Məhkəmə qərarları › İş №2(076)-1088/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1088/2025

18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1088/2025 18.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydərov Cəmil Elxan oğlunun katibliyi Ərizəçilər: Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 və “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “Hüquq müəyyən edici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN-729F KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi2 və xx.xx.2015-ci ildə vəfat etmiş X9 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 68 saylı qərarı ilə Şəmki şəhər ərazisindən 0.25 ha həyatyanı torpaq sahəsi onun, mərhum X8, X2, Ərizəçi2, X3, X7 və X4 mülkiyyətinə verilmiş və onların adına torpağın mülkiyyətə verilməsinə JN-729F KOD 50401004 saylı şəhadətnamə verilmişdir. X5 xx.xx.2015-ci ildə vəfat etmişdir. Onlar qeyd olunan torpaq sahəsinə dair müvafiq çıxarış almaq üçün maraqlı şəxs 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etdikdə həmin idarədən bildirildi ki, şəhadatnamədə onun mərhum X5nun adı “İsa” və digər Ərizəçi2 ata adı “Məmmədəli” kimi qeyd olunmuşdur. Qeyd olunan səhvlərin aradan qaldırılması üçün 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən yazılı olaraq məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Məhkəmə iclası zamanı Ərizəçi1 əsasən, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəməyə təqdim edilmiş ərizədə qeyd qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə ərizəçilər məhkəməyə müraciət etmişlər. Odur ki JN-729F KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında texnikin səhvin aradan qaldırılması və JN-729F KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 0.25 ha torpaq sahəsinin Ərizəçi2 və X9 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı digər Ərizəçi2 Ərizəçi1 izahatına uyğun izahatlar verərək, ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən və şahid qismində izahat vermiş X6 və X11 izahatlarında Ərizəçi1 izahatında göstərdikləri halları bir daha təsdiq etmişlər. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məktub ünvanlayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakının üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirib qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-729F KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, mülkiyyətçilər olan X8 adı “İsa” olaraq, Ərizəçi2 ata adı isə “Məmmədəli” olaraq yazılmışdır. İşdə olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1974–cü il tarixdə doğulmuşdur. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025– ci il tarixli imtina məktubundan görünür ki, JN-729F KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi1 və Ərizəçi2 ümumi mülkiyyətinə Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli 68 saylı qərarına əsasən Şəmkir Rayon Morul kəndi ərazisində 0.25 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-729F KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Lakin, həmin aktda ərizəçilər Ərizəçi2 ata adı səhvən “Məmmədəli” kimi, X8 adı “İsa” kimi qeyd edilmişdir. Hazırda ərizəçilər JN-729F KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktındakı ad və ata adı uyğunsuzluğu səbəbindən mülkiyyətlərində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88– ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN-729F KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-729F KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN-729F KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının onlara, yəni Ərizəçi2 və xx.xx.2015-ci ildə vəfat etmiş X9 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli 68 saylı qərarına əsasən verilmiş, JN-729F KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi2 və vəfat etmiş X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar