılığı ilə öz ailəsi ilə 2013-cü ildə gələrək miras evində yaşamağa başlamışdır. Həmin vaxtdan bu günədək Əsli və ailəsi miras əmlakda yaşayır. Əslinin miras əmlakına köçməsinə özü razılıq vermiş, belə bir fikri olmuşdur ki, evin otaqlarından birini ona versin və vermişdir də. Əsligilin ailəsi böyük olduğundan ev isə darısqal olduğundan 2016-cı ildə həmin evdən çıxaraq Kiçik Dəhnə kəndində yaşayan qızının yanına getmiş, hazırda da orada yaşayır. Qeyd etmişdir ki, həmin miras evin bütün kommunal müqavilələri Əslinin adınadır və həmin xərclər Əsli tərəfindən ödənilir. Göstərmişdir ki, özü dəfələrlə məhkum olunaraq üst-üstə 18 il həbsdə qalmışdır. Belə ki, 1986-1991-ci ilərdə 5 il, 1992-1996-cı illərdə 4 il və 1997-2003-cü illərdə 6 il 6 ay azadlıqdan məhrum edilərək məhkumluq həyatı yaşamışdır. Cəzalarının əsas hissəsini Bakı şəhərində çəkmişdir. Əvvəllər Əsliyə evin bir otağını vermək fikri olsa da indi vermək fikri yoxdur. Notariusa gedərək mirasdan imtina barədə ərizə yazmışdır. Lakin həmin ərizənin mahiyyətini dərk etməmişdir. Göstərmişdir ki, həm atasının həm də anasının yas mərasimlərində bacısı Əsli də iştirak etmişdir. Əsli 2013-cü ildən ailəsi ilə birlikdə faktiki olaraq miras əmlakda yaşasa da daima miras əmlaka gəlib-getmişdir. Ümumiyyətlə Əsli ata və anasının sağlığında da daima miras əmlakla daima əlaqəsi olmuşdur. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 vəkili Məmmədov Fərhad Möhübbət oğlu məhkəmə iclasında cavabdehin izahatına oxşar izahat vermiş, həmçinin göstərmişdir ki, iddiaçı anası 2011-ci ildə vəfat etdikdən 2 il sonra yəni 2013-cü ildə qayıdaraq miras əmlakda yaşamışdır. Hesab edir ki, iddiaçı mirası qəbul etmək üçün qanunda göstərilən müddəti ötürmüşdür. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarını araşdırıb, mülki proses tərəflərinin izahatlarını dinləyib, məhkəmə belə bir nəticəyə gəlir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayı evi X6 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə tərtib edilmiş 5963 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 üanvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti X11r. İş materiallarında olan AZ 029077 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 şəhərində xx xxxx 1999-cu ildə ürək-qan-damarı çatışmazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan Şəki rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin təsviri hissəsində olan xx xxxxx 2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, X2 şəhərində xx.xx.2011-ci ildə ürək-qan-damarı çatışmazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan AZ-1788385 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X13 atası X14, anası isə X7r. İş materiallarında olan AZ-İ 514771 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2011-ci il tarixdə Şəki şəhərində ölmüşdür. İş materiallarında olan “Dağdibi” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 388 nömrəli arayışdan görünür ki, İddiaçı valideynləri vəfat etdikdən bir az sonra ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır və həmin evə faktiki olaraq sahiblik edir. İş materiallarında olan “Dağdibi” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 389 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, ünvan 5 ünvanında yaşamış və xx xxxx 1999-cu il tarixdə vəfat etmiş X8 Cavabdeh2, X21, İddiaçı və X16 adlı ailə üzvləri qalmışdır. İş materiallarında olan AZ ******* saylı doğum şəhadətnaməsinin surətindən görünür ki, X27pzı xx.xx.1969-cu il tarixdə Şəki şəhərində anadan olmuşdur. X3, anası isə X9r. İş materiallarında olan Cavabdeh2 və X10 xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmişl ərizələrindən görünür ki, ataları X17 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir və onlar tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündə sonra mirası, nə də ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmişlər və buna görə də öz vərəsəlik hüquqlarını rəsmilədirmək niyyətində deyillər. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədləri yoxdur. Gələcəkdə bununla bağlı heç bir iddiaları olmayacaqdır. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il rarixli, 2(075)- 1513/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 xx xxxx 1999-cu il tarixdə vəfat etmiş mərhum atası X5 qalmış Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 unvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının müəyən edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)- 1548/2020 saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il rarixli, 2(075)-1513/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 07093 və 14042 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilələrin surətindən görünür ki, İddiaçı həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə “Azəriqaz” İstehsalat Birliyi ilə qazın alqı-satqısı ilə bağlı müqavilə bağlamışdır. İş materiallarında olan “Dağdibi” icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 74 nömrəli arayışdan görünür ki, Cavabdeh2 həqiqətən Şəki şəhəri, E.Yəhyayev küçəsi, 22 saylı evdə qeydiyyatdadır, onun X19 və X22 adlı ailə üzvləri vardır. Ailə üzvlərinin hamısı uzun müddətdir ki, göstərilən ündanda yaşamırlar. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, RX seriyalı, ******* nöməli çıxarışa əsasən Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsi iddiaçının atası X5 miras qalmışdır. Həmin Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən fərdi yaşayış evinin vərəsələri iddiaçı, Cavabdeh2 X1 və iddiaçının digər bacısı X18 olmuşdur. İddiaçı doğulduğu vaxtdan 1989-cu ilədək, ailə qurduqdan sonra isə 1991-1993-cü illərdə də miras əmlakda yaşamışdır. Bundan başqa iddiaçı bundan sonrakı dövrlərdə də ataanasına baxmış, mütamadi olaraq onlara qayğı göstərmiş və beləliklə də miras əmlakla əlaqəsi üzülməmişdir. Həmçinin iddiaçı təxminən 2013-cü ildən etibarən miras əmlaka köçərək bu günədək həmin evdə ailəsi ilə birlikdə daimi olaraq yaşayır. İddiaçı atasının, sonra isə anasının yas mərasimlərində iştirak etmiş, hazırda evin bütün kommunal xərcləri iddiaçı tərəfindən ödənilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X5 qalmış Şəki şəhəri, Elşad Yəhyayev küçəsi, 22 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh vərəsə olaraq iki qardaş və iki bacı olduqlarını bildirmişdir. İddiaçının 2013-cü ildən indiyədək miras əmlakda daimi olaraq yaşadığını bildirmiş, həmçinin miras evin bütün kommunal müqavilələrinin Əslinin adına və həmin xərclərin iddiaçı tərəfindən ödənilməsini göstərmişdir. Qeyd etmişdir ki, iddiaçı həm atasının həm də anasının yas mərasimlərində itirak etmiş, 2013-cü ildən ailəsi ilə birlikdə faktiki olaraq miras əmlakda yaşasa da miras əmlaka gəlib-getmiş, miras əmlakla daima əlaqəsi olmuşdur. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Presussual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, miras qoymuş şəxs X14 xx xxxx 1999-cu il tarixdə Şəki şəhərində xx.xx.2011-ci ildə ölmüşdür. Göründüyü kimi tərəflər arasındakı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dək olan dövrdə əmələ gəlmişdir. Ona görə də tərəflər arasındakı hüquq münasibətlərinə 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1965-ci il redaksiyası) 528-ci maddəsinə əsasən vərəsəliyin açılması vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Məhkəmə hesab edir ki, X5 qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsindən ibarət mirasın hazırkı İddiaçı tərəfindən də qəbul edilməsi hüquqi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mirası faktiki olaraq qəbul etməsi nəzərə alınmalı, onun tərəfindən də mərhum atası X5 qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçıların rüsum tələb etməmələri nəzərə alınaraq, iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədikləri rüsum İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı mərhum atası X5 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilsin. İddiaçının iddianın qaldırılması ilə bağlı dövlətə ödədiyi rüsum xərci özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar