Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1053/2024 09.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X4 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin nümayəndələri tərəfindən onun barəsində tətbiq olunmuş xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-2058-1 nömrəli akt əsasında qanunsuz hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda yaşayır. Yaşadığı ünvanda istilik enerjisini qaz vasitəsi ilə alır və bu günədək Cavabdeh kənd ərazisində rəsmi şəxslər ilə ödəmə və sərfiyyatla bağlı heç bir problemi olmamışdır. Tam normal məsuliyyətli abonent olmuş, istifadə etdiyi qazı sayğac vasitəsi ilə dəyərləndirib və vaxtıvaxtında borcu bildirişə uyğun ödəmişdir. Lakin 2023-cü ilin yanvar ayında “Azəriqaza” məxsus sayğacların bütün kənd ərazisində olan yivliyin ləğv (yəni polad yivli birləşmələri) ilə əlaqədar qaz sayğacları sistemdən sökülmüş, yenidən sistem yivli birləşmələri qaynağ aparatı vasitəsi ilə ləğv edilərək bir-başa qaynaq edilərək yenidən quraşdırılmışdır. Bu quraşdırılma işlərini Cavabdeh İB-nin işçiləri vasitəsi ilə həyata keçirilmişdir. Həmin müddətədək onun sayğacında heç bir qüsur olmamış və sayğaca vurulmuş dövlət plombu qırıq olmamışdır. Həmin vaxt birliyin əməkdaşlarının ehtiyatsızlığına görə qaynaq aparatından çıxan şlank (isti isqralar) ona məxsus sayğaca çıxış durbasının sonuncu qaynaq hssəsindən sayğaca durba vasitəsi ilə sayğacın daxilindəki qaz hesablama mexanizminə daxil olub və göz ilə görünən ərimə və yanma qüsuru yaratmışdır. Sayğac quraşdırıldıqdan sonra onun sayğacına 12334175 nömrəli dövlət blombu vurulmuşdur. Belə blombların tam normal sayğaclara ucotun tamamlama məqsədi ilə vurulur. Həmin hadisədən 15 gün sonra təyin olunmuş qaz nəzarətçisi tərəfindən hesab bildirişi təqdim edən zaman ona bildirmişdir ki, onun sayğacı qaz sərfiyatını qeyd etmir. Nəzarətçi öz növbəsində tabe olduğu rəsmi şəxslərə məlumat vermiş, ona məxsus qaz sayğacına onun iştrakı olmadan akt nömrəsi MSK-14-2-2/3-5-2058-1 nömrəli forma 1 əsasən yenisi ilə əvəz edilmişdir. Həmin forma 1-də qırılan blomb nömrəsi 12334175 nömrəli dövlət blombunu qıraraq yeni sayğac quraşdırılmışdır. Həmin müddətədək onun sayğacı cavabdeh təşkilat tərəfindən vurduğu dövlət blombu tam normal olmuşdur. Blomba müdaxilə ilə bağlı heç bir irad bildirilməmişdir. Lakin cavabdeh təşkilat göz ilə görünən sayğacdakı ərimə qüsurunun səbəbini bilmələrinə baxmayaraq təkrar onun sayğacına akt tərtib etmişlər, guya onun sayğaca müdaxilə etmə kimi qeydlər aparmışlar və onun sayğacı laborotoriya şəraitində yoxlanılması prosedurunda onun iştirakı təmin edilməmişdir. Onun sayğaca müdaxilə rəyi yazılaraq 1555.20 manat cərimə hesablanmışdır. O, sayğaca müdaxilə etmişdirsə 15 gün əvvəl sayğaca yenidən 12334175 dövlət möhrünü vurarkən həmin qüsur nəzarətçilər tərəfindən görülməmişdir. O, bununla bağlı Şəmkir rayon Qaz Təchizatı idarəsinə müraciət etmiş və iradını bildirmişdir. Həmin andan cavabdeh təşkilatın verdikləri səhv rəy qərarları AR Energetika nazirliyinə müraciət etmiş, Nazirliyin araşdırması zamanı məlum olmuşdur ki, cavabdehin verdiyi rəy qərarı və hesabladığı cərimə məbləği yalnışdır. AREN-nin X3 agentliyi onunla söhbətə əsaslanaraq həmin borcun silinməsi üçün məhkəməyə müraciət etmişdir. Ona görə də, cavabdehin nümayəndələri tərəfindən onun barəsində tətbiq olunmuş xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-2058-1 nömrəli akt əsasında qanunsuz hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddianın məzmununa uyğun izahat verərək hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan ünvan 1i ünvanında abonent X1 görünür ki, iddiaçının abonent hesabına 2023-cü yanvar ayına 1555,20 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən görünür ki, Azəriqaz İB-dən daxil olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-2058-1 saylı akta əsasən 10020337 nömrəli sayğacın çıxış plasmas borusu deşilməsi, sayğac istismara yararsız olması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Kəmaləddin Sarıyevin yaşadığı ünvanda quraşdırılmış Dia froqme tipli, G-45 markalı, 10020337 nömrəli qaz sayğacı yeni Dia froqme tipli, G-45 markalı, 11236143 nömrəli qaz sayğacı ilə əvəz edilmiş, səbəb kimi “əvəzetmə” qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-2058-1 nömrəli “Qaz sayğacının yoxlanılması barədə” aktdan görünür ki, sayğacın zavod seriya nömrəsi 10020337 nömrəli olan sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilməsi, xətaların normadan artıq olması, sayğac minimum və normal sərfiyyatda - 100% xəta ilə işləməsi, hesablama mexanizmi minimal və normal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yarasız olması müəyyən edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi “əvəzləmə” qeyd edilmişdir. Həmin vaxt çıxarılan qaz sayğacında “çıxış plastmas borusunun deşik olmasl” barədə aktda qeydiyyat aparılmışdır. Bundan sonra xx.xx.2023cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və sayğacın çıxış plasmas borusu deşilməsi, sayğac istismara yararsız olması müəyyən edilmişdir. Buna görə, itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1555,20 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Dia Fraqma tipli G-45 markalı, 10020337 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 1555,20 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1555,20 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı sübut təqdim edilmədiyindən, ümumiyyətlə çıxarıldıqdan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında abonent İddiaçı adına hesablanmış 1555,20 manat (bir min beş yüz əlli beş manat iyirmi qəpik) məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1053/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1053/2024
09.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver