Məhkəmə qərarları › İş №2(076)-1048/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1048/2025

29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1048/2025 29.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X6 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Ərizəçi: Ərizəçi2, onun və digər ərizəçilər Ərizəçi1 və Ərizəçi3 nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN–0004 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın onlara, yəni Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi2 əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2002–ci il tarixli 95 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, İsgəndərli kəndi ərazisində 5.77 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–0004 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktında onun adı səhvən “X3” kimi, digər Ərizəçi1 adı səhvən “X4” kimi, digər Ərizəçi3 adı səhvən “X1” kimi yazılmışdır. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə məhkəməyə müraciət etmişlər. Odur ki, JN–0004 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın onlara, yəni Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı ərizəçilərin nümayəndəsi (vəkil) Nümayəndə ərizənin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və nümayəndənin izahatını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçilər Özbəkistanda anadan olmuş, onların əsl adları Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3dır. Buna baxmayaraq, JN–0004 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda onların adlarında yanlışlığa yol verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi1 xx.xx.1986–cı il tarixdə, Ərizəçi2 xx.xx.1966–cı il tarixdə və Ərizəçi3 xx.xx.1990–cı il tarixdə doğulmuşlar. İşdə olan AA******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi1 xx.xx.1986–cı il tarixdə doğulmuşdur. İşdə olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi2 xx.xx.1966–cı il tarixdə doğulmuşdur. İşdə olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi3 xx.xx.1990–cı il tarixdə doğulmuşdur. İşdə olan JN–0004 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2002–ci il tarixli 95 saylı qərarı ilə Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Şəmkir rayonu, İsgəndərli kəndi ərazisində 5.77 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş, həmin Dövlət Aktında Ərizəçi2 adı səhvən “X3” kimi, Ərizəçi1 adı səhvən “X4” kimi, Ərizəçi3 adı səhvən “X1” kimi yazılmışdır. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli imtina məktubundan görünür ki, JN–0004 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2002–ci il tarixli 95 saylı qərarı ilə Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Şəmkir rayonu, İsgəndərli kəndi ərazisində 5.77 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–0004 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktının 2–ci sırasında Ərizəçi2 adı səhvən “X3” kimi, 4–cü sırasında Ərizəçi1 adı səhvən “X4” kimi, 5–ci sırasında Ərizəçi3 adı səhvən “X1” kimi yazılmışdır. Hazırda ərizəçilər Dövlət Aktındakı ad uyğunsuzluğu səbəbindən mülkiyyətlərində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN–0004 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN–0004 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN–0004 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın onlara, yəni Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş JN–0004 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda hüquq subyekti kimi qeyd olunmuş “X4”na aid hissədə həmin sənədin Ərizəçi1, “X3”na aid hissədə həmin sənədin Ərizəçi2, “X1”na aid hissədə həmin sənədin Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar