Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1131/2024 18.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı, cavabdeh "xxxx" ASC-nin nümayandasi tarafindan xx.xx.2023-cü il tarixində 287207 nömrəli akt əsasından qanunsuz hesablanmış 645.75 (altı yüz qırx beş manat 75 qəpik) manat məbləğində borcun onun **********00389 nömrəli abonent kodu hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Şəmkir rayonu Sabirkənd kəndində yaşayır. İstifadə etdiyi elektrik sayğacına cavabdeh təşkilatın nümayəndələri 24 mart 2023-cü il tarixində 287207 nömrəli akt tərtib etmiş və akt əsasında 645 manat 75 qəpik cərimə hesablamışlar, guya onun istifadəsində sayğacı xəta ilə işləyir, guya o 0 (sıfır) xəttindən istifadə edir və aktda qeyd etmişlər ki, E.E.İ.Q-yə uyğun sxema bərpa edilsin. Akt yazdıqdan bir gün sonra cavabdeh təşkilatın laboratoriya nümayəndəsi onun evinə akt ilə bağlı yaxınlaşmı və ona bildirmişdir ki, onun sayğacının sxemasına baxış keçirib, qüsuru aradan qaldıracaq. O etiraz etməmiş, cavabdeh təşkilatın əməkdaşı sayğaca baxış keçirən zaman özü də tǝrǝddüd ilə ona bildirmişdir ki, yazılmış akta tələb qoyulmuş qüsur ləğvi əsassızdır, baxış keçirilən zaman sxema tam normal olmuş, sayğaca vurulmuş alt qapaq möhürü tam normasındadır. Onun yeni elektron tipli sayğacını o yox cavabdeh təşkilatın nümayəndələri tərəfindən xx.xx.2019-cu ildə laboratoriya əməkdaşları tərəfindən quraşdırılmış və möhürlənmişdir, hal-hazırda akt tərtib olunan tarixədək sayğac tam uçot dəsti ilə tam formada şəbəkəyə qoşulmuşdur. Qanunda tələb olunan akt tərtibatında şahid qismində digər qonşularını çağıra bilərdilər. Akt tərtibatı zamanı onu çağıran olmamışdır. Akt tərtibatında istifadə etdikləri ölçü cihazı ampermaşa standartlara və sertifikatlara cavab vermir. Tərtib olunmuş aktda 287207 nömrəli akta qoyulmuş güc 0.4 kvt meyarında yazılmışdır, ondan digər vətəndaşlar kimi mövsüm ilə əlaqədar istilik enerjisini qaz qızdırıcı radiatorundan alır və elektrik enerjisinin istifadəsinə ancaq işıqlanma avadanlıqlarından istifadə edir. Cavabdeh təşkilatın nümayəndəsi akta qeyd etdikləri P.kənar -0.4 kv kənar xətdən keçən elektrik enerjisinin meyarı özləri tərəfindən istifadə etdikləri ölçü avadanlıqları ilə ölçülmüşdür. Bu tam şişirdilmiş qəsdən hesablanmış məbləğdir. 0.4 kv meyarı 2 ədəd işıqlandırma lampasının sərf etdiyi enerji dəyəridir. Akt yazılıqdan 3 gün sonra cavabdeh təşkilatın nümayəndələri onun yaşadığı ünvana gələrək, onun xəbəri olmadan yazılmış aktla hesablanmış məbləği ödətdirmək istəyirlər Qeyd olunanlara əsasən iddianın tam təmin edilib cavabdeh "xxxx" ASC-nin nümayandasi tarafindan xx.xx.2023-cü il tarixində 287207 nömrəli akt əsasından qanunsuz hesablanmış 645.75 (altı yüz qırx beş manat 75 qəpik) manat məbləğində borcun onun **********00389 nömrəli abone kodu hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixdə 287207 nömrəli akt əsasında hesablanmış 645.75 manat akt əsasında hesablanmış borcun silinməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X3 ərizə ünvanlayaraq bildirdi ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (bundan sonra "xxxx" ASC) "xxxx" ASC-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixində 287207 nömrəli akt əsasında qanunsuz hesablanmış 645,75 (altı yüz qırx beş manat 75 qəpik) manat məbləğində borcun **********00389 nömrəli abonent kodu hesabımdan silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə toplanmış sənədlərlə təsdiq olunur ki, 24 mart 2023-cü il tarixdə "xxxx" ASC-nin təsis etdiyi X6 Təchizatı və Satışı İdarəsinin (Qərb RETSİ) struktur tərkibində fəaliyyət göstərən X2 (Şəmkir EŞ) əməkdaşları tərəfindən "xxxx" ASC-nin proqram satış bazasında **********00389 saylı kodla "əhali" istehlakçı qrupu üzrə qeydiyyatda olan İddiaçı yaşadığı fərdi yaşayış evi üçün onun istifadəsində olan, balans mənsubiyyəti və sərhəd nöqtəsində quraşdırılmış VİKO-M580 tipli, zavod nömrəsi 386868 olan sayğac uçot dəstinə özünün iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı "abonent sayğacın uçot sxemini pozmuşdur (fazirovka)Giriş ÇİXİŞ Xəttində qoşa xətdə yük göstərir “ qüsuru faktı aşkar edilmişdir. Xüsusi ölçmə cihazı olan Ampermaşa vasitəsi ilə istifadə edilən güc ölçülən Pf= 0,4 (sıfır tam onda dörd) kvt olmuşdur. Aşkar edilmiş enerji pozuntusuna dair əməkdaşlarımız tərəfindən iddiaçı barəsində "X1 Qaydaları"nın (bundan sonra "EEİQ") tələbinə uyğun olaraq 24 mart 2023-cü il tariixli, Akt R No 287207 saylı akt tərtib edilmişdir Hemin akta esasen "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" terefinden iddiaçı barəsində dəyəri 645,71 (altı yüz qırx beş manat 71 qəpik) manat teşkil eden 64 gün üçün 4967 kVt.s miqdarında itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. Sayğac uçot dəstinə əməkdaşlarımız tərəfindən baxış keçirilən zaman baxışda iddiaçı faktiki olaraq iştirak etməsinə baxmayaraq onun barəsində "EEİQ"-nın pozulmasına dair tərtib olunmuş akta heç bir əsaslı səbəb göstərmədən imza etməkdən imtina etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023–cü il tarixli 287207 nömrəli AKT-dan görünür ki, Şəmkir rayonu, Sabirkənd kəndi sakini İddiaçı adına quraşdırılmış sayğacın yoxlanılması zamanı abonent sayğacın uçot sxemini pozmuşdur (fazirofka). Giriş çıxış xəttində qoşa xətdən yük göstərir. İstifadə edilən güc P=0.4 kvt qeyd edilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli, 432442 saylı “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” protokoldan görünür ki, Şəmkir rayonu, Sabirkənd kənd sakini İddiaçı adına qeyd edilmiş sayğacının qüsuru aradan qaldırılmışdır. İşdə olan İddiaçı adına olan Abunə Haqqında çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə akt əsasında 645,71 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Sabirkənd kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 2023–cü ilin mart ayında yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğaca "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən baxış keçirilmiş və sayğacda uçot sxeminin pozulması aşkar olunmuşdur. Həmin fakt əsasında iddiaçının barəsində xx.xx.2023–cü il tarixli akt tərtib edilmiş, eləcə də, xx.xx.2023–cü il tarixli icra vərəqi qəbul edilmişdir. Həmin protokol əsasında abonentə iddiaçının qeyd etdiyi kimi 647,75 manat deyil, 647,71 manat borc hesablanmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları iddiaçını məlumatlandırmadan baxış keçirmiş, sayğacı açaraq laboratoriya şəraitində yoxlamağa aparmışlar. Lakin sayğac laboratoriya şəraitində yoxlanılarkən “X1 qaydaları”nın 7.6–cı bəndinə əməl edilməmişdir. Belə ki, həmin bənddə hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılması və ikitərəfli aktla sənədləşdirilməsi, istehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılması və yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsinin ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququnun olması göstərilmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, Şəmkir rayonu Sabirkənd kəndində İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış ******* nömrəli sayğaca dair 287207 saylı akt tərtib edilərkən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, protokol tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.6–cı maddənin tələblərinə uyğun olaraq laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən iddiaçının iştirakı təmin olunmamışdır. Eləcə də, cavabdeh tərəf iddiaçının sayğaca müdaxilə etməsini iddia edərək müvafiq protokol tərtib etsə də, həqiqətən iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəfindən protokol tərtib olunarkən iddiaçının iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən protokol tərtib olunarkən, habelə laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə protokolda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan borc hesablanmışdır. Eləcə də, sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməli, xx.xx.2023–cü il tarixli 287207 nömrəli akt əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış 645,71 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən X1 qaydalarının pozulmasına görə tərtib edilmiş 287207 nömrəli akt əsasında İddiaçı hesablanmış 645,71 (altı yüz qırx beş manat yetmiş bir) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1131/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1131/2024
18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver