Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-97/2024 13.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07 iyul 2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyətsiz hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X6 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxx 1980-ci ildə Şəki rayonu Cumay kəndində anadan olmuşdur. X7 ilə 26 noyabr 2004-cü ildə ailə həyatı qurmuşdur. Onunla birgə nikahlarından 07 iyul 2005-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. X16 anadan olandan qüsurlu doğulmuşdur. Onun son diaqnozu “Kvadroplegik spastik seberal iflic” diaqnozu olmuşdur. Bir çox xəstəxanalarda, o cümlədən Şəki Psixatriya xəstəxanasında da qeydiyyatdadır. Şəki Psixatriya xəstəxanasında ona Ağır dərəcəli əqli gerilik, davranış pozuntusu diaqnozu qoyulmuşdur. Ona əmək qabiliyətsiz kimi İ qrup əlillik təyin edilmişdir. Daimi yataq rejimindədir. Səslərə reaksiyası qismən var. Uzun illərdir ki, ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir və xəstəliyinə görə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Bu səbəbdən də oğlunun üzərində qəyyum kimi təyin olunması üçün Şəki Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası 10 avqust 2023-cü il tarixli məktubunda oğlu X6 məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin komissiyaya təqdim olunduqdan sonra qəyyum təyin edilməyi məsələsinə baxılacağını bildirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş Maraqlı şəxs Başçısının Aparatının 10 avqust 2023-cü il tarixli, 5-7-7/2-Q-60099/2023 saylı məktubundan görünür ki, Ərizəçi övlası xx.xx.2005-ci il təvəllüdlü X6 üzərinə qəyyum təyin olunması ilə bağlı müraciətinə baxılmış, xx.xx.2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya fəaliyyəti qabiliyyətinin məhdudlaşdırılması barədə ərizə ilə məhkəyəmə müraciət etməsi tövsiyyə edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 10 avqust 2023-cü il tarixli tibbi-sosial ekspert komissiyasında sonuncu müyinəyə dair məlumatdan görünür ki, X9 G80.0 kvadroplegik spastik serebral iflic, kvadroplegik spastik serebral iflic diaqnozu qoyulmuş, ümumi xəstəlik səbəbli İ qrup əlil hesab edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasının 21 iyun 2023-cü il tarixli, 785 nömrəli məktubundan görünür ki, Şəki rayonu Cumakənd kəndində yaşayan 2005-ci il təvəllüdlü X11 xx.xx.2023-cü il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuşdur. Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu F-21.1 İQ-əmsalı 26% özünə qulluq qabiliyyətinin olmaması kənar şəxslərin qulluğuna ehtiyacı olması resseptiv nitq pozuntusu F-80.2 Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 10 sentyabr 2005-ci il tarixli, AZ-İ 659318 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 07 iyul 2005-ci il təvəllüdlü X6 atası Ərizəçi, anası X4r. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli, 3473 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X5 “UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ YARANAN AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ“ (F 72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlanndan geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının elektron arayışında “Kvadroplegik spastik serebral iflic” diaqnozu ilə birinci dərəcəli əlil olduğunun qeyd edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs X8 uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (İmbesillik dərəcəsində) müəyyən edilir. Yoxlanılan şəxs X11 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq, öz hərəkətlərini şüurlu idarə etmək iqtidannda deyildir. Yoxlanılan şəxs X10 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X6 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X6 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan müvafiq rəy də vardır. Ərizəçi X6 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 07 iyul 2005-ci il tarixdə Şəki rayonu, Cumakənd kəndində anadan olmuş, Şəki rayonu, Cumakənd kəndində yaşayan X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 07 iyul 2005-ci il tarixdə Şəki rayonu, Cumakənd kəndində anadan olmuş, Şəki rayonu, Cumakənd kəndində yaşayan X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-97/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-97/2024
13.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver