Məhkəmə qərarları › İş №2(076)-1139/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1139/2024

28.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1139/2024 28.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı3 qanuni nümayəndəsi və İddiaçı1 nümayəndəsi Qanuni nümayəndə, İddiaçılar İddiaçı2 və İddiaçı3 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi və İddiaçı1 vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 qanuni nümayəndəsi Qanuni nümayəndə və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı “qanun və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, vəsiyyətnamənin etibarsız hesab olunması, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması, 21 noyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2, İddiaçı3 qanuni nümayəndəsi Qanuni nümayəndə və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4, mərhum X5, X6 qalan miras əmlaka görə cavabdeh Şəmkir rayon Notariat ofisində tərtib olunmuş 11 noyabr 2017-ci il tarixli 2V- 1090, 2V-1091 və 2V-1092 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, 15 noyabr 2017-ci il tarixli, 2V-1109 nömrəli qanun şəhadətnamələrin üzrə vərəsəlik reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamələrin ləğv olunması, xx.xx.2016-cı il tarixli 2V-391 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab olunnmasına, həmin vərəsəlik şəhadətnaməsi əsasında üçüncü şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 21 noyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mərhum X4, X7 və İddiaçı1 Mahmud oğlundan qalan miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunmasına, onların miras əmlaka qanun üzrə vərəsə tanınımasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, hər iki iddiaçı yetkinlik yaşına çatmadığından, Qanuni nümayəndə onların qanuni nümayəndəsi olaraq müraciət edir. Digər iddiaçı İsrafil Bəxtiyar oğlu da onun oğludur və o, hərbi xidmətdə olduğu üçün onun əvəzindən o hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, o uşaqlarının X1 ilə 2005-ci ildə rəsmi nikah qeydə aldırmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2, xx.xx.2008ci il təvəllüdlü İddiaçı3 adlı uşaqları doğulmuşdur. X3 ilə 2019-cu ilin iyun ayının 25-də rəsmi qaydada boşanmışılar. Lakin, az müddət onlar ayrı yaşamışlar. Sonradan münasibətlərini davam etdirmişlər. X3 15 iyul 2023-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra mirası faktiki olaraq onun uşaqları qəbul etmişdir. Ərinin vəfatından sonra o, yetkinlik yaşına çatmamış uşaqlarının qanuni nümayəndəsi olaraq notariat kontoruna müraciət etmiş, yetkinlik yaşına çatmamış uşaqlarının qanun üzrə vərəsə olaraq qəbul olunmasını xahiş etmişdir. Notarius onun uşaqlarının qanuni vərəsə hesab olunması üçün onun müraciətini qəbul etmiş və mərhum ərindən qalan miras əmlakla bağlı onun sənədlərini təqdim etməsini tələb etmişdir. Bu səbəbdən o, 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və 11 saylı Şəmkir Ərazi İdarəsinin arayışından Şəmkir rayonunun Şiştəpə kəndində yerləşən 0.23 ha həyətyanı torpaq sahəsində və üzərində yerləşən 107.1 kv. m. köməkçi 136.9 kv. m. 5 yaşayış otağından ibarət olan 1970-ci ildə inşa edilmiş fərdi yaşayış evinə dair İddiaçı1 Mahmud oğlu, X39, X13, Cavabdeh1 və X10 adlarına 20 dekabr 2016-cı il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Qeyd olunan əmlakdan X15, X13 və X10 miras payları Şəmkir rayon 1 saylı notariat kontorunun 11 noyabr 2017-ci il tarixli 2V-1090, 2V-1091 VƏ 2V-1092 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri və 15 noyabr 2017-ci il tarixli 2V-1109 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüquq haqqında şəhadətnaməsi əsasında Cavabdeh2, X39 və Cavabdeh1 adına özgəninkiləşdirilmiş və X16 evdən 2/4 hissə torpaqdan 2/20 hissə, X39 evdən 1/4 hissə, torpaq sahəsindən 9/20 hissə, Cavabdeh1 evdən 1⁄4 hissə torpaq sahəsindən isə 9/20 hissə miras payı almışdır. Onların adına 21 noyabr 2017-ci ildə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. O hesab edir ki, qeyd olunan qanun üzrə vərəsəlik şəhadətnamələri ləğv olunmalı, miras mülk əvvəlki vəziyyətə qaytarılmalıdır. Belə ki, əri Bəxtiyarın qardaşı Münasib, anası Nəzakət, bacısı Ayna, atası İsrafil vəfat edəndə, əri Bəxtiyar sağ olmuş və həmin evdə yaşamışdır. Əri Bəxtiyar bununla mirası qəbul etmişdir. Lakin cavabdeh notariat kontoru miras əmlakla bağlı notariat əməliyyatlarını rəsmi qaydada həyata keçirəndə, qanun üzrə vərəsə olaraq, onun ərini vərəsə tanımamış, miras əmlakdan ona miras pay müəyyən etməmişdir. Bununla da qanun normalarının tələblərini kobudluqla pozmuşdur. Belə ki, mərhum qayınatası mərhum qayınanası ilə 1970-ci ildə rəsmi nikah qeydə aldırmaqla ailə qurmuşdur. Onların birgə nikahından Ayna, Bəxtiyar, Vəfa, Münasib adlı dörd uşaqları doğulmuşdur. Mərhum qaynı Münasib, qayınanası Nəzakət və qayınatası İsrafil vəfat edən günə kimi bu şəxslərlə birgə təsərrüfat aparmışlar, bir ailədə yaşamışlar. Onun sabiq əri Bəxtiyar da bu evdə, onlarla bir təsərrüfatda yaşamışdır. Mərhum əri mərhum qardaşı Münasibdən, mərhum valideynlərindən qalan əmlaka qanun üzrə vərəsədir. O, miras mülkdə ölənə kimi yaşamaqla, mirası faktiki olaraq qəbul etmiş və idarə etmişdir. Lakin buna baxmayaraq o, miras əmlakdan pay almamışdır. Hazırda miras mülkdə o və onların uşaqları yaşayır. Mərhum əri Bəxtiyar 15 iyul 2023-cü ildə, anası Nəzakət 22 aprel 2014-cü ildə, atası İsrafil 10 iyun 2016-cı ildə, qardaşı Münasib xx.xx.2004-cü ildə vəfat ediblər. Aşağıda qeyd olunan əsaslara görə o iddiaçıların qanun üzrə nümayəndəsi olaraq hesab edir ki, X21, Nəzakət Kərəm qızından, İsrafil Mahmud oğlundan qalan miras əmlaka görə cavabdeh Şəmkir rayon Notariat ofisi tərəfindən tərtib olunmuş qanun və vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi düzgün tərtib olunmadığından ləğv olunmalı, həmin miras əmlaklara görə üçüncü şəxs tərəfindən tərtib olunmuş 21 noyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış ləğv olunmalıdır. Çünki miras əmlaka vərəsəlik düzgün müəyyən olunmamışdır. Ona görə ki, mərhumlardan qalan miras əmlaka vərəsəlik açılan zaman vərəsələrin dairəsi düzgün müəyyən olunmamışıdr. Belə ki, mərhum qayınanası Münasib İsrafil oğlunun vəfatı ilə ilkin olaraq vərəsəlik açılmış, ondan qalan miras əmlaka qanun üzrə vərəsəlik müəyyən və mərhum qayınatası İsrafil Mahmud oğlu və mərhum Nəzakət Kərəm qızı bərabər payda qanun üzrə vərəsə tanınmalidilər. X21 miras olaraq Şəmkir rayonunun Şiştəpə kəndində 0.23 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsində həyətyanı torpaq sahəsi miras qalıb. Bundan sonra uşaqlarının atası Bəxtiyarın anası Nəzakət Kərəm qızı xx.xx.2014-cü ildə vəfat etmişdir. Ondan qalan miras əmlak həyat yoldaşı Bəxtiyar da olmaqla, digər qanun üzrə vərəsələr tərəfindən qəbul olunduğundan, həmin miras əmlaka qanun üzrə vərəsə tanınmalıdır. 10 iyun 2016-cı ildə mərhum qayınatası İsrafil Mahmud oğlu vəfat etmiş, ondan qalan miras əmlaka Orxan Bəxtiyar oğlu vəsiyyət üzrə vərəsə, Vəfa İsrafil qızı və X46 rayon 1 saylı Notariat kontoru tərəfindən qanun üzrə vərəsə tanınmışlar. Şəmkir rayon 1 Notariat kontoru vərəsələrin dairəsini düzgün müəyyən etmədiyi üçün təqdim olunan saxta arayışları qanuni hesab edib, onları vərəsə tanımaqla, onun azyaşlı övladlarının qanun üzrə vərəsə kimi hüquqlarını pozmuşdur. Onun mərhum əri Bəxtiyar miras əmlakı faktiki olaraq qəbul edib, idarə etmişdir. Lakin cavabdeh Şəmkir rayon notariat ofisi təqdim olunmuş sənədləri yoxlamadan, əmlakın kütləsini və vərəsələrin dairəsini müəyyən etmədən, mübahisə predmeti olan qanun üzrə və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib etmişdir. İş materiallarında notariat işlərindən aydın olur ki, notariata təqdim olunan ərizələrdə və arayışlarda mərhum əri Bəxtiyar vərəsə olaraq notariata dəvət olunmamış və vərəsə kimi təqdim olunmamışdır. Cavabdeh Notariat ofisi isə özü vərəsələrin dairəsini müəyyən etməyib, eyni zamanda təqdim olunmuş arayışların mötəbərliyini yoxlamamışdır. Eyni zamanda hesab edir ki, cavabdeh X11 adına mərhum İsrafil Mahmud oğlu tərəfindən verilmiş vəsiyyətnamə etibarsız hesab olunmalıdır. Çünki, mərhum İsrafil Mahmud oğlu vəsiyyətnamə qoyanda onun adına vəsiyyət etdiyi əmlaklarla bağlı hər hansı bir dövlət qeydiyyatı olmamışdır. Təbii ki, belə olan halda, mülkiyyətində olmayan əmlaka dair mərhum sərəncam verə bilməzdi. Həmiçinin təqdim etdiyi notariat işinə əlavə edilmiş xx.xx.2016-cı il tarixli vəsiyyətnamədən aydın olur ki, vəsiyyətnamə xəstəxanada qeydə alınmış və vəsiyyət edən şəxs 1 gün sonra vəfat etmişdir. Ölüm ayağında olan bir şəxsin hərəkətlərinə rəhbərlik etmək və əsl iradə ifadəsi olaraq vəsiyyətnamə imzalaması inandırıcı deyildir. Mərhumun belə bir fikri var idisə, nə üçün həmin vəsiyyətnaməni sağlığında deyil, ölüm ayağında verməsi əsaslı şübhələr yaradır. Vəsiyyətnaməni mübahisə predmetinə çevirir. Odur ki, mərhum X4, mərhum X5, X6 qalan miras əmlaka görə cavabdeh Şəmkir rayon Notariat ofisində tərtib olunmuş 11 noyabr 2017-ci il tarixli 2V-1090, 2V-1091 və 2V-1092 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, 15 noyabr 2017-ci il tarixli, 2V-1109 nömrəli qanun şəhadətnamələrin üzrə vərəsəlik reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamələrin ləğv olunması. xx.xx.2016-cı il tarixli 2V-391 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab olunnmasına, həmin vərəsəlik şəhadətnaməsi əsasında üçüncü şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 21 noyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, X21, Nəzakət Kərəm qızından və İsrafil Mahmud oğlundan qalan miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunmasına, onların miras əmlaka qanun üzrə vərəsə tanınımasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı3 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi və İddiaçı1 vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mərhum X4, mərhum X5, X6 qalan miras əmlaka görə cavabdeh Şəmkir rayon Notariat ofisində tərtib olunmuş 11 noyabr 2017-ci il tarixli 2V-1090, 2V-1091 və 2V-1092 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, 15 noyabr 2017-ci il tarixli, 2V-1109 nömrəli qanun şəhadətnamələrin üzrə vərəsəlik reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab olunması, xx.xx.2016-cı il tarixli 2V-391 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab olunnmasına, həmin vərəsəlik şəhadətnaməsi əsasında üçüncü şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 21 noyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mərhum X4, X7 və İddiaçı1 Mahmud oğlundan qalan miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunmasına, onların miras əmlaka qanun üzrə vərəsə tanınımasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Şəmkir rayon 1 saylı notariat ofisi və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDk yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli nikah haqqında çıxarışdan görünür ki, X17 ilə X40 xx.xx.1970-ci ildə nikahlarını rəsmiləşdirmişlər və arvada Bayramaliyeva soyadı verilmişdir. İş materiallarında olan AЗ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.1970-ci ildə anadan olmuşdur. Atası İddiaçı1 Mahmud oğlu, anası X18 qeyd edilmişdir. İş materiallarında olan İV-ЖГ 438103 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.1976-cı ildə anadan olmuşdur. Atası İddiaçı1 Mahmud oğlu, anası X18 qeyd edilmişdir. İş materiallarında olan “Elektron notariat” X2 vasitəsilə “X27” AQİS-dən Çıxarışdan görünür ki, X14 xx.xx.1980-ci ildə anadan olmuşdur. Atası İddiaçı1 Mahmud oğlu, anası X18 qeyd edilmişdir. İş materiallarında olan Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, X12 xx.xx.1974-cü ildə anadan olmuşdur. Atası İddiaçı1 Mahmud oğlu, anası X18 qeyd edilmişdir. İş materiallarında olan Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X14 öldüyü tarixədək subay olmuşdur. İş materiallarında olan Vİİ-ЖГ 419385 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X45 və X23 xx.xx.1976-cı ildə nikah bağlamışlar. Nikah bağlanandan sonra ərə “Rəhimov”, arvada “Rəhimova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ-474001 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X53 və X22 xx.xx.2009-cu ildə nikah bağlamışlar. Nikah bağlanandan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 844789 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.2000-ci ildə anadan olmuşdur. X1, anası X24 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 908870 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.2005-ci ildə anadan olmuşdur. X1, anası Qanuni nümayəndə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 583704 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı3 xx.xx.2008-ci ildə anadan olmuşdur. X1, anası Qanuni nümayəndə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 738518 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.2007-ci ildə anadan olmuşdur. X1, anası Qanuni nümayəndə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 890368 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2004-cü ildə ölmüşdür. İş materiallarında olan AZ-İ 647526 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2014-cü ildə ölmüşdür. İş materiallarında olan AZ-İ 807184 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2016-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İ 318781 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X12 ilə Qanuni nümayəndə arasında olan nikah xx.xx.2019cu ildə ləğv edilmişdir. İş materiallarında olan AZ-İİ 360542 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2023-cü ildə ölmüşdür. İş materiallarında olan RX ******* seriyalı, xx.xx.2016-cı il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Şəmkir rayonu, Şiştəpə kəndidə yerləşən 0.23 ha həyətyanı torpaq sahəsi İddiaçı1 Mahmud oğlunun, X25, X8, Cavabdeh1 və X10 ümumi birgə mülkiyyətinə və həmin torpaq sahəsu üzərində yerləşən 244.0 kv.m fərdi yaşayış evi tam olaraq İddiaçı1 Mahmud oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 2V-1090 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, X7 qalan Şəmkir rayon, Şiştəpə kəndidə yerləşən, **********45-10301 reyestr nömrəli daşınmaz əmlaka Cavabdeh1 1/2 hissədə və X25 1/2 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 2V-1091 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, X4 qalan Şəmkir rayon, Şiştəpə kəndində yerləşən, **********45-10301 reyestr nömrəli daşınmaz əmlaka Cavabdeh1 1/2 hissədə və X25 1/2 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 2V-1092 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, İddiaçı1 Mahmud oğlundan qalan Şəmkir rayon, Şiştəpə kəndində yerləşən, **********45-10301 reyestr nömrəli daşınmaz əmlaka Cavabdeh1 1/4 hissədə və X25 1/4 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan 08 iyun 2016-cı il tarixli 7E-11515 nömrəli vəsiyyətnamədən görünür ki, X19 bütün əmlakını xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 2V-1109 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 Mahmud oğlundan qalan Şəmkir rayon, Şiştəpə kəndində yerləşən , **********45-10301 reyestr nömrəli daşınmaz əmlaka Cavabdeh2 2/4 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 2V-1092 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 Mahmud oğlundan qalan Şəmkir rayon, Şiştəpə kəndidə yerləş, **********45-10301 reyestr nömrəli daşınmaz əmlakın Cavabdeh1 1/4 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan 3-21-3-40/2-4481/2023 nömrəli xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X52 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.23 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış sahəsi 107.1 kv.m, köməkçi sahəsi 136.9 kv.m, 5 yaşayış otağından ibarət 1970-ci ildə inşa edilmiş fərdi yaşayış evinə dair X19 (mülkiyyət payi: ev - tam, torpaq sahəsi – ümumi birgə), X14 (mülkiyyət payı: torpaq sahəsi – ümumi birgə), Cavabdeh1 (mülkiyyət payı: torpaq sahəsi – ümumi birgə), X39 (mülkiyyət payı: torpaq sahəsi – ümumi birgə) və X10 (mülkiyyət payı: torpaq sahəsi – ümumi birgə) adlarına 20 dekabr 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 nömrəli qərarı ilə tərtib edilmiş seriya A, 346750 nömrəli "Torpaq sahəsinin planı və ölçü” sənədi, X47 filialının 16 noyabr 2016-cı il tarixli, 1583 nömrəli arayışı və Şiştəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 noyabr 2016-cı il tarixli, 967 nömrəli arayışı. Qeyd edilən əmlakdan İddiaçı1 Mahmud oğlu, X14 və X10 miras payları Şəmkir rayonu 1 saylı notariat kontorunun 11 noyabr 2017-ci il tarixli, 2V-1090, 2V-1091 və 2V-1092 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri və 15 noyabr 2017-ci il tarixli, 2V-1109 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Cavabdeh2, X39 və Cavabdeh1 adlarına özgəninkiləşdirilmiş və Cavabdeh2 (mülkiyyət payı: ev - 2/4 hissə, torpaq sahəsi - 2/20 hissə), X39 (mülkiyyət payı: ev - 1/4 hissə, torpaq sahəsi - 9/20 hissə) və Cavabdeh1 (mülkiyyət payı: ev - 1/4 hissə, torpaq sahəsi - 9/20 hissə) adlarına 21 noyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, X17 ilə X18 xx.xx.1970-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından X39, X12, Cavabdeh1 və X14 olmaqla dörd uşaqları doğulmuşdur. X14 xx.xx.2004-cü ildə, X18 xx.xx.2014-cü ildə və X19 xx.xx.2016-cı ildə vəfat etmişlər. X12 ilə Qanuni nümayəndə birgə nikahlarından İddiaçı1 xx.xx.2005-ci ildə, İddiaçı3 xx.xx.2008-ci ildə, İddiaçı2 xx.xx.2007-ci ildə anadan olmuşlar. Yuxarıda qeyd edilən sənədlərlə təsdiq olunur ki, hazırkı mülki iş üzrə mübahisəli mülk, Şəmkir rayonu Şiştəpə kəndində yerləşən 0.23 ha torpaq sahəsi İddiaçı1 Mahmud oğlundan, X20 və X4 miras qalmışdır. Şəmkir rayonu Şiştəpə kəndində yerləşən 0.23 ha torpaq sahəsi üzərində yerləşən 244 kv.m fərdi yaşayış evi isə İddiaçı1 Mahmud oğlundan miras qalmışdır. İddiaçı1 Mahmud oğlu 08 iyun 2016-cı il tarixli 7E-11515 nömrəli reyestr nömrəli vəsiyyətnamə əsasında ona məxsus bütün əmlakını Cavabdeh2 vəsiyyət etmiş və digər vərəslərini vərəsəlik hüququndan azad etmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilir ki, miras qoyan İddiaçı1 Mahmud oğlu və X18 vəfat edikdə onlardan miras qalmış Şəmkir rayonu Şiştəpə kəndində yerləşən 0.23 ha torpaq sahəsi və İddiaçı1 Mahmud oğlundan miras qalmış Şəmkir rayonu Şiştəpə kəndində yerləşən 0.23 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi onların birinci növbə vərəsəsi X12 tərəfindən faktiki qəbul edilmiş, eyni zamanda X9 birinci növbə vərəsəsi olmadığından faktiki olaraq X12 tərəfindən qəbul edilmiş, digər vərəsələr-B.İ. Bayramalıyevin bacıları X39, Cavabdeh1 və vəsiyyətnamə üzrə vərəsə Cavabdeh2 tərəfindən Notariat Kontoruna müraciət edilməklə rəsmi qaydada qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1.-ci madəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmçinin həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qeyd olunanlara əsasən həmçinin müəyyən edilir ki, X39, Cavabdeh1 və Cavabdeh2 mərhum İddiaçı1 Mahmud oğlundan qalmış Şəmkir rayonu Şiştəpə kəndində yerləşən miras qalmış 0.23 ha torpaq sahəsinə və fərdi yaşayış evinə münasibətdə mirası vəsiyyətnamə üzrə vərəsə olaraq Cavabdeh2, yalnız qanun üzrə vərəsə olaraq X25 və Cavabdeh1 qəbul etməklərini, X39 və Cavabdeh1 mərhum X4 qalmış Şəmkir rayonu Şiştəpə kəndində yerləşən miras qalmış 0.23 ha torpaq sahəsinə münasibətdə mirası qanun üzrə vərəsə olaraq qəbul etməklərini, X39 və Cavabdeh1 mərhum X7 qalmış Şəmkir rayonu Şiştəpə kəndində yerləşən miras qalmış 0.23 ha torpaq sahəsinə münasibətdə mirası qanun üzrə vərəsə olaraq qəbul etməklərini bildirməklə 2017-ci ildə notariat kontoruna müraciət edərək, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında mərhum İddiaçı1 Mahmud oğlunun mülkiyyətində olan Şəmkir rayonu Şiştəpə kəndində yerləşən miras qalmış 0.23 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 2/4 hissədə pay verilməsi barədə xx.xx.2017-ci il tarixli, 2V-1109 nömrəli şəhadətnamə, X28 1/4 hissədə, Cavabdeh1 1/4 hissədə pay verilməsi barədə 2V-1092, xx.xx.2017-ci il tarixli şəhadətnamələr, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında mərhum X9 mülkiyyətində olan Şəmkir rayonu Şiştəpə kəndində yerləşən miras qalmış 0.23 ha torpaq sahəsinə dair X28 1/2 hissədə, Cavabdeh1 1/2 hissədə pay verilməsi barədə 2V-1091, xx.xx.2017-ci il tarixli şəhadətnamələr, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında mərhum X10 mülkiyyətində olan Şəmkir rayonu Şiştəpə kəndində yerləşən miras qalmış 0.23 ha torpaq sahəsinə dair X28 1/2 hissədə, Cavabdeh1 1/2 hissədə pay verilməsi barədə 2V-1090, xx.xx.2017-ci il tarixli şəhadətnamələr əldə etmişlər və həmin şəhadətnamələr əsasında miras əmlakla bağlı 21 noyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar əldə etmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamələr verilərkən həmin hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mülki Məcəllənin tələbləri eyni zamanda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 96-cı maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Lakin Şəmkir rayon 1 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2V-1090, 2V-1091, 2V-1092 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, xx.xx.2017-ci il tarixli, 2V-1109 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən vərəsələrin dairəsini və digər vərəsələrin miras əmlakı faktiki surətdə qəbul etməsinə və mirasdan imtina etməmələrinə diqqət yetirməmiş, mirası qəbul etmiş vərəsələrə məlumat verməmiş, nəticədə miras kütləsinə daxil olan Şəmkir rayonu Şiştəpə kəndində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə sözügedən şəhadətnamələr verilmişdir ki, həmin şəhadətnamələr də etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1180-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər (1180.1). Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır (1180.2). Həmin Məcəllənin 1182-ci maddəsinə əsasən əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2016-cı il tarixli 2V-391 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab olunnması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, hər iki iddia tələbində, eyni zamanda iddia ərizəsində mərhum İddiaçı1 Mahmud oğlunun adından 2016-cı il tarixdə tərtib olunmuş vəsiyyətnamənin xəstəxanada qeydə alındığını, vəsiyyət edən şəxsin 1 gün sonra vəfat etdiyini, ölüm ayağında olan bir şəxsin hərəkətlərinə rəhbərlik etmək və əsl iradə ifadəsi olaraq vəsiyyətnamə imzalamasının inandırıcı olmadığını, mərhumun həmin vəsiyyətnaməni sağlığında deyil, ölüm ayağında verməsinin əsaslı şübhələr yaratdığını və vəsiyyətnaməni mübahisə predmetinə çevirdiyini qeyd etsələr də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Əksinə həmin vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə İddiaçı1 Mahmud oğlunun özü tərəfindən imzalanmış və iki nəfər şəxsin şahidliyi ilə vəsiyyətnamə qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilərək notarius tərəfindən təsdiq olunmuşdur. Həmçinin vəsiyyətnamə İddiaçı1 və hal şahidlərinin iştirakı ilə tərtib edilmiş, vəsiyyətnamənin məzmunu onun həqiqi iradəsini əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. İş materiallarına əlavə edilmiş 08 iyun 2016-cı il tarixli vəsiyyətnamənin məzmunundan görünür ki, həmin vəsiyyətnamə tərtib edilərkən vəsiyyət edən anlaqlı olmuş, vəsiyyətnamənin məzmunu və forması mülki qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş, vəsiyyət edənin iradəsi ilə iradə ifadəsi bir-birinə uyğun olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli 2V-391 reyestr nömrəli vəsiyyətnamənin məzmunundan da İddiaçı1 Mahmud oğlunun bütün əmlakını Şəmkir rayonu Şiştəpə kəndində yaşayan Cavabdeh2 vəsiyyət etdiyi və digər vərəsələrini vərəsəlik hüququndan azad etdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi hallar müəyyən edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 08 iyun 2016-cı il tarixli vəsiyyətnamə bir tərəfli əqd kimi qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyindən və həmin əqdin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilmədiyindən, iddia tələbinin qeyd olunan vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair hissəsi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə yekun olaraq nəticəyə gəlir ki, iddiaçılar İddiaçı2, İddiaçı3 qanuni nümayəndəsi Qanuni nümayəndə və İddiaçı1 iddia tələbləri qismən əsaslı olduğundan qismən təmin edilməli, Şəmkir rayon 1 saylı Notariat Kontorunda tərtib olunmuş 11 noyabr 2017-ci il tarixli 2V-1090, 2V-1091 və 2V-1092 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, 15 noyabr 2017-ci il tarixli, 2V-1109 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab olunmalı, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlaka dair Cavabdeh2, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında miras əmlaka dair X25 və Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Şəmkir rayonu Şiştəpə kəndində yerləşən miras qalmış 0.23 ha yaşayış məntəqəsi torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair hissədə qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarış miras əmlaka münasibətdə ləğv edilməli, miras mülk əvvəlki vəziyyətə qaytarılmalı, İddiaçı2, İddiaçı3 və İddiaçı1 mərhum İddiaçı1 Mahmud oğlundan, X7 və X4 qalan miras əmlaka qanun üzrə vərəsə tanınımalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Şəmkir rayon 1 saylı Notariat Kontorunda tərtib olunmuş 11 noyabr 2017-ci il tarixli 2V-1090, 2V-1091 və 2V-1092 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, 15 noyabr 2017-ci il tarixli, 2V-1109 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab olunsun. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlaka dair Cavabdeh2, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında miras əmlaka dair X25 və Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Şəmkir rayonu Şiştəpə kəndində yerləşən miras qalmış 0.23 ha yaşayış məntəqəsi torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair hissədə qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarış miras əmlaka münasibətdə ləğv edilsin. İddiaçı2, İddiaçı3 və İddiaçı1 mərhum İddiaçı1 Mahmud oğlundan, X7 və X4 qalan miras əmlaka qanun üzrə vərəsə tanınsınlar. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar