Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1002/2025 16.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi qızının “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi “Hüquq müəyyən edici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Mərhum anası, xx.xx.1996cı ildə vəfat etmiş, X5 adına 0,25 ha həyətyanı torpaq sahəsinin qeydə alınmasına dair Azərbaycan Respublikası Dövlət X9 verilmiş xx.xx.2024-cü il tarixli 3-48- 13F\2-565 saylı arxiv arayışının, yəni, həmin hüquqmüəyyənedici sənədin, mərhum anası Əskərova Rəhim qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Şəmkir rayonu Mehrili kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsindən ibarət miras qalmış əmlaka vərəsə tanınmağı üçün Şəmkir rayon 1 saylı Notariat Ofisinə etdiyi müraciət üzrə xx.xx.2024-cü il tarixli 959 saylı vərəsəlik işi açılmış və İkin vərəsə kimi tanınmışdır.Ancaq, həmin miras əmlakın mərhum anasının adına hüquqi qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etdikdə məlum olmuşdur ki, anasının ölümü haqqındakı xx.xx.2017-ci il tarixli AZ-İ 899125 N°-li şəhadətnamədə soyadı ilə Dövlət Milli X9 verilmiş xx.xx.2024-cü il tarixli 3-48-13F\2-565 saylı arxiv arayışındakı soyadı arasında uyğunsuzluq vardır.Yəni, xx.xx.2017-ci il tarixdə tərtib edilmiş AZ-İ 899125 N°-li ölüm haqqında şəhadətnaməsində anasının soyadı «Əskərova», maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-48-13F\2-565 saylı arxiv arayışında isə «Əsgərova» kimi qeyd edilmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənədlərdə anasının soyadlarındakı səhvliyin düzəldilməsinin maraqlı şəxsin səlahiyyətində olmaması səbəbində müraciətinin təmin edilməsindən imtina edilməsi və həmin səhvliyin düzəldilməsi barədə məhkəməyə müracit etmək hüququnun olmasının tövsiyyə edilməsi maraqlı şəxsin ona ünvanladığı 14.01,2025-ci il tarixli 3-48-13f\2-565 saylı məktubunda qeyd edilmişdir. Ona görə həmin hüquqmüəyyənedici sənədin yəni, xx.xx.2024-cü il tarixli 3- 48-13F\2-565 saylı arxiv arayışının mərhum anası X7 məxsus olması faktının müəyyən edilməsi barədə məlum ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclası zamanı Ərizəçi əsasən, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəməyə təqdim edilmiş ərizədə qeyd etdiyi kimi sənəddə Ad və Soyad səhvliyi vardır, Nənə xanım anasıdır onun adına olan torpağı öz adına verilməsini istəyir və məhkəmədən iddiasının təmin olunmasının xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məktub ünvanlayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakının üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirib X19 Filialınıda mühafizə olunan “Seyfəli” adına Sovxozun qaytanlanmış torpaq kitabında 1164-cü sıra nömrəsində olan X6 adına 0,25 hektar həyətyanı torpaq sahəsi qeyd edildiyini bildirmiş və həmin şəxsin adına qeyd olunan sənədin sürətini məhkəməyə təqdim etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2017-ci il tarixli 899125 Nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 xx.xx.1996-cı ildə vəfat etmişdir. İşdə olan 3-48-13F/2-565 nömrəli Azərbaycan Respublikasının Dövlət X17 tərəfindən təqdim olunmuş arxiv arayışının surətindən görünür ki, mülkiyyətçi olan X2 “Əskərova” deyil “Əsgərova” olaraq yazılmışdır. İşdə olan Şəmkir rayonu İHB–nın Mehrili kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli 120 nömrəli arayışdan görünür ki, X3 rayonu, Mehrili kəndində yaşamış vəfat etdikdən sonra ailə üzvlərindən Ərizəçi adlı bir oğlu qalmışdır. Həmçinin Şəmkir rayon Notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixli 2109 nömrəli məktubdan görünür ki, X5 ilkin vərəsəsi Ərizəçi müəyyənləşdirilmişdir. İşdə olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə doğulmuşdur. İşdə olan DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli imtina məktubundan görünür ki, 3-48-13F/2-565 Azərbaycan Respublikasının Dövlət X17 tərəfindən təqdim olunmuş arxiv arayışının Soyad hissəsində qeyd olunan səhvliyin düzəldilməsi barədə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. İşdə olan 27 sentyabr 2018-ci il tarixli 2(076)-3094/2018 saylı Şəmkir rayon məhkəməsinin qətnaməsindən görünür ki, 27 mart 1996-cı il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində vəfat etmiş X4 xx xxxxx 1954-cü il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş Ərizəçi arasında qohumluq münasibətində olması faktı müəyyən edilmişdir. Həmin qətnamə ilə X5 iddiaçı Ərizəçi anası olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1954–cü il tarixdə anadan olmuş, Ərizəçinin X8 xx.xx.1996-cı ildə vəfat etmişdir. Mərhum X1 Şəmkir rayonu, Mehrili kəndində 0.25 ha torpaq sahəsi verilmiş, lakin bununla bağlı Dövlət X17 tərəfindən onun adına verilmiş 13 dekabr 2024–cü il tarixli 3-48-13F/2-565 saylı arxiv arayışında soyadı səhvən “Əsgərova” kimi yazılmışdır. Hazırda ərizəçi arxiv arayışındakı soyad uyğunsuzluğu səbəbindən hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88– ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət X11 13 dekabr 2024–cü il tarixli 3-48- 13F\2-565 saylı arxiv arayışı ərizəçinin mərhum anasına məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə bir sıra hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən Azərbaycan Respublikası Dövlət X11 13 dekabr 2024–cü il tarixli 3-48- 13F\2-565 saylı arxiv arayışının arxiv arayışı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin Azərbaycan Respublikası Dövlət X11 13 dekabr 2024–cü il tarixli 3-48- 13F\2-565 saylı arxiv arayışının mərhum anası X7 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Dövlət X11 13 dekabr 2024–cü il tarixli 3-48-13F\2-565 saylı arxiv arayışının X4na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-1002/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1002/2025
16.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver