Məhkəmə qərarları › İş №2(076)-104/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-104/2024

08.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-104/2024 08.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçi: Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, qardaşı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qardaşı X6 xəstə olduğu üçün özünü idarə edə bilmir, hərəkətlərini dərk etmək iqtidarında deyil və onun psixoloji problemləri vardır. Hesab edir ki, qardaşı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxsin qardaşı X6 22 fevral 1973–cü il tarixdə X3 ilə X1 birgə nikahından doğulmuşdur. Taleh Süleymanov heç vaxt ailəli olmamış, qardaşı– Ərizəçila birgə ailə şəraitində yaşamışdır. Taleh Süleymanov “X7. Hallusinator-paranoid sindromu” xəstəliyindən əziyyət çəkir, həmin xəstəliyi ilə əlaqədar dəfələrlə Gəncə şəhər Psixiatriya Xəstəxanasında müayinə və müalicələrdə olmuşdur. Lakin müalicələr müsbət nəticə verməmiş, bundan sonra Taleh Süleymanov xx.xx.2002-ci il tarixdən etibarən İİ qrup müddətsiz əlil kimi qeydiyyata alınmış və ona müavinət təyin edilmişdir. Təmsil etdiyi şəxsin qardaşı xəstə olduğu üçün özünü idarə edə bilmir, daim başqa şəxsin qulluğuna ehtiyacı olur. Hazırda qardaşı ərizəçi ilə birlikdə yaşayır və onun qulluğunu ərizəçi özü edir. Həmçinin, qardaşının adına bəzi sənədləşmə işləri lazım olur, lakin qardaşının xəstəliyi ilə əlaqədar ərizəçi heç bir yerə gedə bilmir. Eləcə də, ərizəçi qardaşının himayəçisi təyin edilmək istəyir. Bu hal isə qardaşının məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi halında mümkündür. Bu səbəbdən təmsil etdiyi şəxs hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilərək, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi atası X3, anası X5 olmaqla, xx xxxxxxx 1971–ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuşdur. İşdə olan doğum haqqında arayışdan görünür ki, X6 atası X3, anası X5 olmaqla, 22 fevral 1973–cü il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 24 fevral 2022-ci il tarixdə vəfat etmişdir. İşdə olan Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2006-cı il tarixli 62/2006 saylı Stasionar xəstənin tibbi kartasından Çıxarışdan görünür ki, X4 “X7. Hallusinator-paranoid sindromu” diaqnozu qoyulmuşdur. İşdə olan Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2006-cı il tarixli 389/06 saylı Stasionar xəstənin tibbi kartasından Çıxarışdan görünür ki, X4 “X7. Hallusinator-paranoid sindromu” diaqnozu qoyulmuşdur. İşdə olan Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2009-cu il tarixli 017- 937/2009 saylı Stasionar xəstənin tibbi kartasından Çıxarışdan görünür ki, X4 “X7. Hallusinator-paranoid sindromu” diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN–nin tabeliyində DSMF X12 2 saylı Qazax–Tovuz regional filialı tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli arayışdan görünür ki, X6 İİ qrup əlil kimi 220 manat müavinət alır. Müavinət və ilkin müayinə xx.xx.2002–ci il tarixdən etibarən müddətsiz verilir. İşdə olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İİ qrup əlil olan X2 qardaşı Ərizəçi qəyyumluğuna verilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 X9 Şöbəsinin xx.xx.2023–cü il tarixli 776 saylı ambulator məhkəmə–psixiatrik ekspertizasının rəyindən görünür ki, X6 “X7. Qüsur Vəziyyəti XBT-10” xəstəliyindən əziyyət çəkir. O, həmin xəstəlikdən əziyyət çəksə də, hazırda ətrafdakılar üçün təhlükə törətmir. X6 “X7. Qüsur Vəziyyəti XBT-10” xəstəliyi keçirdiyindən başqa şəxsin nəzarətinə və yardımına ehtiyacı vardır. Bununla əlaqədar olaraq X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Beləliklə, X2 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə–psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X6 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8–ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2–ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş–bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi X2 doğma qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2–ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci və 217.4–cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 22 fevral 1973–cü il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində kəndində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar