Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1140/2024 16.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi X8 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 (maraqlı şəxs: Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “hüquqi əhəmiyyəti olan faktın müəyyən” edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-519A saylı "Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı"nın onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və mərhum X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 53 saylı qərarı ilə onlara və ailə üzvilərinə Şəmkir rayonu Sabirkənd kəndi ərazisində 0.25 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-519A saylı "Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı" tərtib edilmişdir. Lakin həmin Dövlət Aktında onun, Ərizəçi1 adı səhvən Ərizəçi1 Məstan oğlu kimi, Ərizəçi2 adı səhvən X5, onun, yəni Ərizəçi3 adı səhvən Ərizəçi3 Məstan qızı kimi, mərhum X2 adı səhvən X1 yazılmışdır. Qeyd olunan Dövlət Aktındakı yanlışlığın aradan qaldırılması üçün DƏDRX-nın 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsələr də, həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi X13 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 2444 nömrəli X15 tərədindən verilmiş arayışdan görünür ki, Ərizəçi3 26 iyun 1976-ci ildə Şəmkir rayon Sabirkənd kəndində anadan olmuşdur. X3, anası X6r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2444 nömrəli X15 tərədindən verilmiş arayışdan görünür ki, Ərizəçi1 xx xxx 1975-ci ildə Şəmkir rayon Sabirkənd kəndində anadan olmuşdur. X3, anası X6r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2444 nömrəli X15 tərədindən verilmiş arayışdan görünür ki, Ərizəçi2 xx xxxxxxx 1970-ci ildə Şəmkir rayon Sabirkənd kəndində anadan olmuşdur. X3, anası X6r. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli 3-21-3-402-7-02xx-xx/2023 nömrəli Ərizəçi1 müraciətinə əsasında Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən göndərilmiş məktubundan görünür ki, təqdim edilmiş JN-519A, kod-50400098 saylı “Dövlət Aktı”nda qeyd olunan ad və ata adı ilə “şəxsiyyət vəsiqəsi”ndə olan ad arasında səhvlik mövcuddur. Amma ad və soyadlarnda olan hər hansı bir səhvliyin düzəliş edilməsi və yaxud eyniliyinin təsdiq edilməsi idarənin səlahiyyətləri xərcindədir. Bunun bağlı məhkəmə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan JN-519A nömrəli, 50400098 kodu olan, Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X7, X9, Ərizəçi1 Məstan oğluna və Ərizəçi3 Məstan qızına Şəmkir rayon Aqrar İslahatı Komissiyasının 31 iyul 1998-ci il tarixli 53 saylı qərarı əsasında Şəmkir rayon, Sabirkənd kəndində yerləşən 0.25 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-883538 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X10 xx.xx.2010-cu ildə ölmüşdür. Ölüm səbəbi koma qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin adları, onlara məxsus bütün sənədlərdə “Ərizəçi1”, “Ərizəçi2”, “Ərizəçi3” “X10” kimi göstərilsə də, JN-519A KOD 50400098 saylı Torpağı Mülkiyyətə Verilməsi dair Şəhadətnamədə adları müvafiq olaraq “Ərizəçi1 Məstan oğlu”, “Ərizəçi2 Məstan qızı”, “Ərizəçi3 Məstan qızı” “X12” kimi göstərilmişdir. Aktda göstərilən “Ərizəçi1 Məstan oğlu”, “Ərizəçi2 Məstan qızı”, “Ərizəçi3 Məstan qızı” “X12” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi1”, “Ərizəçi2”, “Ərizəçi3” “X10”nın eyni şəxs olmaları, şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-519A KOD 50400098 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə, doğum haqqında şəhadətnamələrin surəti, nikah haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqələrinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçilərə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-519A KOD 50400098 saylı “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”nin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X4 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-519A KOD 50400098 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”nin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1140/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1140/2024
16.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver