Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-986/2021 22.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı «xxxx» QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» QSC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» QSC-nin xeyrinə 139.00 manat əsas, 0 manat faiz, 20.85 manat cərimə borcu olmaqla, cəmi 159.85 manat borc və 20.40 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı «xxxx» QSC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin «xxxx» QSC məhkəməyə 22 iyun 2021-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı «xxxx» QSC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı «xxxx» QSC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 01 mart 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh satış qiyməti 336 manat olan məhsul əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 28 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. «xxxx» MMC ilə «xxxx» MMC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair müqaviləyə əsasən «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə borcun tələb etmək hüququ «xxxx» QSC-yə ötürülmüşdür. «xxxx» MMC 18 noyabr 2020-ci il tarixdə təşkilatihüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. İddiaçı tərəfdən təqdim edilmiş 02 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 01 mart 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh «xxxx» QSC-yə 139.00 manat əsas və 20.85 manat cərimə borcu vardır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 01 mart 2020ci il tarixli, VNT000023 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh satış qiyməti 336 manat olan məhsul əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 28 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. İş materiallarında olan «xxxx» MMC ilə «xxxx» QSC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə borcun tələb etmək hüququ «xxxx» MMC-yə ötürülmüşdür. İş materiallarında olan 02 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «xxxx» QSC-yə 01 mart 2020-ci il tarixli, VNT000023 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 139.00 manat əsas və 20.85 manat cərimə borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 01 mart 2020-ci il tarixli, VNT000023 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satış qiyməti 336 manat olan məhsul əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 28 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Nisyə alqı-satqı müqaviləsi əsasında satıcı tərəfindən alıcıya müqavilə predmeti verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də «xxxx» QSC qalıq qalmış borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 139.00 manat əsas, 0 manat faiz, 20.85 manat cərimə borcu olmaqla, cəmi 159.85 manat borc alınaraq iddiaçı «xxxx» QSC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 20.40 manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» QSC-yə ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 139.00 manat əsas, 0 manat faiz, 20.85 manat cərimə borcu olmaqla, cəmi 159.85 manat borc alınaraq «xxxx» QSC-yə ödənilsin. İş üzrə ödənilmiş 20.40 manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» QSC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-986/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-986/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver