Məhkəmə qərarları › İş №2(076)-112/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-112/2024

24.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-112/2024 24.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, qanun üzrə vərəsəlik qaydasında və mirasda məcburi payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, qanun üzrə vərəsəlik qaydasında və mirasda məcburi payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli və xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, ünvan 1 ünvanında 0,1623 ha torpaq sahəsində yerləşən 246,7 kv.m sahəsi olan fərdi yaşayış evi miras kütləyə daxil edildiyindən həmin miras əmlaka ½ həmin hissəyə qanun üzrə vərəsəlik hüququnun və X3na vərəsəlik qaydasında keçmiş miras əmlakdan məcburi pay hüququnun müəyyən edilməsi haqda qətnamə çıxrılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X9 xx.xx.2006–cı il tarixdə vəfat etmişdir. O və X3 onun hüquqi varisləri olmuşlar. Atası xx.xx.2005–ci il tarixdə Şəmkir rayon 1 nömrəli dövlət notariat ofisi tərəfindən tərtib edilmiş vəsiyyətnaməyə əsasən Şəmkir rayonu, Düyərli kəndində xüsusi mülkiyyətində olan evini və torpaq sahəsini X3na vəsiyyət etmişdir. O, 1978–ci ildən 2020–ci ilədək Rusiya Federasiyasında yaşadığından yuxarıda qeyd olunan sənədlərdən xəbəri olmamışdır. X3 xx.xx.2020–ci il tarixdə vəfat etdikdən sonra onun yasında iştirak edib və sonradan bilmişdir ki, atasından qalmış bütün əmlak qanun üzrə vərəsəlik qaydasında onun həyat yoldaşı Cavabdeh verilmişdir. Belə olan halda Şəmkir rayon 1 nömrəli dövlət notariat ofisi tərəfindən yanlış verilmiş vərəsəlik şəhadətnamələri əsasında onun vərəsəlik hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Şəmkir rayon 1 nömrəli dövlət notariat ofisinə xx.xx.2006–cı il tarixdə vəfat etmiş atası X9 xx.xx.1999–cu il tarixdə vəfat etmiş anası Məmmədova Həmayə M.Əli qızından qalmış miras əmlaka vərəsəlik hüququnun müəyyən edilməsinə dair xx.xx.2021–ci il tarixdə ünvanladığı ərizəsinə cavab olaraq müvafiq olaraq xx.xx.2021–ci il tarixli 2V–671 və xx.xx.2021–ci il tarixli 2V– 672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi barəsində məhkəməyə müraciət etməyi təklif edilmişdir. Əldə olunmuş sənədlərə əsasən həqiqətən atası X9 xx.xx.2005–ci il tarixli, 2V–01–70 reyestr nömrəli vəsiyyətnaməyə əsasən ona məxsus olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən evini və torpağını X3na vəsiyyət etmişdir. Həmin dövrdə Düyərli Kənd İcra Nümayəndəliyi tərəfindən Şəmkir Notariat kontoruna verilmiş 1398 saylı, xx.xx.2017–ci il tarixli arayışında anası X1 vəfatından, eləcə də 1399 saylı, xx.xx.2017–ci il tarixli arayışında atası X5 vəfatından sonra ailə üzvləri tərkibində onun adı qeyd edilməmiş və faktiki vəziyyət saxtalaşdırılmışdır. Bununla da onun vərəsəlik hüquqları pozulmuşdur. Bununla yanaşı atası X5 adına xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********13–10301 reyestr nömrəli xüsusi mülkiyyət hüququ əsasında ünvan 1 ünvandakı 0,1623 ha torpaq sahəsində yerləşən 246,7 kv.m sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyətindədir və həmin miras əmlak vərəsələr tərəfindən rəsmi qaydada qəbul edilməmişdir. X3 xx.xx.2020–ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra həyat yoldaşı Cavabdeh notariat ofisinə müraciət etməklə 265 saylı, 2V–311 reyestr vərəsəlik işi açılmış və ona xx.xx.2020–ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. ünvan 2 ünvandakı 0,1623 ha torpaq sahəsində yerləşən 246,7 kv.m sahəsi olan fərdi yaşayış evi miras kütləyə daxil edildiyindən həmin miras əmlaka qanun üzrə vərəsəlik hüququ mövcuddur və eyni zamanda X3na vərəsəlik qaydasında keçmiş miras əmlakdan məcburi pay hüququ vardır. Lakin X3 və ölümündən sonra həyat yoldaşı Cavabdeh xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli və xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən miras əmlakı qanunsuz olaraq ələ keçirmişdir. Bı səbəbdən də həmin şəhadətnamələr ləğv edilməli və onun vərəsəlik hüquqları bərpa edilməldir. Belə ki, atasından miras qalmış ünvan 1 ünvandakı 0,1623 ha torpaq sahəsində yerləşən 246,7 kv.m sahəsi olan fərdi yaşayış evin 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ və X3na vərəsəlik qaydasında keçmiş miras əmlakdan məcburi pay hüququ vardır. Odur ki, Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli və xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, ünvan 1 ünvanında 0,1623 ha torpaq sahəsində yerləşən 246,7 kv.m sahəsi olan fərdi yaşayış evi miras kütləyə daxil edildiyindən həmin miras əmlaka ½ həmin hissəyə qanun üzrə vərəsəlik hüququnun və X3na vərəsəlik qaydasında keçmiş miras əmlakdan məcburi pay hüququnun müəyyən edilməsi haqda qətnamə çıxrılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizələr təqdim edərək, Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli və xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında 0,1623 ha torpaq sahəsində yerləşən 246,7 kv.m sahəsi olan fərdi yaşayış evi miras kütləyə daxil edildiyindən həmin miras əmlaka ½ həmin hissəyə qanun üzrə vərəsəlik hüququnun və mərhum atası X4 qalan miras əmlakdan məcburi pay hüququnun müəyyən edilməsi haqda qətnamə çıxrılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, atası X9 xx.xx.2006–cı il tarixdə vəfat etmişdir. O və X3 onun hüquqi varisləri olmuşlar. Atası xx.xx.2005–ci il tarixdə Şəmkir rayon 1 nömrəli dövlət notariat ofisi tərəfindən tərtib edilmiş vəsiyyətnaməyə əsasən Şəmkir rayonu, Düyərli kəndində xüsusi mülkiyyətində olan evini və torpaq sahəsini X3na vəsiyyət etmişdir. O, 1978–ci ildən 2020–ci ilədək Rusiya Federasiyasında yaşadığından yuxanda qeyd olunan sənədlərdən xəbəri olmamışdır. X3 xx.xx.2020–ci il tarixdə vəfat etdikdən sonra onun yasında iştirak edib və sonradan bilmişdir ki, atasından qalmış bütün əmlak qanun üzrə vərəsəlik qaydasında onun həyat yoldaşı Cavabdeh verilmişdir. Belə olan halda Şəmkir rayon 1 nömrəli dövlət notariat ofisi tərəfindən yanlış verilmiş vərəsəlik şəhadətnamələri əsasında onun vərəsəlik hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, əldə olunmuş sənədlərə əsasən həqiqətən atası X9 xx.xx.2005–ci il tarixli, 2V–01–70 reyestr nömrəli vəsiyyətnaməyə əsasən ona məxsus olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən evini və torpağını X3na vəsiyyət etmişdir. Həmin dövrdə Düyərli Kənd İcra Nümayəndəliyi tərəfindən Şəmkir Notariat kontoruna verilmiş arayışlarda anasının və atasının vəfatından sonra ailə üzvləri tərkibində onun adı qeyd edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, onun vərəsəlik hüquqları pozulmuşdur. Bununla yanaşı atası X5 adına xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********13–10301 reyestr nömrəli xüsusi mülkiyyət hüququ əsasında ünvan 1 ünvandakı 0,1623 ha torpaq sahəsində yerləşən 246,7 kv.m sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyətindədir və həmin miras əmlak vərəsələr tərəfindən rəsmi qaydada qəbul edilməmişdir. X3 xx.xx.2020–ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra həyat yoldaşı Cavabdeh notariat ofisinə müraciət etməklə 265 saylı, 2V–311 reyestr vərəsəlik işi açılmış və ona xx.xx.2020–ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. ünvan 2 ünvandakı 0,1623 ha torpaq sahəsində yerləşən 246,7 kv.m sahəsi olan fərdi yaşayış evi miras kütləyə daxil edildiyindən həmin miras əmlaka qanun üzrə vərəsəlik hüququ mövcuddur və eyni zamanda atasından qalan miras əmlakdan məcburi pay hüququ vardır. Lakin X3 və ölümündən sonra həyat yoldaşı Cavabdeh xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli və xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən miras əmlakı qanunsuz olaraq ələ keçirmişdir. Bu səbəbdən də həmin şəhadətnamələr etibarsız hesab edilməli və onun vərəsəlik hüquqları bərpa edilməldir. Odur ki, Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli və xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında 0,1623 ha torpaq sahəsində yerləşən 246,7 kv.m sahəsi olan fərdi yaşayış evi miras kütləyə daxil edildiyindən həmin miras əmlaka ½ həmin hissəyə qanun üzrə vərəsəlik hüququnun və mərhum atası X4 qalan miras əmlakdan məcburi pay hüququnun müəyyən edilməsi haqda qətnamə çıxrılmasını məhkəmədən xahiş edir. Həmçinin, iddiaçı məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirmişdir ki, özü xx.xx.1957–ci il tarixdə mübahisəli fərdi yaşayış evində doğulmuş və orada böyümüşdür. O, doğulanda artıq mübahisəli fərdi yaşayış evi mövcud olmuşdur. Bu səbəbdən hesab edir ki, həmin mülkdən onun payı müəyyən edilməlidir. Məhkəmə iclası zamanı oğlunun nümayəndəsi Vəkil nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, İddiaçı anası Məmmədova Həmayə M.Əli qızı olmaqla, xx xxxx 1957–ci il tarixdə Şəmkir rayonunda doğulmuş, ata qrafası boş saxlanılmışdır. İşdə olan nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, X11 və Verdiyeva Həmayə M.Əli qızı arasında 09 aprel 1966–cı il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X10 atası X9, anası Məmmədova Həmayə M.Əli qızı olmaqla, 28 mart 1966–cı il tarixdə doğulmuşdur. İşdə olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X5 tam mülkiyyət hüququ **********13–10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan JN–1964 saylı Dövlət Aktından görünür ki, Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə X5 və X1 mülkiyyətinə Şəmkir rayonu, Düyərli kəndi ərazisindən 0.34 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN–231A saylı Şəhadətnamədən görünür ki, Şəmkir Rayon AİK– nın xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə X5 mülkiyyətinə Şəmkir rayonu, Düyərli kəndi ərazisindən 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2005–ci il tarixli vəsiyyətnamədən görünür ki, X2 rayonu, Düyərli kəndində yerləşən evini və torpağını X7 vəsiyyət etmişdir. İşdə olan VVA–nın AQİS–dən Çıxarışdan görünür ki, X10 ilə İbrahimova (Məmmədova) Səadət Ramiz qızı arasında xx.xx.1996–cı il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, Məmmədova Həmayə M.Əli qızı 06 mart 1999–cu il tarixdə vəfat etmişdir. İşdə olan ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, X9 05 mart 2006–cı il tarixdə vəfat etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X10 29 fevral 2020–ci il tarixdə vəfat etmişdir. İşdə olan Şəmkir RİHB–nın Düyərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2017–ci il tarixli 1398 saylı arayışdan görünür ki, X1 vəfatından sonra təsərrüfatında Azər adlı oğlu, Səadət adlı gəlini, Ramil və Jalə adlı nəvələri qalmışdır. İşdə olan Şəmkir RİHB–nın Düyərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2017–ci il tarixli 1399 saylı arayışdan görünür ki, X5 vəfatından sonra təsərrüfatında Azər adlı oğlu, Səadət adlı gəlini, Ramil və Jalə adlı nəvələri qalmışdır. İşdə olan xx.xx.2020–ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020–ci il tarixdə vəfat etmiş X6 vərəsəsi arvadı–Cavabdehdır və o, miras əmlakdan 3/3 hissədə almışdır. Şəhadətnamə verilən miras əmlaklar X7 verilmiş JN–1965C saylı Dövlət Aktına əsasən Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.2856 ha torpaq sahəsindən ½ hissə, X7 verilmiş JN–1965 saylı Dövlət Aktına əsasən Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.0553 ha torpaq sahəsindən ½ hissə, VAZ 21063 markalı 57–BJ–698 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və QAZ 33021 markalı 57–BP–321 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İşdə olan Şəmkir RİHB–nın Düyərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021–ci il tarixli 478 saylı arayışdan görünür ki, Şəmkir rayonu, Düyərli kəndi, Tofiq Orucov küçəsində yerləşən evi X9 öz vəsaiti hesabına 1957– ci ildə tikdirmişdir. İşdə olan və Cavabdeh tərəfindən Şəmkir Rayon Notariat ofisinə yazılmış xx.xx.2021–ci il tarixli ərizədən görünür ki, o, X4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən pay almaq üçün notariat orqanına müraciət etmişdir. İşdə olan xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006–cı il tarixdə vəfat etmiş X5 vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və 0.1623 ha torpaq sahəsindən, həmçinin JN–1964 saylı Dövlət Aktına əsasən Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.34 ha torpaq sahəsindən ibarətdir. İşdə olan və Cavabdeh tərəfindən Şəmkir Rayon Notariat ofisinə yazılmış xx.xx.2021–ci il tarixli ərizədən görünür ki, o, Məmmədova Həmayə M.Əli qızından miras qalmış torpaq sahəsindən pay almaq üçün notariat orqanına müraciət etmişdir. İşdə olan xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1999–cu il tarixdə vəfat etmiş Məmmədova Həmayə M.Əli qızının vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Miras əmlak JN–1964 saylı Dövlət Aktına əsasən Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.34 ha torpaq sahəsindən ibarətdir. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.1623 ha torpaq sahəsinə dair Cavabdeh adına 05 iyul 2021–ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X11 və Verdiyeva Həmayə M.Əli qızı arasında 09 aprel 1966–cı il tarixdə rəsmi nikah bağlanmış, onların birgə nikahından 28 mart 1966–cı il tarixdə X10 doğulmuşdur. Həmçinin, müəyyən edildi ki, İddiaçı anası Məmmədova Həmayə M.Əli qızı olmaqla, xx xxxx 1957–ci il tarixdə Şəmkir rayonunda doğulmuş, atalığı müəyyən edilmədiyindən ata qrafası boş saxlanılmışdır. Bundan başqa məhkəmə araşdırması nəticəsindən müəyyən edildi ki, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X5 tam mülkiyyət hüququ **********13–10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmçinin JN–1964 saylı Dövlət Aktı əsasında Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə X5 və X1 mülkiyyətinə Şəmkir rayonu, Düyərli kəndi ərazisindən 0.34 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş, habelə JN–231A saylı Şəhadətnamə əsasında Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə X5 mülkiyyətinə Şəmkir rayonu, Düyərli kəndi ərazisindən 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məmmədova Həmayə M.Əli qızı 06 mart 1999–cu il tarixdə, X9 05 mart 2006–cı il tarixdə, X10 29 fevral 2020–ci il tarixdə vəfat etmişdir. Bundan sonra, yəni X5 vəfatından sonra xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsəsi Cavabdeh müəyyən edilmiş, həmçinin, Məmmədova Həmayə M.Əli qızının vəfatından sonra xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Həmçinin, X6 vəfatından sonra xx.xx.2020–ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsəsi arvadı–Cavabdeh müəyyən edilmişdir. Hazırda iddiaçı tərəfindən Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli və xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr mübahisələndirilmişdir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına əsasən hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə iddiaçının hazırkı tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub–olmaması, malik olduğu halda, həmin hüququn cavabdeh tərəfindən pozulub–pozulmaması məsələsinin araşdırılması zəruridir. Məhkəmə iddiaçının istinad etdiyi dəlillərə əsasən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə qiymət verərək hesab edir ki, iddiaçının hazırkı iddianı irəli sürərəkən subyektiv hüququ olmadığına, həmçinin onun subyektiv vərəsəlik hüququ cavabdeh tərəfindən pozulmadığına görə iddia tələbi əsaslı deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmədə işin araşdırılmış faktiki halları ilə müəyyən edilmişdir ki, X11 və Verdiyeva Həmayə M.Əli qızı arasında 09 aprel 1966–cı il tarixdə rəsmi nikah bağlanmış, İddiaçı isə onların rəsmi nikahından əvvəl, yəni xx xxxx 1957–ci il tarixdə doğulmuşdur. İddiaçı doğularkən atalığı qanunda nəzərdə tutulmuş qaydada müəyyən edilməmiş, doğum akt qrafasında ata qrafası boş saxlanılmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1136.1-ci maddəsinə əsasən Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər. Göründüyü ki, qanunvericilik nikahdankənar doğulmuş uşağı o halda atasının vərəsəsi hesab edir ki, uşaq doğulduqdan sonra onun atalığı qanunda müəyyən edilmiş qaydada müəyyənləşdirilmiş olsun. Lakin iddiaçı X11 və Verdiyeva Həmayə M.Əli qızının rəsmi nikahından əvvəl, yəni xx xxxx 1957–ci il tarixdə doğulmuşdur və onun atalığı qanunda nəzərdə tutulmuş qaydada müəyyən edilməmiş, doğum akt qrafasında ata qrafası boş saxlanılmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmamışdır. Həmçinin ünvan 3 ünvanındakı 0,1623 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X11 və Verdiyeva Həmayə M.Əli qızının nikahından əvvəl X5 öz vəsaiti hesabına tikildiyindən (qeyd olunan halı iddiaçı da izahatında təsdiq etmişdir) iddiaçının Verdiyeva Həmayə M.Əli qızına münasibətdə də mirasdan pay almaq hüququnu itirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008–ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Məhkəmə iddiaçının miras əmlakdan məcburi pay hüququ tələbi ilə bağlı qeyd edir ki, iddiaçının vərəsə kimi miras əmlakdan pay əldə etmək üçün subyektiv hüquqa malik olmadığından məcburi paya münasibətdə də heç bir hüququ yaranmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193.1–ci maddəsinə əsasən Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Göründüyü ki, qanunvericilik nikahdan kənar doğulmuş uşağın mirasdan məcburi pay əldə etmək hüququnu nəzərdə tutmamışdır. Məhkəmə həmçinin, iddianın “xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsinə qiymət verilməsini də zəruri hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının mərhum anası–xx.xx.1999–cu il tarixdə vəfat etmiş Məmmədova Həmayə M.Əli qızının vərəsəsi Cavabdeh müəyyən edilmiş, iddiaçı da həmin Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, mərhum Məmmədova Həmayə M.Əli qızı xx.xx.1999–cu il tarixdə öldüyündən ondan qalmış miras əmlakla bağlı mübahisənin həllinə xx.xx.2000–ci il tarixədək qüvvədə olmuş, 1964–cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, xx.xx.2000–ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 527–ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528–ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə onun ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı gün hesab olunur. Həmin Məcəllənin 552–ci maddəsinin 1–ci bəndinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 552–ci maddəsinin 2–ci bəndinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin Məcəllənin 552–ci maddəsinin 3–cü bəndinə əsasən bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçının mərhum anası xx.xx.1999–cu il tarixdə vəfat etdikdən sonra iddiaçı nə faktiki, nə də rəsmi qaydada miras əmlakı qəbul etməmiş, bununla bağlı hər hansı real addım atmamışdır. Əksinə, iddiaçının özü həm iddia ərizəsində, həm də məhkəmə iclası zamanı verdiyi izahatında 1978–ci ildən 2020–ci ilədək Rusiya Federasiyasında yaşamasını qeyd etmişdir ki, bu hal da xx.xx.1999–cu il tarixdə vəfat etmiş Məmmədova Həmayə M.Əli qızından qalmış mirasın iddiaçı tərəfindən faktiki və ya rəsmi qaydada qəbul edilməsi halını istisna edir. Göründüyü ki, qanunvericilik mirasın qəbulu üçün müddət müəyyən etmiş, iddiaçı mirasın qəbul edilməsi müddəti ərzində, mirasın açıldığını bildiyi halda, mirası qəbul etməyə yönələn hərəkətlər etməmiş, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmiş, həmçinin gecikdirmənin səbəbinin üzrlü sayılması barədə sonradan məhkəməyə müraciət etməmişdir. Ona görə də iddiaçı mərhum anasından qalmış mirasdan pay almaq hüququnu itirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın “xx.xx.2021–ci il tarixli 2V– 672 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsi də əsassız olduğundan təmin edilə bilməz. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələb üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmadığına görə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 227, 357–360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, qanun üzrə vərəsəlik qaydasında və mirasda məcburi payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar